Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nuriyyə Hüseynova
Nuriyyə İsmayıl qızı Hüseynova — müğənni, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti (2007). Azərbaycan MEA-nın Folklor İnstitutunun "Dədə Qorqud" ("İrs") ansamblının rəhbəri. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solisti. == Həyatı == Nuriyyə İsmayıl qızı Hüseynova 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə beynəlxalq müsabiqələrə qatılıb və dövlət konsertlərində uğurla çıxış etmişdir. 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasını (Bakı Musiqi Akademiyası muğam ixtisası üzrə təhsil alıb və eyni zamanda müəllim statusu veririlib. 1992-1993-cu illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1994-cu ildə Bakı Humanitar Kolleci (Bakı Mədəni-Maarif) Texnikumunda və 1995-ci ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində müəllimə çalışır. 1995-ci ildən bu günə kimi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri ansamblının solistidir. 2000-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
Nuriyyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). == Həyatı == Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
Nuriyə Əhmədova
Nuriyyə Əliağa qızı Əhmədova (26 dekabr 1950, Nuxa – 10 oktyabr 2015, Bakı) — Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007), Prezident təqaüdçüsü (2004–2015). == Həyatı == Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
Nuriyə Ülviyyə Mevlan Civələk
Nuriyə Ülviyyə Mevlan Civələk — türkiyəli jurnalistdir. O, Balıkəsirin Gönen vilayətində 1893-cü ildə anadan olmuşdur. Türkiyənin qadın hüquq mühafizəçisidir. İlk Türkiyəli feminist qadın jurnalının və müsəlman qadın hüquqlarının yaradıcısıdır. == Həyatı == 1893-cü ildə Sofiya və Çərkəz Mahmudun 7-ci qızıdır. Osmanlı imperiyası dövründə Balıkəsirdə anadan olmuşdur. Nuriyyənin ailəsi Kafkasyada yaşadığı müddət ərzində Rusiya imperiyası tərəfindən sürgün edilmişdir. Sürgündən sonra Trabzona ordanda Balıkəsirə gəlirlər. Burada onlar maddi cəhətdən sıxıntı çəkillər. Buna görə də qızlarını 6 yaşında Ulduz saraya göndərirlər.
Düriyyə Rəhimova
Düriyyə Rəhimova — Dağıstanın xalq artisti. == Həyatı == Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Tatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır. 2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.
Suriyə
Suriya (ərəb. سوریة‎) və ya rəsmi adı ilə Suriya Ərəb Respublikası (ərəb. الجمهوریة العربیة السوریة‎) — Qərbi Asiyada dövlət. Suriya Yaxın Şərqdə yerləşən ərəb dövlətidir. Şimalda Türkiyə, şərq və cənub-şərqdə İraq, cənubda İordaniya, cənub-qərbdə İsrail və Livanla həmsərhəddir. Ölkənin qərbində isə Aralıq dənizi yerləşir. Paytaxtı və ən böyük şəhəri Dəməşq, ümumi sahəsi 185,180 kvadrat kilometr, əhalisinin sayı 17 milyon nəfərdən çoxdur. Ölkənin digər böyük şəhərləri Hələb, Hüms, Laziqiyyədir. 1963-cü ildən bəri ölkə Bəəs partiyası tərəfindən idarə edilir. 1970-ci ildən bəri dövlətin başında Əsəd ailəsindən biri olmuşdur.
Akif Nuriyev
Akif Ənvər oğlu Nuriyev (22 oktyabr 1938 – 15 mart 2000)— Azərbaycanlı səs operatoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988). == Həyatı == Akif Ənvər oğlu Nuriyev 22 oktyabr 1938-ci ildə Bakıda anadan olmuşdur. 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. 130-a qədər filmin səsini yazmışdır.
Aləm Nuriyev
Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri. == Həyatı == Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir. Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiridir. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvüdür. 115-dən çox elmi məqalənin müəllifidir. == Əsərləri == Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981 Bərdə şəhərinin tarixi arxeoloji oçerki.
