Təslim Aktı

hüquqi şəxsin əmlak və maliyyə vəziyyətini əks etdirən sənəddir. Təslim aktında həmçinin hüquqi şəxsin bütün borc və öhdəlikləri də qeyd olunur.
Təsisçilər
Təsnifat Problemi
OBASTAN VİKİ
Yaponiyanın danışıqsız təslim olma aktı
Yaponiya imperiyasının kapitulyasiyası (yap. 日本の降伏) — eyni zamanda İkinci Dünya müharibəsinin tərkib hissəsi olan İkinci dünya müharibəsində Sakit okean cəbhəsi və Sovet-yapon müharibəsinin bitməsi. 26 iyun 1945 ildə antiyapon koalisiyasının müttəfiqləri: Çin, ABŞ və İngiltərə Yaponiyaya danışıqsız təslim olmaq şərtlərini özündə birləşdirən "Potsdam Deklarasiyası" adlı sənədi qəbul edirlər. Burada əgər Yaponiya şərtləri qəbul etməzsə, ölkənin tamamən məhv edilməsi nəzərdə tutulurdu. 28 iyun 1945 ildə Yaponiya rəsmi qaydada ultimatumun şərtlərindən imtina edir. 6 avqust 1945 ildə "Podstam deklarasiyası" şərtlərinə əsaslanan ABŞ Hiroşima şəhərinə atom bombası atır. 8 avqust gecə radələrində SSRİ Yaponiyaya müharibə elan edir. 9 avqust 1945 ildə Naqasaki şəhərinə ikinci atom bombası atılır. 10 avqust tarixində Yaponiya Podstam Deklarasiyası çərçivəsində, imperator idarə sturukturunun qorunub saxlanması şəraiti ilə danışıqsız təslim olmaq məsələsini qəbul etdiyini bildirir. 11 avqustda ABŞ Podstam Deklarasiyasının xaricində olunan dəyişiklikləri qəbul etmədiyini bildirir.
Helsinki aktı
Helsinki aktı — 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi oldu. Onlar Avropada təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzaladılar. 1960-cı illərin sonu 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə "soyuq müharibə"dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu. 1970-ci ildə SSRİ-AFR, AFR-Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə dair dördtərəfli sazişin bağlanması, 1972-ci ildə AFR və ADR arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı. 1969-cu ildə Vyanada təhlükəsizlik və əməkdaşlıq uğrunda Ümumavropa qeyri-hökumət konfransı keçirildi. Konfransda Avropanın 26 ölkəsinin və 23 beynəlxalq ictimai təşkilatı təmsil edən 300 nümayəndə iştirak edirdi. Onlar Ümumavropa təhlükəsizlik sisteminin yaradılması üçün Helsinkidə müşavirənin çağırılmasını müdadifə etdilər. 1972-ci ildə NATO ölkələri Ümumavopra müşavirəsini hazırlamaq üçün məslətələşmələrdə iştirak etməyi qərara aldılar. Çoxtərəfli məsləhətləşmələrdən sonra 1973-cü ildə "Mavi kitab" adı almış yekun tövsiyələri razılaşdırıldı.
Konstitusiya aktı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı — Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Bəyannamənin mətni belə idi: 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir.
