Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Napoleon
Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769[…], Ayaçço, Fransa krallığı[…] – 5 may 1821[…], Lonqvud evi[d], Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun Generalı, Fransa Respublikasının birinci prezidenti (9 noyabr 1799 – 20 mart 1804), fransızların imperatoru (18 may 1804 – 11 aprel 1814, 12 mart 1815 – 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 – 17 mart 1805), İtaliya kralı (17 mart 1805 – 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 – 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 – 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808–1809). Napoleon Bonapart 15 avqust 1769-cu ildə Ayyaçoda anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu idi. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir, elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir.
III Napoleon
III Napoleon tam adı Şarl Lui Napoleon Bonapart (fr. Charles Louis Napoléon Bonaparte; 20 aprel 1808[…], Paris, Fransa – 9 yanvar 1873[…]) — İkinci Fransa Respublikasının prezidenti, fransızların ilk prezidenti, İkinci imperiyanın ilk və fransızların III imperatoru, imperator I Napoleonun qardaşı oğlu. Bir sıra çevriliş cəhdindən sonra dinc yolla 1848-ci ildə II Respublika prezidenti kimi hakimiyyətə gəlmiş, 1851-ci ildə qanuni hakimiyyəti ləğv edib avtoritar polis rejimi yaradaraq bir ildən sonra özünü III İmperator elan edir. On illik qəddar bonapartizm ideyaları altında idarəçilikdən sonra 1860-cı ildə demokratik reformalar apararaq Fransanın iqtisadi, sənaye potensialının güclü inkişafına səbəb olmuşdur. 1870-ci ildə liberal konstitusiya qəbul edildikdən sonra, hakimiyyət yenidən qanuni parlamentə qayıdır. Fransa–Prussiya müharibəsində almanlara əsir düşən III Napoleon Fransanın sonuncu monarxı sayılır. == Həyatı == === Kimliyi və gəncliyi === Şarl Lui Napoleon Bonapart Hollandiya kralı Lui Bonapartın oğlu eyni zamanda I Napoleonun qardaşı oğludur. Anası Hortenziya de Boharne də I Napoleon nəslinə aid olub (atası Aleksandr Vikonti terror nəticəsində öldürüldükdən sonra anası Jozefina Taşer de la Boharne I Napoleona ərə getmişdir.), Napoleon Bonapartın ögey qızı sayılır. Şarl Lui Napoleon Bonapart adı altında dünyaya gəlsə də, onun Lui Filippin qanunsuz oğlu olması barədə çoxlu fərziyələr mövcuddur. I Napoleonun saray iqamətgahında anasının təsiri altında böyüyən Şarl Napoleon Bonaparta rəğbət ruhunda tərbiyə almışdır.
II Napoleon
II Napoleon (fr. Napoléon François Charles Joseph Bonaparte; 20 mart 1811, Paris – 22 iyul 1832[…], Vyana) — Napoleon Bonapartın oğlu. Əslində heç hökmdar olmayan Napoleon 3 yaşında imperator elan olunmuşdu. 4 yaşından bəri Avstriyada yaşayırdı. 1832-ci ildə 21 yaşında vərəm xəstəliyinə tutularaq vəfat etdi. Məzarının qalıqları Adolf Hitler tərəfindən Fransaya qaytarılmışdı.
I Napoleon
Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769[…], Ayaçço, Fransa krallığı[…] – 5 may 1821[…], Lonqvud evi[d], Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun Generalı, Fransa Respublikasının birinci prezidenti (9 noyabr 1799 – 20 mart 1804), fransızların imperatoru (18 may 1804 – 11 aprel 1814, 12 mart 1815 – 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 – 17 mart 1805), İtaliya kralı (17 mart 1805 – 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 – 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 – 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808–1809). == Ümumi xülasə == Napoleon Bonapart 15 avqust 1769-cu ildə Ayyaçoda anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu idi. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir, elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir.