Anatoli Nuriyev
Anatoli Anatoli oğlu Nuriyev (ukr. Анатолій Анатолійович Нурієв; 20 may 1996, Mukaçevo[d], Zakarpattya vilayəti) — Azərbaycanlı peşəkar futbolçu. Bakının "Sabah" klubunda hücumameyilli yarımmüdafiəçi və mərkəz hücumçusu kimi çıxış edir. Ukraynada anadan olub, Azərbaycan millisində çıxış edir. Atası əslən azərbaycanlı, anası isə ukraynalıdır. == Karyerası == === Klub === Anatoli futbolda ilk addımlarını 13 yaşında olarkən doğulduğu Mukaçevo şəhərinin uşaq idman məktəbində atıb. Bir müddət bir neçə əyalət turnirlərində iştirak edən komandalarda oynadıqdan sonra, 2016-cı ildə "Stal" klubuna qoşulur. Burada bir mövsum keçirtdikdən sonra, 2018-ci ildə "Minay" klubuna transfer edilir. 2021-ci ilin aprelində futbolçu klubla müqaviləsini daha bir il müddətinə uzadır. Ancaq mövsüm sonunda "Minay" klubunun Ukrayna yüksək Liqasını tərk etməsindən sonra klubla müqaviləsini pozur.
Ağasaleh Nuriyev
Ağa Saleh Məmmədhüseyn oğlu Nuriyev (28 mart 1940, Bakı – 23 fevral 2023, Bakı) — Azərbaycan Respublikasının əməkdar rəssamı, respublika və beynəlxalq sərgilərin iştirakçısı. == Həyatı == Nuriyev Ağa Saleh Məmmədhüseyn oğlu 28 mart 1940-cı ildə Bakıda anadan olmuşdur. O, 1957–1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1964–1973-cü illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. Ağa Saleh Nuriyev 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun əsərləri Gürcüstan, Moskva, Almaniya, Çexoslavakiya, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir. Rəssam 1977-ci ildən respublika və beynəlxalq sərgilərin iştirakçısı olub. Ağa Saleh Nuriyev 2006-cı ildə Azərbaycan Əməkdar rəssamı adına layiq görülmüşdür.Rəssamın yaradıcılığında vitrajlar xüsusi yer tutur. O, Azərbaycan Rəssamlar İttifaqında ("Flora və fauna", 1973), Səməd Vurğunun Ev-Muzeyində (1975) vitraj kompozisiyaları, AMEA Əlyazmalar İnstitutunda M. Füzuli və M. Ş. Vazehin vitraj portretləri, Bibiheybət məscidində vitrajların müəllifidir. Dəzgah vitraj nümunələri arasında "Kristal struktur", "Ritmik kompozisiya I", "Bürkü", "Uçuş", "Metamorfoz", "Noktürn", "Müasir ritmlər", "Major kompozisiyası" və s. əl işləri xüsusilə maraq doğurur.
Bəhruz Nuriyev
Bəhruz Nuriyev — əfsanəvi döyüşçü, "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Bəhruz Allahverdi oğlu Nuriyev 1971-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub. 1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib. Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyun 07-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.
Bəşir Nuriyev
Nuriyev Bəşir Nuru oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəşir Nuru oğlu Nuriyev 5 iyun 1973Masallı rayonu Binə Xocavar kəndində anadan olub. 1988-ci ildə kənd natamam orta məktəbini bitirdikdən sonra təhsilini Göytəpə texniki-peşə məktəbində davam etdirib, traktorçu-sürücü peşəsinə yiyələnib. O, 1991-ci ilin axırlarında hərbi xidmətə çağırılıb. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə bir neçə ay təlim keçdikdən sonra Bəşirgilin batalyonu Tərtər şəhərinə gətirilib. B. Nuriyev Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib, Sərsəng su anbarının, Çıldıranın, Kasapet yüksəkliyinin, Drambonun, Canyataq, Gülyataq və Sırxavəndin alınmasında böyük fədakarlıq göstərib. == Təltifləri == Binə Xocavar kənd tam orta məktəbi Bəşir Nuriyev adını daşıyır.