Kvebek aktı
Formal olaraq,Britaniyanın Şimali Amerika aktı kimi tanınan Kvebek aktı(1774),əyalətdə idarəetmə prosedurlarını müəyyənləşdirən Böyük Britaniya Parlamentinin aktı idi.Aktın əsas komponentləri bunlar idi: Protestant inama istinad sədaqət andından çıxarılırdı; Katolik məzhəbinin azad praktikasına icazə verilirdi; İngilis ümumi qanununa müvafiq olaraq,xüsusi hüquq məsələləri üzrə fransız mülki hüququnun istifadəsi bərpa edildi; İnzibati müraciətlər,məhkəmə proseduru və cinayət təqibi daxil olmaqla,ictimai hüquq məsələləri üzrə ingilis ümumi hüququ təsdiqləndi; Katolik kilsəsinin desyatinləri tətbiq etmək hüququnu bərpa etdi. Bu aktın 13 koloniyadakı kimi Kvebekin özündə də,genişmiqyaslı təsirləri vardı.Kvebekdə britaniya və cənubdan olan mühacirlər onun siyasi azadlığın aradan qaldırılması kimi gördükləri müddəalarına qarşı etiraz etdilər.Bu akt 13 koloniyada qəbul olunmuş 5 akta oxşar olan bir akt idi(5+1).Bunlar hamısı Britaniya Parlamentinin iclaslarında qəbul edilmişdi.Amerikalılar Kvebek aktını Katolik məzhəbinin yaradılması kimi şərh edirdilər.Amerikalılar Fransız-hindu müharibəsi zamanı ağır şəkildə mübarizə aparmışdılar və hazırda onlara bu aktda verilən müddəaları özlərinə təhqir kimi görürdülər.Yeddi illik müharibədən sonra sülh 1763-cü il Paris müqaviləsi ilə reallaşdı.Müqavilənin şərtlərinə görə,Fransa dəyərli bildiyi şəkər istehsalı olan Qvadelupa və Martinikanı saxlamaq əvəzini istəyərək,Yeni Fransanı güzəşt etdi.Britaniyaya Yeni Fransa az qiymətli hesab olunurdu.O zaman onun tək kommersiya məhsulu qunduz dərisi idi.Fransa tərəfindən Kanada adlandırılan Müqəddəs Lavrenti çayı ərazisi sonradan ingilislər tərəfindən Kvebek adlandırıldı.1774-cü il aktında Katolik dininin istifadəsinə icazə verilməsi ilk dəfə olaraq Fransız kanadalıların öz etiqadlarından imtina etmədən əyalət hakimiyyətində hüquqi cəhətdən iştirakına imkan verdi.Dayandırılmış desyatinlərin yığımını bərpa etdi və əyalətə qayıtmaq üçün yezuit keşişlərə icazə verdi.Akt həmçinin,əyalət hökumətinin hüquqlarını müəyyən etdi.Qubernator kral tərəfindən təyin olunurdu.O,qanunvericilik Şurasının köməyilə idarəçilik edirdi.Seçilmiş parlament Assambleyası üçün isə müddəalar yox idi.Torpaq bölgüsündə isə idarəedici vasitə kimi senyorial sistem bərpa edildi.Bu fransızların əyaləti idarə etdiyi sistem idi.Bu akt vətənpərvərləri qəzəbləndirdi və onlar tərəfindən bu akt dözülməz aktlardan biri adlandırıldı və amerikan inqilabının gəlməsinə də öz töhfəsini verdi.Kvebek aktı həmçini Kvebekin ənənəvi sərhədlərindən heç vaxt kənarda həyata keçirilmirdi.13 koloniyada isı mahiyyət ondan ibarəət idi ki,o vətənpərvərləri qəzəbləndirir və tacı dəstəkləyənləri təşvişə salırdı.
Maqnitski aktı
Maqnitski aktı (ing. Magnitsky Act) — 2012-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun, insan hüquqlarının pozulmasında günahkar olan şəxslərə tətbiq edilir. Sənəd Hermitage Capital Fondunun hüquqşünası Sergey Maqnitski Moskva təcridxanasında istintaq zamanı öldükdən sonra qəbul edilib. Hazırda Amerikanın siyahısına 18 nəfər daxildir. ABŞ Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş siyahiya daxil edilən Rusiya və MDB dövlətlərindən olan 18 şəxsə qarşı maliyyə və viza qadağaları tətbiq edilib. Sergey Maqnitski 2009-cu ildə Moskvanın istintaq təcridxanasında vəfat edib. Həbsindən əvvəl hüquqşünas çoxmilyardlıq büdcə vəsaitlərinin mənimsənilməsini araşdırıb. Hüquqşünasın təmsil etdiyi Hermitage Capital bildirib ki, Sergey Maqnitski oğurluqda suçladığı şəxslər tərəfindən şərlənərək məhbəsə atılmışdır. Siyahıdakı ilkin 16 adam bilavasitə Hermitage Capital şirkətinin hüquqşünası Sergey Maqnitskinin ölümünə aidiyyətda şübhəli bilinən şəxslərdir. Siyahıda olanlardan biri — Artyom Kuznetsov 1975-ci ildə Bakıda anadan olub.
