tədqiqat-axtarış

tədqiqat-axtarış
tədqiqat
tədqiqatçı
OBASTAN VİKİ
Axtarış
Axtarış — nəyisə tapmağa, əldə etməyə yönələn hərəkət. Yeni və ya itirilmiş informasiya, bilik, nəticə və sərvət əldə etmək üçün edilən fasiləsiz cəhddir. Axtarış eyni zamanda təbiət, insan haqqında biliklərin məqsədyönlü toplanmasıdır. İnternetdə informasiya ələd etmək üçün axtarış sistemindən istifadə edilir.
Tədqiqat
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. == Tədqiqat metodu == Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. == Tədqiqat mövzusu == Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. == Tədqiqat obyekti == Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. == Tədqiqatçı == Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Axtarış-xilasetmə
Axtarış və xilasetmə zamanı hər hansı bir təbii və ya texnogen əsaslı fövqəladə hal və ya fəlakət zamanı təcili yardıma ehtiyacı olan insanları tapmaq, lazım olduqda ilk yardım tətbiq etmək və daha əhatəli kömək ala biləcəkləri təhlükəsiz bir yerə köçürmək mümkündür. Qısaca ingilis dilindəki “search and rescue” (az: “axtarış-xilasetmə”) sözlərindən yaradılan SAR istifadə olunur. Bəzi axtarış və xilasetmə qrupları qurbanlara xilasetmə sonrası xidmət və yaşayış yerlərini təmin etməkdə də kömək edirlər. Axtarış-xilasetmə işləri zamanı insanlar və xüsusi təlim keçmiş heyvanlardan başqa sadə avadanlıqlardan xüsusi təchiz edilmiş hava, quru və dəniz nəqliyyat vasitələrinə qədər müxtəlif çeşidli avadanlıqlardan istifadə olunur. Fəlakət növünə görə daha sürətli və daha effektiv xidmət göstərmək üçün axtarış-xilasetmə qrupları bir neçə alt siniflərə bölünür. Onların arasında; Dağ, dəniz, zəlzələ, sel və qarşıdurma bölgələrində fəaliyyət göstərən axtarış-xilasetmə qrupları nümunə göstərilə bilər.
Axtarış alqoritmi
Axtarış alqoritmləri — kompüter elmlərində, müxtəlif növ verilənlərin strukturlarının (data structures) üzərində bir məlumatın axtarılması sırasında istifadə edilən alqoritmlərin ümumi adıdır. Məsələn, faylda bir sözün və ya massivdə (array) bir məlumatın axtarılmasında bu alqoritmlərdən istifadə olunur. Kompüter elmlərində axtarış alqoritmi verilənlər arasından hər hansı xüsusiyyətə malik veriləni tapmaq üçün istifadə olunan alqoritmdir. == Növləri == === Uninformed Search (Bilmədən axtarış) === Axtarış prosesinin bilmədən aparılması bir sıra çətinliklərə səbəb olur məsələn problemə xas asanlıqları alqoritm bilmir. Yəni hər vəziyyətdə eyni şəkildə işləyən alqoritmlərə uninformed search (bilmədən axtarış) adı verilər. Bu axtarışların bəziləri bunlardır: ==== Massivlər üzərində işləyənlər ==== Xətti axtarış (Linear Search) İkili axtarış (Binary Search) İnterpolyasiya ilə axtarış (Interpolation Search) ==== Qraflar üzərində işləyənlər ==== Sabit Qiymətli axtarış (Uniform Cost Search) Floyd Warshall alqoritmi Prim Alqoritmi Kruskal Alqoritmi Dijkstra Alqoritmi Bellman Ford Alqoritmi İkili axtarış ağacı (Binary Search Tree) Eninə axtarış alqoritmi (Breadth first search) Dərinə axtarış alqoritmi (Depth first search) Dərin Limitli Axtarış Alqoritmi (Depth Limited Search) Trie Ağacları (mətn ağacları, trie trees) B-ağacları (B-Tree) ==== Mətn Axtarış Alqoritmləri ==== Horspool Axtarış Alqoritmi Knuth-Morris Prat Axtarış Alqoritmi Boyer-Moore Axtarış Alqoritmi Brute Force Text Search DFA Mətn Axtarış Alqoritmi === Informed Search (Bilərək axtarış) === Bu növ axtarışda alqoritm problemin bəzi xassələrini bilir və problem üzərində dəyişiklik edə bilir.