Napoleon (dəqiqləşdirmə)
II Napoleon
Napoleon Bonapart
Napoleon Bonapart (it. Napoleone Buonaparte, fr. Napoléon Bonaparte; 15 avqust 1769[…], Ayaçço, Fransa krallığı[…] – 5 may 1821[…], Lonqvud evi[d], Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun Generalı, Fransa Respublikasının birinci prezidenti (9 noyabr 1799 – 20 mart 1804), fransızların imperatoru (18 may 1804 – 11 aprel 1814, 12 mart 1815 – 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 – 17 mart 1805), İtaliya kralı (17 mart 1805 – 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 – 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 – 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808–1809). Napoleon Bonapart 15 avqust 1769-cu ildə Ayyaçoda anadan olub. O, Karlo Bonapartın və Letizia Ramolinonun 2-ci oğlu idi. Napoleon Briendəki hərbi akademiyaya daxil olur və 1785-ci il 28 oktyabra qədər burada təhsilini davam etdirir, elə həmin ildən artilleriya üzrə kiçik leytenant rütbəsi ilə peşəkar hərbi fəaliyyətə başlayır. O dövrdə Fransada böyük çaxnaşmalar baş verirdi. Napoleon Korsikaya qayıdıb öz vətəni uğrunda döyüşlərə qoşulur. O, 1793-cü il 17 dekabrda ilk hərbi uğurunu İngiltərə tərəfindən zəbt olunmuş Tulonu azad etməklə qazanır. Bu qələbəsinə görə Napoleon briqada generalı, 23 fevral 1796-cı ildə isə İtaliya ordusunun komandanı təyin edilir.
Napoleon Hil
Napoleon Hil (ing. Napoleon Hill; 26 oktyabr 1883, Vayz, Virciniya – 8 noyabr 1970, Cənubi Karolina) — amerikalı yazıçı və müasir fərdi-müvəffəqiyyət nəşr növünün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Düşün və zənginləş" (ing. Think and Grow Rich) bütün zamanların ən çox satılan kitablarından biridir. O, geniş şəkildə müvəffəqiyyət haqqında yazan böyük yazıçılardan biri hesab olunur. Napoleon Hill (26 oktyabr 1883 – 8 noyabr 1970), Amerikalı yazıçı və müasir şəxsi-inkişaf haqqında növün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Think and Grow Rich" (Fikirləş və Zənginləş) bütün dövrlərin ən çox satılan kitablarından biridir. Həyat hekayəsini qeydə alanlara görə Napoleon, Vircinya Vays Kauntinin Paund qəsəbəsində 2 otaqlı bir daxmada kasıb ailədə dünyaya gəlib. Anası Napoleon 10 yaşında ikən vəfat edib, atası iki il sonra yenidən evlənib. 13 yaşında olarkən qəsəbə qəzeti "Mountain Reporter"də məqalə yazmağa başlayır.
Napoleon Orda
Napoleon Mateuş Tadeuş Orda (pol. Napoleon Mateusz Tadeusz Orda; 11 fevral 1807[…] – 26 aprel 1883[…], Varşava) ― Belarus, Litva və Polşa yazıçısı, musiqiçi, bəstəkar, rəssam, heykəltaraş, müəllim. O, Minsk quberniyasının Pinsk qəzasının Vorotseviçi ailə əmlakında (indiki Brest vilayətinin İvanov rayonunun kəndi) doğulmuşdur. Fortifikator mühəndisi kimi çalışan Napoleonun atası Mixail Orda yoxsullaşmış tatar nəslindən gəlirdi, onun əcdadları 14-cü əsrdə Litva Böyük Hersoqu Vitovtun hakimiyyəti dövründə Qızıl Ordadan köçmüş və yeni vətəninə vicdanlı xidmət edərək hörmət qazanmış və artıq 18-ci əsrdə kifayət qədər varlı şlyaxtiç olmuşdular. Napoleon Ordanın anası istedadlı pianoçu Jozefina Butrimoviç məşhur ictimai xadim və Pinsk başçısı Tadeuş Butrimoviçin qızı idi. Napoleon Orda 24 fevralda qonşu Yanovoda yerləşən Krestovozdvijen məbədində xaç suyuna salındı. İlk təhsilini evdə valideynlərindən aldı, sonra Sviçloçdaki gimnaziyada oxudu. 1823-cü ildə Vilen Universitetinin Fizika-Riyaziyyat fakültəsinə daxil oldu. 1827-ci ildə "Zoryane" gizli tələbə cəmiyyətinin fəaliyyətində iştirakına görə həbs olundu və universitetdən qovuldu. 15 ay həbsxanada qaldıqdan sonra Vorotseviçiyə qayıtdı və polis nəzarəti altında saxlanılırdı.