İttiham aktı
İttiham aktı istintaqın hazırlıq prosesinin ictimai iddianın başlanması üçün kifayət edəcək səviyyəyə çatdığı başa düşüldükdən sonra prokurorun iddia qaldırdığını bildirən yazılı sənəddir. İttiham aktı, müttəhimin hansısa günahını üzə çıxarmaq üçün onun haqqında hazırlanmış sənəddir. Qanun, qanunla səlahiyyətlər verilmiş orqanlar və şəxslər tərəfindən irəli sürülən və dəstəklənən qanun pozuntularının ittihamında nəzərdə tutur. Adətən, ittihamın irəli sürülməsindən sonra ya cinayət və ya digər məsuliyyətə cəlb edilmiş şəxsin təqsirinin sübuta yetirilməsində ifadə olunan dəstək, ya da ittihamın rədd edilməsi ilə müşayiət olunur.
Bredanın təslim edilməsi
Bredanın təslim edilməsi — Dahi ispan rəssamı Diyeqo Velaskesin ən məşhur rəsm əsərlərindəndir. 1634-cü ildə çəkilmiş əsər hazırda Madridin Prado muzeyində saxlanır.
1867 Konstitusiya Aktı
1867 Konstitusiya Aktı və ya İngilis Şimali Amerika Qanunu, 1 iyul 1867-ci ildə imzalanmış və Kanadaya Britaniya İmperiyasından müstəqil bir idarəetmə sistemi qazandırmağa imkan verən qanundur. Bu qanunun qəbul edilməsi ilə Britaniya Krallığı Şimali Amerikadakı dörd ştatdan formalaşmış federasiyası formasındakı koloniyalarına yerli özünüidarəetmə hüququ verdi. Bu ştatlardan "Kanada" ikiyə bölünərək Kvebek və Ontario əyalətlərini meydana gətirdi, digər iki ştat isə Nyu-Bransuik və Yeni Şotlandiya idi. Kanada Konfederasiyası termini bu birləşməyə aiddir və tez-tez meydana gələn federasiya üçün də istifadə olunur. Hələ də 1 iyul Kanadada Kanada Günü kimi qeyd olunur.
Film İstehsalı Aktı
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Havana aktı (1940)
Havana aktı(1940) (Amerika kontingentində Avropa mülklərinin statusu haqqında) - İkinci dünya müharibəsi şəraitində Amerikadakı Avropa müstəmləkələrinin vəziyyətini tənzimləyən sənəd. 1940-cı il 21-30 iyul tarixlərində Havanada Amerika dövlətlərinin xarici işlər nazirlərinin İkinci məşvərət müşavirəsinin gedişində, 29 iyulda imzalanmışdır. Havana aktı Amerikadakı ingilis (həmçinin digər Avropa ölkələrinin) mülklərinin faşist Almaniyası tərəfindən işğalı təhlükəsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının təklifi ilə müzakirə olunmuş və qəbul edilmişdir. 1940-cı il Havana aktında qeyd olunurdu ki, Amerika kontingentindəki Avropa mülkləri üçün təhlükə yaranarsa, "istənilən Amerika ölkəsi bu mülklərin müdafiəsini tələb etmək"hüququna malikdır, sonra isə bu mülklərin idarəçiliyi məsələsinə baxıla bilər. Havana aktı Amerika Birləşmiş Ştatlarına Amerikadakı Avropa mülklərinə münasibətdə birtərəfli qaydada hərəkət etmək imkanı verirdi. Гонионский С. А. «Латинская Америка и США. 1939—1959 годы», Москва 1960.