Axtarış alqoritmləri

Axtarış işləri
Axtarış işləri (rus. Разведка месторождений полезных ископаемых) — faydalı qazıntı yataqlarının aşkar edilməsi və qiymətləndirilməsinə dair işlər kompleksi. Faydalı qazıntı yataqlarının axtarışı 3 mərhələdə aparılır: ümumi axtarışlar. bilavasitə axtarış işləri. axtarış-qiymətləndirmə işləri. Ümumi axtarışlar prosesində ərazilərdə tədqiqat aparmaqla faydalı qazıntıların mövcudluğuna birbaşa əlamətlərin olması ilə onların perspektivliyi təsdiq edilir. Axtarış işlərinin miqyası axtarış müşahidələri şəbəkəsinin sıxlığı ilə müəyyən edilir, faydalı qazıntıların növü və ərazinin geoloji quruluşunun mü rəkkəbliyindən asılı olur. Axtarış işlərinə geoloji, geokimyəvi və s. üsullar kompleksi ilə axtarışlar aparılması, səth mədən qazmalarının keçilməsi, axtarış quyularının, qanov, şurf, dairəvi şurf qazılması ilə ana süxurların aşkarlanması daxildir. Səmərəli xtarış işləri kompleksi faydalı qazıntıların növündən və işlərin aparıldığı ərazinin quruluşu, landşaft-coğrafi şəraitin dən asılı olaraq seçilir.
Axtarış sistemi
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Binar axtarış
İkilik (Binar) və ya yarıya bölməklə axtarış (ing. Binary search) — Sıralanmış massivdə müəyyən qiymətin axtarılması alqoritmidir. Xətti axtarışdan fərqli olaraq Binar axtarış sıralanmış massivlər üzərində daha tez axtarış aparmağa imkan verir. Xüsusilə böyük həcmli verilənlər bazasına sahib proqramlarda xətti axtarış texniki olaraq çox vaxt tələb etdiyindən yaramır. == İşləmə prinsipi == Alqorimtin işləməsi üçün ilk öncə massiv sıralanmış olmalıdır. Bu üsul ilə axtarış zamanı axtarılan məlumat massivin ortadakı elementi ilə müqayisə edilir. Əgər axtarılan ədəd ortadakı elementdən böyükdürsə o zaman, həmin ədəddən kiçik hissələr unudulur və axtarış böyük olan hissədə aparılır və ya əksinə. Hər belə müqayisədə axtarış yarıya endirilir. == Nümunə == a = axtarılan ədəd, M = massiv a = 4, M = 1 3 4 6 8 9 11 a ilə 6-ı müqayisə et. Kiçikdir.
Xətti axtarış
Kompüter elmlərində xətti axtarış (en:linear search) massivdəki məxsusi elementi tapmaq üçün massivdəki hər bir elementi ardıcıl şəkildə yoxlayır və bu elementi tapana qədər davam edir. Xətti axtarış ən sadə axtarış alqoritmidir. == Analizi == n elementli massiv üçün alqoritmin ən yaxşı işləmə halı axtarılan elementin massivin birinci elementi olmasıdır. Bu halda yalnız bir müqayisə aparılır. Alqoritmin ən pis işləmə halı isə axtarılan elementin ən sonuncu olmasıdır. Bu halda n sayda müqayisə lazımdır. == Psevdokod == For each item in the list: if that item has the desired value, stop the search and return the item's location.