Cümşüd Nuriyev
Nuriyev Cümşüd Qurban oğlu (16 sentyabr 1955, Ağsu rayonu) — 1990–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri. Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993–1995). == Həyatı == Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. 1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, professordur. === Ailəsi === Ailəlidir, iki övladı, üç nəvəsi var. Arvad-Kəmalə Nurieva. Uşaqlar-Günay Nurieva,Shəbnəm Nurieva. Nəvələri-Ali Bayramov,Hüseyn Bayramov,Firuzə Garazadə == Elmi fəaliyyəti == 2005–2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 7 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində)"), ali məktəblər üçün hazırlanan 6 tədris-metodik vəsaitin müəlliflərindəndir.
Dəriyyə əmirliyi
Birinci Səudiyyə dövləti və ya Diriyyə əmirliyi (ərəb. إمارة الدرعية‎) — 1744-cü ildən 1818-ci ilə qədər Osmanlı Ərəbistanı torpaqlarında (indiki Səudiyyə Ərəbistanı) mövcud olmuş dövlət. Səud sülaləsinin idarə etdiyi birinci dövlət. Paytaxtı Diriyyə şəhəri olduğundan, bəzi tarixçilər əmirliyi Diriyyə əmirliyi adlandırırlar. == Tarixi == Diriyyə şəhərinin əmiri Məhəmməd ibn Səud yerli əmirlərlə yaxın münasibətlər qurur, tərəfdarları ilə ətraf bölgələrə yürüşlər edirdi. Məhəmməd ibn Əbdülvahhab öz adına xütbələr oxutmağa başladı. Bu da, Osmanlı imperiyasına qarşı mübarizədə ərəb hərəkatının əsas ideoloji bazasını təşkil edirdi. 1765-ci ildə Məhəmməd ibn Səud öldü və yerinə oğlu Əbdüləziz keçdi. Əbdüləziz ibn Məhəmməd əl-Səud müsəlman-vəhhabilərin imamı kimi Diriyyə əmirliyini güclü bir dövlətə çevirə bildi. 1773-cü ildə Ər-Riyadı işğal edən Səudlar, bütün Nəcdi özlərinə tabe etdilər.
Eldar Nuriyev
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. == Həyatı == Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E. Nuriyev burada 6 il çalışıb.
Elxan Nuriyev
Elxan Nuriyev (coğrafiyaçı)
Elşən Nuriyev
Elşən Nuriyev (tam adı: Elşən Əliisa oğlu Nuriyev; 13 iyun 1996; Göyçay, Azərbaycan — 4 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Nuriyev 1996-cı il iyunun 13-də Göyçay şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elşən Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elşən Nuriyev oktyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hidayət Nuriyev
Hidayət Nuriyev (20 yanvar 1941, Borçalı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Hidayət Rəhim oğlu Nuriyev 1941-ci il yanvarın 20-də Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuş, 1962-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, 1963-cü ilin oktyabr ayından etibarən AMEA Fizika İnstitutunun Elektronoqrafiya laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. Müasir mikroelektronikanin əsasını təşkil edən yarımkeçiricilərin nazik epitaksial təbəqələrinin müxtəlif altlıqlar üzərində böyümə xüsusiyyətlərinin kristal quruluşunun, səthinin morfologiyasının elektrofiziki, fotoelektrik optik xassələrinin tədqiqi ilə məşğul olmuş, onların əsasında fotohəssas P-n homo-hetero keçidlərin alınması, fotoqəbuledicilərin hazırlanması və tədqiqi istiqamətində elmi işlər aparmışdır. Baş laborant vəzifəsindən professor rütbəsinədək yüksəlmişdir. 