Mumbaya terror aktı
Mumbaya Terror Aktı — Bombey şəhərində silsilə terror aktı. 2008-ci ilin 26 noyabrından 29 noyabra qədər Hindistanın Mumbay şəhərində baş vermişdir. Fərziyyələrə görə, islam terror təşkilatı "Dəkkan Mücahəddin" ( təşkilat əvvələr naməlum idi, Əl-Qaidə təşkilatı ilə əlaqəli ola bilər) bir neçə mobil qruplarla güclü hücum etdilər.Qruplardan biri Viktoriya dəmiryol vagzal binasında avtomat Kalaşnikovdan aramsız atəş açdı. Digər iki qrup Hindistan qapılarının əks tərəfində " Tac Mahal " və "Oberoy" otellərində əsir götürdülər.(ing. Obroi Trident otel), dördüncü qrup polis məntəqəsinə hücum etdi. Yeddi hücum qeydə alınmışdı ( həmçinin Leopold kafe, hospital və Nəriman adlı Yəhudi iş mərkəzi). Nəticədə 166 dinc əhalı güc strukturunun əməkdaşları həlak olmuşlar və 10 dan 9 terrorist. Həmçinin 300 dən 600 dək insan yaralanmışdır. Yerli vaxtla saat 22:00 radələrində, 21 noyabr 2008-ci il 10 hazırlanmış terrorist: Acmal Qasab, Abu Əli, Abu Soxeb Abdul, Rəhman Çota, Fəhad Ullah, Abu Dəra İsamal Xan, Nəsir Umar, Babar İmran Akaşa, Akir Əli Xama və Badi Abdulla Rəhman Karaca şəhərini hava qayıqları ilə tərk etdilər. Onların istiqamətləri - Mumbay şəhəridir.
Suruç terror aktı
Suruç terror aktı (türk. Suruç saldırısı) - 2015-ci ilin 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç səmtində yerli vaxtla saat 12:00-da baş vermiş bombalı intihar hücumu. Terror aktı nəticəsində ən azı 31 nəfərin həlak olduğu və 100 nəfərdən çox şəxsin yaralandığı bildirilir. Hücum; Sosialist Gənclik Dərnəklər Federasiyasının üzvlərinin toplaşdığı Amara Mədəniyyət Mərkəzinin baxçasında 300 nəfərlik qrupa qarşı həyata keçirilmişdir. Silahlı kamikadze özünü SGDF olaraq tanınan sol yönümlü qrupun uzun müddətdir ki, İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən mühasirədə saxlanılan Kobani şəhərinin yenidən bərpa edilməsi ilə bağlı çıxış edərkən partlatmışdır. Əsas ehtimallar terror hücumunun İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən həyata keçirilməsi ilə bağlıdır.
Vətəndaşlıq vəziyyəti aktı
Vətəndaşlıq vəziyyəti aktı — doğum sertifikatları, nikah lisenziyaları (və ya nikah sertifikatları) və ölüm sənədləri daxil olmaqla dövlət qurumları tərəfindən həyata keçirilən həyat hadisələrinin qeydləridir. Bəzi yurisdiksiyalarda həyati qeydlərə vətəndaş birlik və ya ailə qeydləri də daxil edilə bilər. Qeyd edək ki, yalnız həyat hadisələrinin əhəmiyyəti hökumət tərəfindən məhdudlaşdırılır; Bu məqalədəki qeydlərin idarə edilməsinin mənası həm dövlət, həm də qeyri-hökumət təşkilatları üçün tətbiq olunur. ABŞ-da həyati qeydlər ümumiyyətlə həm ştat həm də əyalət səviyyələrində aparılır. Birləşmiş Krallıqda və bir çox başqa ölkədə həyati qeydlər mülki qeydlərə yazılır. ABŞ-da həyati qeydlər ictimaiyyət üçün açıqdır və əksər hallarda bir dövlət qurumundakı hər kəs baxa bilər. Nüsxələri də ödənişlə tələb oluna bilər. İki növ nüsxə vardır: təsdiqlənmiş və təsdiqlənməmiş. Sertifikatlaşdırılmış nüsxələr şəxsiyyət vəsiqəsi üçün istifadə edilə bilən rəsmi nüsxələrdir, təsdiqlənməmiş nüsxələrdə isə dövlət möhürü yoxdur və əksər hallarda identifikasiya üçün istifadə edilə bilməyəcəyi qeyd olunur. Yaxın bir ailə üzvü və ya yazılı icazəsi olan birisi kimi təsdiqlənmiş bir nüsxəni kimin tələb edə biləcəyinə dair əlavə məhdudiyyətlər ola bilər.