Axtarış sistemləri
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
Axtarış mühərriki

Axtarış botu
Axtarış botu — Ümumdünya hörümçək torunu sistematik şəkildə analiz edən və adətən veb indeksləşdirmə məqsədilə axtarış motorları tərəfindən idarə olunan internet botu. Veb axtarış mühərrikləri və bəzi digər veb-saytlar öz veb məzmununu və ya digər saytların veb məzmununun indekslərini yeniləmək üçün axtarış botundan istifadə edirlər. Axtarış botu axtarış mühərriki tərəfindən emal edilməsi üçün səhifələri kopyalayır. Bu da istifadəçilərə daha səmərəli axtarış edə bilmə imkanı verir. Axtarış botları ziyarət edilən sistemlərdə resursları istehlak edir və tez-tez saytları xəbərsiz ziyarət edirlər. Böyük səhifə kolleksiyasına rast gəldikdə planlama, yüklənmə və "nəzakət" problemləri gündəmə gəlir. Bunu axtarış botuna bildirmək üçün indekslənmək istəməyən ictimai saytlar üçün mexanizmlər mövcuddur. Məsələn, robots.txt faylı botlardan veb-saytın yalnız müxtəlif hissələrini indeksləşdirməyi və ya ümumiyyətlə indeksləşdirməməyi tələb edə bilər. İnternet səhifələrinin sayı olduqca çoxdur; hətta ən böyük botlar belə tam indeks yaratmaqda çətinlik çəkirlər. Bu səbəbdən, axtarış sistemləri Ümumdünya hörümçək torunun ilk illərində, 2000-ci ildən əvvəl müvafiq axtarış nəticələrini vermək üçün mübarizə aparırdılar.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi tədqiqat

Tədqiqat şəbəkəsi
Tədqiqat şəbəkəsi (ing. Research network) – elmi işlərə dəstək məqsədi daşıyır. Əksər tədqiqat şəbəkələri bir-biri ilə birləşib qlobal tədqiqat şəbəkəsi yaradır. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Tədqiqat stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. == Arktikada yerləşən tədqiqat stansiyaları == İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Tədqiqat Universiteti
Tədqiqat universiteti — elmi tədqiqatın universitetin işinin mərkəzi hissələrindən biri olduğu xüsusi bir universitet növüdür.Cənubi Kaliforniya Universiteti. Onlar ictimai və ya özəl ola bilər və çox vaxt tanınmış adlara malikdirlər.Belə universitetlər elmi araşdırmaların özünə böyük diqqət yetirir və çox vaxt elmə tanınmış adları daxil edirlər.Tədqiqat universitetlərində bakalavr dərəcələri çox vaxt peşə deyil, akademikdir və tələbələri xüsusi peşəkar karyeralara hazırlamır, lakin bir çox işəgötürənlər hələ də tədqiqat universitetlərinin dərəcələrini qiymətləndirirlər, çünki onlar tənqidi düşünmə kimi bacarıqları təmin edirlər. Qlobal miqyasda tədqiqat universitetləri ABŞ və Yaponiya istisna olmaqla, əsasən dövlət universitetləridir. == Tarixi == Müasir tədqiqat universiteti konsepsiyası ilk dəfə Almaniyada 19-cu əsrin əvvəllərində, Wilhelm von Humboldt "Einheit von Lehre und Forschung" (tədris və tədqiqatın vəhdəti) konsepsiyasına diqqət yetirdiyi təhsilin yaradılması vasitəsi kimi vizyonunu müdafiə etdiyi zaman ortaya çıxdı. Həqiqət, gözəllik və yaxşılıq