Napoleon evi
Napoleon evi həmçinin Mayor Cirod Evi və ya Nikolas Cirod Evi kimi bilinən, ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərinin fransız məhəlləsi sayılan Şartres 500 küçəsində yerləşən tarixi binadır. Bina 1794-cü ildə tikilmiş və 1814-cü ildə genişləndirilmişdir ki, buranın adı Napoleon Bonapartın sürgündən sonra yaşayış ünvanı olaraq hazırlandığı yerli əfsanədən yaranmışdır. Napoleonun Luiziana ştatına gətirilməsi planı 1821-ci ildə onun ölüm xəbərindən sonra dəyanmışdır. Bina həmçinin Nyu-Orlean şəhərinin mayoru olmuş Nikolas Cirodun evi olmuşdur. 19-cu əsrin əvvəllərində bu bina şəhərin ən incə şəxsi tikililərindən biri olmuş, bina 20-ci əsrin əvvəlində yerli bir baqqal olaraq fəaliyyət göstərmiş və 1914-cü ildən sonra Napoleon Evi adlı restoran kimi fəaliyyət göstərir. Binanın yuxarı mərtəbələri mənzillərə çevrilib ki, bəzi hissələrdə binanın orjinal dekorasiyları hələdə gözə çarpmaqdadır. Bina şəhərin fransız üslubunda ən yaxşı arxitektura nümunələrindən biri kimi 1970-ci ildə Milli Tarixi Memarlıq abidəsi kimi elan edilmişdir. Bu üç mərtəbəli kərpicdən tikilmiş bina, qabarıq damlı və qübbəlidir. İkinci mərtəbə dəmirdən hazırlanmış eyvanlardan ibarətdir. Napoleon Evi restoranında köhnə zamanların Nyu-Orlean atmosferi hökm sürür və burada ənənəvi xörəklər təklif edilir.
Napoleon kompleksi
Napoleon kompleksi (fr. Complexe de Napoléon) - bəstəboy insanlarda (xüsusən kişilərdə) teorik vəziyyəti izah etmək üçün istifadə olunan termin. Napoleon kompleksi olan insanlar əsasən aqressiv davranışlar göstərirlər. Belə davranışların əsas səbəbi kimi isə boylarının qısa olması və bununla bağlı yaranmış narahatlıq hissinin dəf edilməsi ilə bağlıdır. Napoleon kompleksi digər adlarlada məşhurdur. Bunlardan Napoelon sindiromu və Qısa adam sindiromu daxildir. Napoleon Bonapart bəstəboy olduğundan və bu vəziyyətlə bağlı sıxıntı yaşadığından kompleksə zamanla onun adına adlandırılmışdır.
Napoleon müharibələri
Napoleon müharibələri — adı altında noyabr 1799 (1798)-cu ildən başlayaraq iyun 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796–1797) və onun Misir ekspedisiyası (1798–1799), Fransız inqilabı müharibəsi daxildirlər. 18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qatma-qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu idarəçiliyində özünü göstərməkdə idi. Məhz bu şəraiti düzgün qiymətləndirə bilən Napoleon getdikcə Avropanın hakiminə çevrilməyə başlayırdı. Hələ brümer çevrilişindən əvvəl İtaliya ordusunun ali komandanı olan zaman Avropa sərhədlərini çızmağa başlamışdır. Misir ekspedisiyası zamanı isə şərq planlarını cızırdı. Birinci konsul olduqda arzu edirdi ki Rusiya imperiyası ilə birlikdə ingilisləri Hindistandan sıxışdırıb çıxartsın.
Napoleon müharibəsi

Napoleon tortu
Napoleon tortu bir neçə qayda ilə hazırlanır:əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremi isə "zavarnoy" kremdir. Əgər sizin özünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz. Avropada ilk olaraq 1733-cü ildə Mille-fuelle(min vərəq) adı ilə hazırlanan tort daha sonralar üzəri mürəbbə ilə örtülmüş və 1876-ci ildə Urbena Dubois tərəfindən yeni resepti hazırlanmışdır. Digər versiyalar: Rusiyada 1812-ci ildə Napaleon üzərində qələbədən sonra Çar bu əlamətdar tarixin yüzüncü ildönümünü qeyd olunması şərəfinə diqqətli hazırlıq işləri görülməsinin əmr etdi.Aşpazlar da görkəmli bir tort hazırlamaq qərarına gəldilər. Napoleon tortunun macar versiyasında, xidmət edərkən tort mütləq kublara kəsildiyi diqqəti çəkir.Bu Kremeşin mənşəyinə bağlıdır.Məşhur miqnon tortunun ixtiraçısı Jak Miqnon yalnız dünyəvi xanımların kiçik çərəzlərə meyilli olduğunu,digər insanların isə böyük hissələr üstünlük verdiyini deyir. 200 q soyuq kərə yağı - iri-iri doğrayın 4 stəkan un 1 yumurta 1 stəkan xama 3 yumurta 1 stəkan yarım şəkər tozu 6 xörək qaşığı un (qaşığı çox doldurmayın) 4 stəkan süd 200 q kərə yağı Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın.