Çinlilərin təcrid aktı
Çinlilərin təcrid aktı (1882—1943-ci illər) — 6 may 1882-ci il tarixində ABŞ Konqresinin Çinlilərin ölkənin Qərbinə kütləvi köç etməsinə cavab olaraq qəbul etdiyi xüsusi qanun. Amerika Birləşmiş Ştatları tarixindəki ilk və yeganə rəsmi qanun, müəyyən bir millətin nümayəndələrinə qarşı yönəldilmişdir (bu ölkənin qalan ayrı-seçkilik qanunları ümumiyyətlə irqlərlə əlaqəli). Qanun, artıq ABŞ-də yaşayan çinlilərin hər hansı Çin immiqrasiyasını və / və ya vətəndaşlıq almasını qadağan etdi (lakin ABŞ-də anadan olan Çinli uşaqlar ABŞ vətəndaşı sayılırdı). Əvvəlcə qanun 10 il müddətinə uzanmalı idi, lakin 1943-cü ilə qədər qüvvədə idi. 1917-ci ilə qədər oxşar məhdudiyyətlər ümumilikdə Asiyalılara da şamil edildi. İlk çinlilər ABŞ-də 1840-cı illərdə, 1848-ci ildə Kaliforniyada qızıl hərisliyinin başladığı Meksikadan keçmiş şimal ərazilərinin ələ keçirilməsindən dərhal sonra ortaya çıxdı. Qızıl bol olduğu müddətdə, ayrı-ayrı Çin məkanlarında yaşayan Çinlilərə ehtiyat göstərildi, lakin ehtiyatları tükənəndə tolerantlıq itməyə başladı. Vəziyyəti yalnız nisbətən az sayda Çinli və ağ immiqrantlar xilas etdi. 60-cı illərdə Çin kuliları ABŞ dəmir yolu şirkətləri tərəfindən cəlb edildi. Xüsusilə, XIX əsrin ikinci yarısında Çindən və bəzi digər Asiya ölkələrindən (əsasən Yaponiya və Koreya) müqaviləli işçilərin sıx bir axını başladı.