anlayışını inkişaf etdirməli olan universitet təhsilinin əvvəlki məqsədləri deyil, əsaslar (təbiət elmləri, sosial elmlər və humanitar elmlər) yönümlü bir təhsil yaratmaq idi. ABŞ-da ali təhsil tarixi üzrə ixtisaslaşmış tarixçi Rocer L. Geiger iddia edirdi ki, “Amerika tədqiqat universiteti modeli Amerika İnqilabından əvvəl qurulmuş beş müstəmləkə kollecləri (Harvard Universiteti, Yel Universiteti, Pensilvaniya Universiteti, Prinston Universiteti və Kolumbiya Universiteti ), beş dövlət universiteti (Miçiqan, Viskonsin, Minnesota, İllinoys və Kaliforniya) və beş özəl universitet yarandığı gündən tədqiqat universiteti (MIT, Cornell, Johns Hopkins, Stanford və Çikaqo) olmaq üçün dizayn edilmişdir. 1960-cı illərdən bəri Amerika tədqiqat universitetləri, xüsusən də Amerikanın aparıcı ictimai tədqiqat universiteti olan Kaliforniya Universiteti bütün dünyada model rolunu oynayır. Bu gün Şimali Amerikanın ən nüfuzlu tədqiqat universitetləri Amerika Birləşmiş Ştatları və Kanadada 66 əsas tədqiqat universitetindən ibarət seçilmiş bir qrup olan Amerika Universitetləri Assosiasiyasına məxsusdur. == Xüsusiyyətləri == Liverpul Universitetinin Ali Təhsil İdarəsinin professoru Con Taylor uğurlu tədqiqat universitetlərinin əsas xüsusiyyətlərini aşağıdakı kimi müəyyən edir: "Təmiz və tətbiqi tədqiqatların mövcudluğu" "Elmi yönümlü təlim təchizatı" "Akademik fənlərin genişliyi" "Magistratura proqramlarının yüksək nisbəti" “Xarici gəlirin yüksək səviyyəsi” “Beynəlxalq perspektiv” Filip Altbah tədqiqat üniversitetlərinin müvəffəq olması üçün lazım olan fərqli,oxşar olsa da,əsas xüsusiyyətlər toplusunu müəyyənləşdirir: Diferensiallaşdırılmış ali təhsil sistemində akademik iyerarxiyanın ən yüksək pilləsində və müvafiq dəstək alan Əksər hallarda dövlət qurumları Qeyri-universitet elmi-tədqiqat institutlarının universitetlərlə güclü əlaqələri olmadığı halda, onların rəqabəti azdır Ən yaxşı işçiləri və tələbələri cəlb etmək və tədqiqat infrastrukturunu dəstəkləmək üçün digər universitetlərdən daha çox maliyyə Adekvat və davamlı büdcələr Tələbə ödənişlərindən və əqli mülkiyyətdən gəlir əldə etmək potensialı Uyğun otaqlar Akademik azadlıq Milli Elmlər, Mühəndislik və Tibb Akademiyalarının 2012-ci il hesabatı Amerika kontekstində tədqiqat universitetlərini aşağıdakı kimi əlavə xüsusiyyətlərə malik intellektual azadlıq, təşəbbüskarlıq və yaradıcılıq, mükəmməllik və açıqlıq dəyərlərinə malik olaraq müəyyən etdi: Böyük və hərtərəfli olmaq – Clark Kerr tərəfindən "multiversitet" Tələbə yaşayış təcrübəsini vurğulayaraq (xüsusilə Amerika tədqiqat universitetlərini kontinental Avropadakı universitetlərdən fərqləndirən kimi qeyd olunur) Ali təhsilin tədqiqatla inteqrasiyası Tədqiqat və təqaüdlə məşğul olan müəllimlərin olması Aydın və cəsarətli rəhbərlik == İstinadlar == == Ədəbiyyat == Гайгер, Роджер Л. Знания и деньги. Исследовательские университеты и парадокс рынка / Пер.