1971-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1992-ci ildən professordur. == Elmi fəaliyyəti == Hidayət Nuriyevin elmi fəaliyyəti yarımkeçirici birləşmələrin və bərk məhlulların yüksək kristal mükəmməlliyə malik nazik epitaksial təbəqələrinin alınmasından ,onların əsasında müxtəlif təyinatlı fotohəssas strukturların hazırlanmasından və tətbiqindən ibarətdir. Bununla əlaqədar olaraq nazik epitaksial təbəqələrin müxtəlif altlıqlar üzərində böyümə xüsusiyyətləri kristal mükəmməlliyi, kristal quruluşu, səthinin morfologiyası, bircinsliliyi, elektrofiziki, fotoelektrik, optik xassələri müasir metodlarla tədqiq olunur, onların əsasında fotohəssas P-n homo-hetero keçidlər yaradılır və müxtəlif təyinatlı strukturlar hazırlanır. Tədqiqat işlərində elektronoqrafiya, rentgendifraktometriya, elektronmikroskopiya, ojespektrometriya metodlarından və uyğun olaraq müasir qurğulardan istifadə olunur. Hidayət Nuriyev 1963-1973 illər ərzində AMEA-nın Fizika İnstitutunda işləmiş, namizədik dissertasiyası mudafiə etmiş, böyük elmi işçi vəzifəsində calışmışdır. Onun elmi təşkilatçılıq bacarığı əsasən 1973-2002-ci illərdə çalışdığı AMEA-nın Fotoelektronika İnstitutunda özünü daha qabarıq şəkildə büruzə vermişdir.
Hikmət Nuriyev
Hikmət Mübariz oğlu Nuriyev (1 fevral 2002; Lerik, Azərbaycan — 28 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hikmət Nuriyev 2002-ci il fevralın 1-də Lerik rayonunda anadan olub. Subay idi. == Hərbi xidməti == Hikmət Nuriyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Nuriyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Lütfəli Nuriyev
Lütfəli Cahangir oğlu Nuriyev (1916, Yelizavetpol – 9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976) == Həyatı == Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub.Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib. == Fəaliyyəti == Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb. 1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
Mais Nuriyev
Mais Nuriyev — xoreoqraf, İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasinin sədri, Milanda "Aida " və "Orizon" Rəqs Akademiyasinin və Milan Konservatoriyasının professoru. == Həyatı == 1982-ci ildə Bakı Xoreografiya Məktəbində təhsil almışdır. 1974 −86 Azərbaycan Dovlət Rəqs Ansamblında rəqqas kimi fəaliyyət göstərmişdir. 1975–1977 hərbi xidmət olmuşdur. 1974–1982 Azərbaycan Dövlət İncəsənət İnstitutunda rejissor təhsili alıb. 1984–1989-cu Azerbaycan Respublikasi Mədəniyyət Nazirliyinin təyinatı ilə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti Universitetində(QITIS) baletmeysterlik təhsili alıb. 1986 – 89-cu illərdə Mədəniyyət Nazirliyinin təyinati ilə Naxçivan "Araz" Dovlət mahnı və rəqs ansamblı və Azərbaycan Dövlət "Göy Göl " mahni və rəqs ansamblında baletmeyster olmuşdur. 1989 – 92-ci illərdə Bakı Xoreqrafiya məktəbi dünya xalq rəqsləri, xarakterik rəqs müəllimi kimi fəaliyyət göstərmişdir. 1989–96-cı illərdə Teatr Xadimləri İttifaqi "Bulaq" Rəqs Teatrının, 1992 – 93-cü illərdə isə Azərbaycan Müdafiə Naziyliyi, Hərbi Dəniz Qüvvələri mahnı və rəqs ansamblında bədii rəhbər olmuşdur. 2000-ci ildən bu günədək Milan "Orizondanza" rəqs akademiyası / dünya xalq rəqsləri, xarakterik və klassik rəqs dosenti, 2000–2003-cü illərdə Milan Bələdiyyəsi mədəniyyət şöbəsi / dünya xalq rəqsləri müəllimi, 2007-ci ildən isə İtaliyanın bir sıra rəqs akademiyalarında Origami, LEcole Ballet (Neapol), Cizel dans (Porto San Giorgio) Arte e Spettacolo — Monza (Milan) , Teatr Alla Skala ilə birgə əməkdaşlıq edən " Aida " Peşəkar Rəqssasların İxtisaslaşma Mərkəzi akademiyasında dünya xalq rəqsləri üzrə dosent kimi fəaliyyət göstərmişdir.