Şerman Antitrest Aktı
Şerman Antitrest Aktı Şerman antitrest aktı,1890-cı ildə Bencamin Harrisonun prezidentliyi dövründə ABŞ Konqressi tərəfindən qəbul edilən antitrest aktları tarixində qəbul edilən önəmli bir federal nizamnamədir. Federal hökumət tənzimləyicilərinin bu aktla rəqabət apara biləcəyini düşündüyü bəzi ticarət fəaliyyətlərinə icazə verildi və federal hökumətini istintaq və etibarlı araşdırmaya səslədi. Qanunla idarə edilən 19-cu əsr Amerikasının spesifik cəhəti onda idi ki,bir çox böyük müəssisəni inhisar məqsədli birləşdirərək,bir növ güvən mənasına gəlməktədir. Buna baxmayaraq,yenə də bu qanun nizamlama ilə əlaqəsiz olsa belə,inhisarçı proqramları öz əlinə almaqdadır. İnhisarlar məsələn bir bazar üzərində tam nəzarəti saxlayırdı və s. bu kimi amillərin qaşısını almaq və inhisarları birləşdirmək üçün bu akt qəbul edildi.ABŞ xaricində bu akt "rəqabət aktı" kimi olaraq bilinir. Aktlar,ticarətin və ya məhsulun qiymətinin süni şəkildə artmasını önləməyə çalışır."Dürüst inhisar" və ya sadəcə ləyaqətinə görə aparılan inhisar tamamilə qanunidir,ancaq,inhisarçı tərəfindən süni olaraq bu statusu qorumaq üzrə edilən inhisar isə dürüst inhisar deyildir. Şerman Antitrest Qanununun məqsədi,rəqiblərini qanuni olaraq uğurlu olan müəssisələrdə zərərə uğratmaqdan və əməliyyatlarda istehlakçıların dürüst qazanc əldə etməsinə mane olmaqdan ,eyni zamanda istehlakçıları istismarlardan qorumaq üçün mövcud bazarı qorumaq idi. Şerman qanunu üç bölmədən ibarətdir. Birinci bölmə,müəyyənləşmiş rəqabətə zidd davranış yollarını təsvir və qadağan edir; İkinci bölmə mühitdə rəqabət əleyhdarı olan nəticələri əks etdirir.Beləliklə,bu bölmələr texniki olaraq,qanunlardan kənarda qalarkən,müəssisələrin qanunun maddələrində pozuntu etməsini önləmək üçün bir-birlərini tamamlayır.
Massaçusets Hökumət Aktı
Massaçusets Hökumət Aktı (ing. Massachusetts Government Act ) — 20 may 1774-cü ildə kralın razılığını alaraq Britaniya Parlamenti tərəfindən qəbul edilmiş akt. Bu akt Massaçusets-Bey vilayətinin 1691-ci il nizamnaməsini faktiki olaraq ləğv etmiş və onun kral tərəfindən təyin edilmiş qubernatoruna geniş səlahiyyətlər vermişdir. Müstəmləkəçilər parlament aktı ilə müstəmləkə hökumətinin əsas strukturunu fərmanla dəyişdirdiyini iddia edirdilər. Onlar buna şiddətlə qarşı çıxır və onun fəaliyyət göstərməsinə mane olurdular. Bu akt 1775-ci ildə Amerika inqilabının başlanması istiqamətində mühüm addım idi.
Möhür Aktı (1765)
1765-ci il tarixli "Möhür aktı" Böyük Britaniya Parlamentinin Amerikadakı İngilis koloniyalarına birbaşa vergi tətbiq edən və koloniyalardakı bir çox çap məhsullarının Londondan gələn möhürlənmiş kağız üzərində istehsal edilməsini tələb edən Böyük Britaniya Parlamentinin Aktı idi. Çap materialları arasında hüquqi sənədlər, jurnallar, oyun kartları, qəzetlər və koloniyalarda istifadə edilən bir çox digər kağız növləri var idi və onlar müstəmləkə dövrünün kağız pulları ilə deyil, Britaniya valyutası ilə ödənilməli idi. Verginin məqsədi Fransa və Hindistan müharibəsindən sonra Amerika koloniyalarında yerləşdirilən Britaniya hərbi qoşunlarının haqqını ödəmək idi, lakin müstəmləkəçilər heç vaxt Fransanın işğalından qorxmamışdılar və onlar iddia edirdilər ki, müharibədə öz paylarını artıq ödəyiblər. Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi. Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar. Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar.