Napoleon məcəlləsi
Napoleon məcəlləsi (fr. Code Napoléon), həmçinin Mülki məcəllə (fr. Code civil) — mülki hüququn genişmiqyaslı sistemə salınmasını təmsil edən və dünyanın bir çox ölkələrində sonrakı kodifikasiya prosesinə güclü təkan verən Fransanın fundamental qanunvericilik aktı. XIX əsrin əvvəllərində Fransa Respublikasının ilk konsulu Napoleon Bonapartın təşəbbüsü ilə işlənib hazırlanmış və qəbul edilmişdir. Bu günə qədər də dəyişikliklər və əlavələrlə qüvvədədir. Məcəllənin hazırlanmasında məqsəd Fransada qüvvədə olan, həm hüquqi adətləri, həm də müxtəlif tənzimləmələri özündə birləşdirən xaotik və müxtəlif mülki hüquq mənbələrini əvəzləmək idi. Yeni məcəllə fiziki şəxslərin statusu, nikah və ailə münasibətləri, mülkiyyət hüquqları, vərəsəlik və öhdəliklər haqqında institusional sistemə uyğun qurulmuş hüquq normalarını özündə əks etdirən üç (hazırda beş) kitabdan ibarət idi. Böyük Fransa inqilabından dərhal sonra qəbul edilmiş Napoleon kodeksi Fransa hüququnun müxtəlif mənbələri - Roma hüququ, adət-ənənələr, kral fərmanları, habelə inqilabi qanunvericilik arasında bir növ kompromis idi; əlavə olaraq onun tərtibində hüquq elminin nailiyyətlərindən geniş istifadə edilmişdir. Məcəllə mövcud sinfi fərqləri və imtiyazları rədd edərək, yeni burjua cəmiyyətinin formalaşmasının əsaslarından biri kimi öz normalarında ailə münasibətlərinin dünyəviləşdirilməsini, mülki əməliyyatlarda iştirakçıların bərabərliyini, xüsusi mülkiyyətin toxunulmazlığını, mülki müqavilələr bağlamaq azadlığı və eyni zamanda nikah və ailə haqqında XVIII-XIX əsrlərin başlanğıcı üçün xarakterik olan patriarxal baxışları təsbit etdi. Hüquq texnologiyası nöqteyi-nəzərindən məcəllə özünün ahəngdar təqdimatı, çevikliyi, tərtibat və təriflərin aydınlığı ilə seçilir ki, bu da mütərəqqi normalarla yanaşı, Avropa, Amerika və dünyanın digər ərazilərində onlarla ölkənin hüquq sistemləri tərəfindən mənimsənilməsinin əsas səbəblərindən biri olmuşdur.
Napoleon (tort)
Napoleon tortu bir neçə qayda ilə hazırlanır:əsl qat-qat xəmirdən, tez hazırlanan qat-qat xəmirdən və bu reseptdəki kimi adi yağlı xəmirdən. Kremi isə "zavarnoy" kremdir. Əgər sizin özünüzün bildiyi və bəyəndiyi krem varsa, burdakı kremlə əvəz edə bilərsiniz. Avropada ilk olaraq 1733-cü ildə Mille-fuelle(min vərəq) adı ilə hazırlanan tort daha sonralar üzəri mürəbbə ilə örtülmüş və 1876-ci ildə Urbena Dubois tərəfindən yeni resepti hazırlanmışdır. Digər versiyalar: Rusiyada 1812-ci ildə Napaleon üzərində qələbədən sonra Çar bu əlamətdar tarixin yüzüncü ildönümünü qeyd olunması şərəfinə diqqətli hazırlıq işləri görülməsinin əmr etdi.Aşpazlar da görkəmli bir tort hazırlamaq qərarına gəldilər. Napoleon tortunun macar versiyasında, xidmət edərkən tort mütləq kublara kəsildiyi diqqəti çəkir.Bu Kremeşin mənşəyinə bağlıdır.Məşhur miqnon tortunun ixtiraçısı Jak Miqnon yalnız dünyəvi xanımların kiçik çərəzlərə meyilli olduğunu,digər insanların isə böyük hissələr üstünlük verdiyini deyir. 200 q soyuq kərə yağı - iri-iri doğrayın 4 stəkan un 1 yumurta 1 stəkan xama 3 yumurta 1 stəkan yarım şəkər tozu 6 xörək qaşığı un (qaşığı çox doldurmayın) 4 stəkan süd 200 q kərə yağı Əvvəlcə kremi hazırlayın. Kasada yumurta və şəkəri bir az rəngi açılana qədər çalın. Alınan kütləni bir qazana boşaldın. Üstünə un və südü əlavə edin və yaxşıca qarışdırın kı, un açılsın.