Məhəmməd Nuriyev
Nuriyev Məhəmməd Nurməhəmməd oğlu — texnika elmlər doktoru, professor, Xəzər Universitetinin akademik işlər üzrə prorektoru. == Həyatı == Məhəmməd Nuriyev 1946-cı il aprelin 10-da Zaqatala rayonunun Mazıx kəndində anadan olmuşdur. 1964-cü ildə Zaqatalada 2 saylı orta məktəbi qızıl medalla, 1969-cu ildə isə Azərbaycan Neft və Kimya İnstitututunu fərqlənmə diplomu ilə bitirmişdir. 1969–1997-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda işləmişdir. 1975-ci ildə texnika elmləri namizədi, 1992-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi, 1996-cı ildə professor elmi adı almışdır. 1997-ci ildən indiyə kimi Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin dekanı, İqtisadiyyat və menecment kafedrasının müdiri və MBA proqram direktoru vəzifələrində işləmişdir. 1998-ci ildən Xəzər Universitetinin birinci prorektoru olmuş, hal-hazırda Xəzər Universitetinin Akademik işlər (tədris və elmi-tədqiqat) üzrə prorektorudur. M. Nuriyevin elmi axtarışları riyazi və süni intellekt üsulları əsasında istehsalın idarə edilməsi, makroiqtisadi modelləşdirmə və proqnozlaşdırma məsələlərinin həllinə həsr olunmuşdur. O, Xəzər Universitəsində biznes sahəsində yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsində həlledici rol oynamışdır. == Əsas elmi əsərləri == Методы и модели планирования нефтеперерабатывающих производств в условиях неполной информации.
Məhəmmədəli Nuriyev
Nuriyev Məhəmmədəli Nürəddin oğlu (24 fevral 1962) — Texnika elmləri doktoru, professor (2012) == Həyatı == Məhəmmədəli Nuriyev 24 fevral 1962-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində muəllim ailəsində anadan olmuşdur. O, 1969–1979-cu illərdə həmin kənddə orta təhsili başa vurduqdan sonra 1980–1982-ci illərdə hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1982-ci ildə Ç. İldrim adına Azərbaycan Politexnik İnstitutuna müsabiqədənkənar yolla qəbul olunmuş və təhsil almaq üçün Xalqlar dostluğu ordenli Y. Axunbabayev adına Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun hazırlıq fakültəsinə göndərilmişdir. 1988-ci ildə həmin İnstitutu bitirdikdən sonra mühəndis-mexanik ixtisasına yiyələnmişdir. M. N. Nuriyev 1988-ci ildə Azərbaycan Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Texnologiya İnstitutunun elmi-tədqiqat şöbəsində laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Üç ildən sonra Özbəkistan Respublikasının Təhsal Nazirıiyinin və Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun birgə məktubu ilə Azərbaycan Təhsil Nazirliyinə onun diplom layihəsinin yerinə yetirilməsi zamanı apardığı tədqiqatların elm tutumlu və xalq təsərrüfatına yararlı olduğunu bildirilmiş və tədqiqatların davam etdirilməsi üçün məqsədli aspiranturaya göndərilməsi üçün müraciət etmişlər. 1991-ci ildə göstərilən müraciətin əsasında o, yenidən ali təhsil aldığı institutun məqsədli aspiranturasına göndərilmiş və 1994-cü ilin sentyabrında vaxtından əvvəl "Çarpaz sarınan bağlamaların strukturlarına effektli nəzarət üsulu yaratmaq məqsədilə onların əmələ gəlmə proseslərinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi elmi adına layiq görülmüşdür. 1994–1998-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun "Əmək fəaliyyətinin təhlükəsizliyi" kafedrasında saat hesabı müəllim kimi çalışmışdır. 1998–2000-ci illərdə M. N. Nuriyev Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun "Standartlaşdırma və sertifikasiya" kafedrasında assistent sonra dosent, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Standartlaşdırma və sertifikasiya" kafedrasında dosent, 2012-ci ilin dekabından isə professor vəzifəsində çalışır. Professor M. N. Nuriyev 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Kommersiya" və 2004–2006-cı illərdə isə "Texnologiya və dizayn" fakültəsində dekan müavini işləmişdir.