Tuluzada terror aktı
Tuluzada terror aktı — 2012-ci il martın 19-da səhər Tuluzada (Fransa) "Tövrat xəzinələri" ("Otsar HaTorah") yəhudi məktəbində terror aktı törədilib. Cinayətkar motoskuterlə məktəbə gəlib və məktəbin həyətində avtomat silahdan atəş açıb, bundan sonra müəllimləri, şagirdləri və onların valideynlərini həyətdə və məktəb binasında təqib edib. Daha sonra həmin skuterlə qaçıb. Terror aktı nəticəsində 4 nəfər həlak olub (bir müəllim və 3–8 yaş arası üç uşaq), 17 yaşlı yeniyetmə isə ağır yaralanıb. Əl-Qaidə ilə əlaqəsi olduğu güman edilən qatil Məhəmməd Mera22 mart 2012-ci ildə Fransa polisi tərəfindən tutularkən qaçmağa cəhd edərkən snayper tərəfindən öldürülüb. 2012-ci il martın 19-da səhər saat 8 radələrində məktəbə skuter sürən terrorçu məktəbin həyətində avtomat silahdan atəş açıb, bundan sonra müəllimləri, şagirdləri və onların valideynlərini həyətdə və məktəb binasında təqib edib. Daha sonra həmin skuterlə qaçıb. NEWSru.co.il redaktorlarının məlumatına görə, Otsar HaTorah məktəbində İsrail və Rusiyadan olan müəllimlər və tələbələr var. Bütün Fransada yəhudi məktəblərində təhlükəsizlik artırıldı. Fransanın cənubunda tarixində ilk dəfə olaraq terror təhlükəsinin maksimum səviyyəsi elan edilməsinə səbəb oldu.
1982 Kanada Aktı
1982 Kanada Aktı — Böyük Britaniya parlamentinin Kanadanın tələbi ilə verdiyi bir qanundur. Qanunla Kanada Konstitusiyasına edəcəyi düzəlişlər üçün Böyük Britaniyanın razılığını almaq öhdəliyindən azad olmuşdu. Qanun, eyni zamanda, 1931-ci il tarixli Vestminster Statusunun İngiltərəyə verdiyi qanunvericilik imtiyazlarına (Kanada ilə bağlı hüquqi tənzimləmə və s.) xitam verdi.
Qvardiya ölür, lakin təslim olmur!
"Qvardiya ölür, lakin təslim olmur!" (fr. La Garde meurt mais ne se rend pas!) — Birinci Fransa İmperiyası imperator qvardiyasının I piyada polkunun komandiri Pyer Kambrona aid edilən məşhur ifadə. Hesab olunur ki, o bu ifadəni 1815-ci il 18 iyun tarixində baş vermiş Vaterloo döyüşündə ingilislərin təslim olmaq təklifinə cavab olaraq söyləmişdir. 1815-ci il 20 mart tarixində Napoleon Bonapart ona sadiq qalan tərəfdaşı Kambrona diviziya generalı rütbəsini vermək istəyəndə, o bu vəzifədən ciddi şəkildə imtina etmişdir. Onda 13 aprel tarixində imperator onu İmperator qvardiyasının I piyada polkunun komandiri vəzifəsinə yenidən qaytarır. Məhz bu polkla o tarixə düşmüşdür. Lakin bəzi mənbələr onu səhvən diviziya komandiri adlandırırlar. 1815-ci il 18 iyun gününün sonunda Blüxerin başçılığı altındakı Prussiya ordusunun döyüş meydanına gəlib çatması ilə fransızlar üçün döyüşün taleyi artıq həll olundu. Kambron hər tərəfdən düşmən qüvvələri ilə əhatə olunduqdan sonra o, düşmənin təslim olmaq təklifindən qəti imtina etmiş və öz polkunun II batalyonu üçün kare düzülüşünü əmr edir. İngilis toplarının və batalyon silahlarının atışları ilə fransız qoşunu demək olar tamamilə məhv edilir.
11 sentyabr terror aktı
11 sentyabr hücumları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-nin Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktları. Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Binaların aşmasına səbəb baş vermiş güclü yanğınlar idi. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. Bu hücumun əsas məqsədi sadəcə binalar, hətta bina və təyyarələrdəki minlərlə günahsız qurbandan daha böyük bir şey idi. Ən yaxın fiziki hədəflər Pentaqonun bir hissəsi, aşağı Manhetten və 4 təyyarə idi. Dünya Ticarət Mərkəzi bir zamanlar dünyanın ən hündür binası sayılan məşhur Əkiz Qüllələrin də daxil olduğu aşağı Manhettendə yerləşən 7 binadan ibarətdir.