Axtarış-xilasetmə iti
Axtarış-xilasetmə iti (ing: Search and rescue dog, alm: Rettungshund və ya Suchhund); axtarılan və ya xilas edilən insanları və ya əşyaları tapmaq üçün xüsusi hazırlanmış bir itdir. Bu gün axtarış-xilasetmə işlərində və asayiş xidmətlərində tez-tez istifadə olunur. Axtarış və xilasetmə işlərində dağıntı, ərazi, uçqunlarda axtarış, suda yer tapmaq və xilasetmə qabiliyyəti olan itlərdən; ictimai asayiş xidmətlərində isə narkotik vasitələrin və sursatların tapılması üçün xüsusi təlim görmüş itlərdən istifadə olunur.
Döyüş axtarış-xilasetmə
Döyüş axtarış-xilasetmə müharibə və ya münaqişə zamanı təhlükəli ərazidə müttəfiq heyəti xilas etmək üçün qısa mübarizə aparılmasıdır. Bu əməliyyatlarda əsasən Sikorski UH-60, Eurocopter Cougar kimi helikopterlərdən; C-130, CN-235 kimi hərbi nəqliyyat təyyarələridən istifadə edilərək, həmçinin hava qüvvələrinin dəstəyi ilə düşmən hücumunu dəf etməklə şəxsi heyətin xilas edilməsi əsas məqsəddir. Əvvəlcə əməliyyatda təhlükə altındakı heyətin yeri müəyyən edilir və sonrakı mərhələdə havadan və qurudan bölgəyə sızaraq heyətə kömək edilir. İlk yardım və tibbi yardım yanına çatılmış heyətin həyati funksiyalarını qiymətləndirdikdən sonra tətbiq olunur. Təhlükəsizlik təmin edildikdən sonra qrup və xilas edilmiş heyət ərazidən təxliyə edilir.
Dərinə axtarış alqoritmi
Dərinə axtarış alqoritmi - qraf və ya ağacda axtarış etmək üçündür. Başlanğıc (kök) nöqtəsindən başladıqdan sonra bir qol üzrə sona kimi axtarış edir, ondan sonra isə geri qayıdaraq digər qol üzrə axtarış etməyə başlayır.
Eninə axtarış alqoritmi
Eninə axtarış alqoritmi (Breadth-first search) — Qraflar nəzəriyyəsində qrafda axtarış etmək üçün istifadə olunan strategiyadır. Eninə axtarış alqoritmi kök (başlanğıc) nöqtədən başlayır və bütün qonşu nöqtələri yoxlayır. Bütün qonşu nöqtələri yoxladıqdan sonra bu qonşuların bütün qonşularını yoxlayır və alqoritm bu şəkildə davam edir.
Tam ətraflı axtarış
Tam ətraflı axtarış – 1. Verilənlər bazasının hər bir yazısında, yaxud axtarış ağacının bütün bəndləri üzrə axtarış. 2. Bütün variantları araşdırmaqla məsələnin həlli. Tam ətraflı axtarış alqoritmlərinin tətbiqinə variantların sayının kombinator partlayışı (COMBINATORIAL EXPLOSION) mane olur. Məsələn, şahmat lövhəsində mümkün vəziyyətlərin sayı 10 üstü 120 olur, yəni onların tam ətraflı axtarışı praktik olaraq mümkün deyil.
İkili axtarış alqoritmi
İkilik (Binar) və ya yarıya bölməklə axtarış (ing. Binary search) — Sıralanmış massivdə müəyyən qiymətin axtarılması alqoritmidir. Xətti axtarışdan fərqli olaraq Binar axtarış sıralanmış massivlər üzərində daha tez axtarış aparmağa imkan verir. Xüsusilə böyük həcmli verilənlər bazasına sahib proqramlarda xətti axtarış texniki olaraq çox vaxt tələb etdiyindən yaramır. == İşləmə prinsipi == Alqorimtin işləməsi üçün ilk öncə massiv sıralanmış olmalıdır. Bu üsul ilə axtarış zamanı axtarılan məlumat massivin ortadakı elementi ilə müqayisə edilir. Əgər axtarılan ədəd ortadakı elementdən böyükdürsə o zaman, həmin ədəddən kiçik hissələr unudulur və axtarış böyük olan hissədə aparılır və ya əksinə. Hər belə müqayisədə axtarış yarıya endirilir. == Nümunə == a = axtarılan ədəd, M = massiv a = 4, M = 1 3 4 6 8 9 11 a ilə 6-ı müqayisə et. Kiçikdir.