Məmmədsadıq Nuriyev
Nuriyev Məmmədsadıq Qafar oğlu (5 mart 1919, Bakı – 22 mart 1975, Bakı) — azərbaycanlı teatr və kino aktyor, kiçik rolların məharətli ifaçısı. == Həyatı == Məmmədsadiq Nuriyev 1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. 1928-ci ildə atası onu Bakıda Bədəl bəy Bədəlbəyovun məktəbinə qoyur. Orada o dövr üçün orta sayılan tam təhsil alan Məmmədsadıq Nuriyev 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olur. Aktyor sənəti dərsini görkəmli aktrisa Fatma Qədri deyib. 1937-ci ildə Məktəbi bitirib. 1975-ci ildə Bakıda vəfat edib. Aktyor Yaşar Nurinin atasıdır. == Yaradıcılığı == Məmmədsadıq Nuriyev Teatr Məktəbində oxuyarkan birinci kursun əvvələrində Milli Dram Teatrının tamaşalarında çıxış edir. O, burda kütləvi səhnə epizodlarında, söz-süz rollarda əsərlərin tamaşasında iştirak edib.
Naziyyə Şəmsəddinskaya
Naziyyə Şəmsəddinskaya (Naziyyə Musa qızı Şəmsəddinskaya; 8 avqust 1926, Bakı – 26 avqust 2020) — Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, “Şöhrət” ordeni laureatı. == Həyatı == N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1949). Əmək fəaliyyətinə Ordubad şəhərində başlamışdır. 1955-1957 illərdə Krupskaya adına 2 saylı şəhər xəstəxanasında mama-ginekoloq, 1960-63 illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci mamalıq-ginekoloqiya kafedrasında baş laborant, 1963-64 illərdə Azərbaycan Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi, 1964 ildən Azərbaycan Tibb İnstitunun 1-ci mamalıq-ginekologiya kafedrasında asisstent, 1966 ildən dosent olmuş, 1970 ildən II mamalıq-ginekologiya kafedrasının müdiridir. Tədqiqatı qadınlarda hamiləliyin gedişinə, bətndaxili infeksiyaların etiologiyasına və s. həsr edilmişdir. Dəfələrlə Beynəlxalq konqreslərdə, forum və seminarlarda iştirak etmişdir. 170 elmi məqalənin, bir neçə kitabın müəllifidir. == Mükafatları == 20 sentyabr 2010-cu ildə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Naziyyə Şəmsəddinskaya "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Orxan Nuriyev
Orxan Nuriyev (d. 25 iyul 1995; , Azərbaycan) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. == Karyerası == Orxan Nuriyev birinci ciddi uğurunu 2014-cü ildə qazandı. Nuriyev yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalının sahibi oldu. Orxan Nuriyev 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. O, 98 kiloqram çəki dərəcəsində 1/8 final mərhələsində İsveçli Henna Yohansson ilə üz-üzə gəldi və 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı.
Hüriyyət
Hürriyyət (ərəb.
Hüriyyət (qəzet)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir.Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.