Napoleon Dinamit
Napoleon Dinamit (ing. Napoleon Dynamite) — 2004-cü ildə ekranlara çıxan müstəqil ABŞ filmi. ABŞ-nin Orta Qərb bölgəsindəki ekssentrik orta məktəb şagirdi Napoleon Dinamit, sinfinə yeni gələn özü kimi bir şagird ilə dostluq edir. Jon Heder — Napoleon Dynamite Efren Ramirez — Pedro Sánchez Tina Majorino — Deborah "Deb" Bradshaw Aaron Ruell — Kipland Ronald "Kip" Dynamite Jon Gries — Rico Dynamite Haylie Duff — Summer Wheatley Emily Kennard — Trisha Stevens Shondrella Avery — LaFawnduh Lucas Sandy Martin — Grandma Carlinda Dynamite Diedrich Bader — Rex Carmen Brady — Starla Trevor Snarr — Don Ellen Dubin — Aunt Ilene foxsearchlight.com/napol…searchlightpictures.com/… — Napoleon Dinamit rəsmi saytı Napoleon Dinamit — Internet Movie Database saytında.
Helen Napoleon Bonapart
Helen Napoleon Bonapart (18 iyun 1816 – 16 yanvar 1907) Napoleon Bonapartın və məşuqəsi Albina de Montolonun güman edilən qızı. Helen Napoleon Bonapart 1816-cı ildə keçmiş imperatoru sürgündə müşayiət edən markiz Şarl Tristan Montolon və həyat yoldaşı Albinanın ailəsində, Müqəddəs Yelena adasında dünyaya gəlmişdir. Tam adı Napoleon Mari Helen Şarlotta de Montolon Semonvilldir. Albinanın Napoleonun məşuqəsi olması səbəbindən bəzi tarixçilər Heleni onun qızı hesab edir. İmperator özü bunu heç vaxt etiraf etməsə də, qızın Napoleona çox oxşadığı iddia olunur. Müqəddəs Yelena adasını tərk etdikdən sonra Helenin sonrakı taleyi barəsində müfəssəl məlumat yoxdur. O, 1907-ci ildə Eks-an-Provansda vəfat etmişdir.
Napoleon (film, 2023)
Napoleon — Ridli Skottun rejissorluğu və prodüserliyi ilə 2023-cü ildə çəkilmiş və ssenari müəllifi Devid Skarpa olan epik və tarixi dram filmidir. Napoleon Bonapartın əsl həyat hekayəsi əsasında çəkilən və Fransa liderinin hakimiyyətə gəlişini, eləcə də onun imperatriça Jozefina Boharne ilə olan münasibətini özündə əks etdirən filmdə Xoakin Feniks Napoleon Bonapart rolunu, Vanessa Kirbi isə Jozefina rolunu canlandırmışdır. Napoleon filminin premyerası 14 noyabr 2023-cü ildə Parisdəki Salle Pleyeldə baş tutmuşdur. Film 22 noyabr 2023-cü ildə Sony Pictures Releasing tərəfindən ABŞ və Böyük Britaniyada buraxılmış, daha sonra isə Apple TV+-da yayımlanmışdır. == Qısa süjet xətti == Film Napoleonun imperatriça Jozefina olan münasibətlərindən başlayaraq onun hakimiyyətə necə gəlməsini obyektiv bir formada təsvir edir.