İnterpolyasiya ilə axtarış
İnterpolyasiya ilə axtarış (ing. Interpolation search) — Artan və ya azalan sıra ilə düzülmüş massivdə verilmiş elementin tapılması alqoritmidir. == İşləmə prinsipi == Eyni ilə ikili axtarış alqoritminin sxemi üzrə qurulur. Yeganə fərq ondan ibarətdir ki, massiv hər addımda ikiyə tən ortadan deyil, cari intervalın uclarındakı qiymətlərdən asılı olaraq xətti interpolyasiya ilə tapılmış mövqedən bölünür. Hesablamaya sərf olunan vaxt baxımından intervalın ikiyə ortadan bölunməsi ilə interpolyasıyanın hesablanması arasında fərq ciddi olmadığı üçün, bu intervalın daha böyük sürətlə yığılmasına gətirir. Massivdəki elementlərin sayı N olarsa, bir elementin mövqeyinin tapılması üçün orta hesabla l o g ( l o g ( N ) ) {\displaystyle log(log(N))} müqayisə sərf edilər. Ən pis halda (məsələn verilənlər eksponsional xarakter daşıdıqda) tələb edilən əməliyatların sayı O ( N ) {\displaystyle O(N)} -ə çata bilər.
Axtarış motorunun məxfiliyi
Axtarış sistemi məxfiliyi — axtarış sistemləri tərəfindən toplanan istifadəçi məlumatları ilə məşğul olan internet məxfiliyinin alt hissəsi. Hər iki məxfilik növü də informasiya məxfiliyi anlayışının "çətiri altında"dır. Axtarış sistemlərində məxfiliklə bağlı narahatlıqlar axtarış motorlarının fərdi axtarış sorğularını, baxış tarixçəsini, IP ünvanlarını və istifadəçilərin kukilərini tarixçəyə qeyd etmək imkanı və ümumilikdə istifadəçi profilinin idarə edilməsi kimi bir çox formada ola bilər. Bu, mübahisəli bir mövzudur, çünki axtarış sistemləri, nəticələri konkret bir istifadəçiyə daha yaxşı uyğunlaşdırmaq və istifadəçiyə daha yaxşı axtarış təcrübəsi təqdim etmək üçün tez-tez istifadəçi məlumatlarını topladığını iddia edir. Bununla belə, axtarış sistemləri verilənlərini mənfəət üçün reklamçılara sataraq istifadəçilərinin məxfiliyindən sui-istifadə edə bilər və məxfiliyi təhlükəyə ata bilər. Qaydalar olmadığı halda istifadəçilər axtarış sistemi təcrübəsi üçün nəyin daha vacib olduğuna qərar verməlidirlər: nəticələrin uyğunluğu və sürəti, yoxsa onların məxfiliyi? Və buna uyğun olaraq axtarış sistemini seçməlidirlər. == Məxfilik siyasəti == Axtarış sistemləri, ümumiyyətlə istifadəçilərə onların hansı məlumatlarının toplana biləcəyi və hansı məqsədlər üçün istifadə oluna biləcəyi barədə məlumat vermək üçün məxfilik siyasətlərini təqdim edir. Bu siyasətlər axtarış motorları tərəfindən şəffaflıq cəhdi olsa da, bir çox insan onları heç vaxt oxumur. Buna görə də parollar və saxlanmış fayllar kimi onların şəxsi məlumatlarının nə qədərinin kukilərdən toplandığından və axtarış motoru tərəfindən daxil olunaraq saxlanıla biləcəyindən xəbərsizdirlər.