Şampoleon
Şampoleon (fr. Champoléon, oks. Champolion) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orsyer kantonuna daxildir. INSEE kodu — 05032. 2008-ci ildə əhalinin sayı 125 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 60 nəfər iqtisadi fəal, 18 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 76.9%, 1999-cu ildə 68.0%). Fəal olan 60 nəfərdən 58 nəfər (33 kişi və 25 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Apollon
Apollon (yun. Ἀπόλλων; lat. Apollo mənası işıq; şüa) yunan mifologiyasında ikinci nəsil tanrısı, Zevsin və Letonun oğlu, Artemidanın əkiz tayı — qardaşı. 12 Olimp tanrısından biridir. İşıq, kəhanət, şeir və musiqi tanrısı, oxçuların hamisidir. O həm də həkimliyin tanrısıdır. Həkimliyi insanlara o öyrətmişdir. Yoluxucu xəstəlikləri o göndərir və o sağaldır. Simvolları dəfnə, yay, lira, delfin və qarğadır. Apollon biseksualdır.
Adi apollon
Adi apollon (lat. Parnassius apollo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur.
Jose Napoles
José Ángel Napoles və ya Mantequilla (qüsursuz boks tərzinə görə "Yağ" adlanır) (13 aprel 1940, Santyaqo-de-Kuba[d] – 16 avqust 2019, Mexiko) — Kuba əsilli Meksikalı peşəkar boksçu idi. O, yüngül orta ağır çəkidə boks üzrə dünya çempionu idi.
Apollon 14
Apollon 14 (ing. Apollo 14) - ABŞ-ın Apollon proqramının səkkizinci missiyası, Aya enən üçüncü və Ay dağlıq ərazilərinə ilk enən missiya idi. Missiya ilkin olaraq 1970-ci il üçün nəzərdə tutulmuşdu, lakin Apollon 13-ün uğursuzluğu ilə bağlı araşdırmalar və nəticədə kosmik gəmidə dəyişikliklər edilməsi zərurəti səbəbiylə təxirə salındı. Komandir Alan Şepard, komanda modulunun pilotu Stuart Rusa və Ay modulunun pilotu Edqar Mitçel 31 yanvar 1971-ci il bazar günü 16:03:02-də doqquz günlük missiya üçün yola düşdülər. Ayın enişinə gedərkən ekipaj ardıcıl ikinci missiyanı dayandıra biləcək nasazlıqların öhdəsindən gəldi və bəlkə də Apollon proqramını vaxtından əvvəl sona çatdırdı. Şepard və Mitçel səthdə olarkən, Rusa Komandanlıq və Xidmət Modulunun göyərtəsində Ay orbitində qaldı, elmi təcrübələr apardı və gələcək Apollo 16 missiyasının eniş yeri də daxil olmaqla fotoşəkil çəkdi. O, özü ilə bir neçə yüz toxum götürdü, bir çoxu qayıdandan sonra cücərdi və sonrakı illərdə geniş yayılmış ay ağacları adlanan ağacları meydana gətirdi. Ayın səthindən buraxıldıqdan və uğurla yerləşdikdən sonra kosmik gəmi Yerə qaytarıldı və burada fevralın 9-da üç astronavt Sakit Okeana təhlükəsiz şəkildə endilər. == Ekipaj və mühəndislər == Əsas heyət Alan Şepard — komandir (2-ci kosmosa uçuş) Stuart Rusa — komanda modulunun pilotu (1-ci kosmik uçuş) Edqar Mitçel — Ay modulunun pilotu (1-ci kosmosa uçuş) Alan Şepard uçuş zamanı ən yaşlı idi (47 yaş). Ekipaj bütövlükdə minimal uçuş təcrübəsinə malik idi: Şepard Merkuri proqramı çərçivəsində cəmi 15 dəqiqəlik suborbital uçuşda olmuşdu.
Apollon 10
Apollo 10 — NASA-nın Apollon proqramının Ayın səthinə insan endirmək məqsədi daşıyan ekipajlı missiyası. Bu, dördüncü ekipaj missiyası idi və Apollo 11 tərəfindən ediləcək faktiki eniş üçün məşq idi. 10 may 1969-cu ildə yola çıxan:76 üç kosmonavt, Tom Stefford, Con Yanq və Yucin Sernan Ay ətrafında orbitə çıxdılar. Stefford və Sernan ay modulunu Ayın səthindən cəmi 14.5 kilometr (9 mil) yüksəyə qədər uçurdular. :76 Apollo 10 ekipajı orbitlərinin Ayın qaranlıq üzü tərəfində yerləşən ən uzaq nöqtəyə çatmışdır ki, bu nöqtə də hər hansı bir insanın Yer səthindən səyahət etdiyi ən uzaq məsafədir.
Apollon 12
Apollon 12 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ikinci uğurlu missiya. Bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş 6-cı uçuş idi. 14 noyabr 1969-cu ildə Kennedi Kosmik Mərkəzindən buraxılıb.