Danimarka-İslandiya Birləşmə Aktı
Danimarka-İslandiya Birləşmə Aktı — 1 dekabr 1918-ci ildə Danimarka və İslandiya Altinqi arasında imzalanmış akt. Bu akt sayəsində Danimarka kralı X Kristian həm də İslandiya kralı olurdu, xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu. Akt tərəflərə şərtlər dəyişərsə aktdan çəkilmək imkanı verirdi. Bunun sayəsində İslandiya krallığı 1944-cü ildə ləğv olunmuşdu.
Ermənistan Parlamentində terror aktı
Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (erm. Հոկտեմբերի 27, translit. Hoktemberi k’sanyot’) — Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı. Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər. 27 oktyabr 1999-cu il tarixində, saat 17:15-də hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər: Vazgen Sarkisyan – Baş nazir Karen Dəmirçyan – Milli Məclisin sədri Yuri Baxşyan – Milli Məclisin sədrinin müavini Ruben Miroyan – Milli Məclis sədrinin müavini Leonard Petrosyan – Təcili İşlər naziri Henrik Abrahamyan – Parlamentin üzvü Armenak Armenakyan – Parlamentin üzvü Mixail Kotanyan – Parlamentin üzvü Silahlılar parlamentdə ən az 30 nəfəri yaraladılar. Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşaiət etmişdi.
İstanbul terror aktı (2022)
2022-ci il İstanbul terror aktı — 13 noyabr 2022-ci il saat 16:20-də İstanbulun Bəyoğlu səmtindəki İstiqlaliyyət küçəsində baş vermiş bombalı hücum. Partlayış nəticəsində 6 nəfər həlak olmuş, 2-si ağır olmaqla 81 nəfər yaralanmışdır. Partlayışdan sonra küçə piyadaların istifadəsinə bağlanılıb, əraziyə çox sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Təxminən bir saat sonra Radio və Televiziya Üst Şurası (RTÜK) partlayışla bağlı yayım qadağası qoyub. Partlayışdan sonra əraziyə çox sayda xilasetmə, polis və sağlamlıq qrupları göndərilib, polis qüvvələri İstiqlaliyyət küçəsini boşaldıb və Taksim məscidi bağlanıb. Bildirilib ki, helikopterlər təhlükəsizlik məqsədilə küçənin ətrafına havadan baxış keçirib. Qızıl Aypara Twitter-də ətrafdakı xəstəxanalara lazımi qan tədarükü edildiyini və təcili qan ehtiyacının olmadığını açıqlayıb. İstintaq davam edərkən Təhlükəsizlik Baş İdarəsi hücumda istifadə edilən partlayıcının TNT olduğunu açıqlayıb. 4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada olmaqla 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Yaralılar Taksim Təhsil və Araşdırma Xəstəxanası ilə Prof.
Pişəvərdə terror aktı (2014)
Pişəvərdə terror aktı — 2014-cü il dekabrın 16-da Pişəvər şəhərində törədilmiş terror aktı. Doqquz Taliban yaraqlısı Peşəvərdə hərbi məktəbə atəş açıb. Hücum nəticəsində əksəriyyəti 10–18 yaş arası məktəblilər olan 145 nəfər həlak olub. Ən azı 114 nəfər güllə yarası və digər xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Bütün hücum edənlər binanın müdafiəsi və ya hücumu zamanı Pakistan hərbçiləri tərəfindən öldürülüb. Pakistanda həyata keçirilən digər terror hücumları ilə müqayisədə, Pişəvərdəki məktəbə hücum ən çox qurbanı aldı. Hücumun xarakteri və hücum üçün hədəfin seçilməsi mətbuatda Beslandakı terror aktı ilə paralelliklərə səbəb olub Çərşənbə axşamı, 16 dekabr 2014-cü il, yerli vaxtla saat 10:50-dən 11:00-a qədər, kamikadzelər də daxil olmaqla, doqquz silahlı Taliban qrupu "Daewoo Damas" markalı avtomobillə Peşəvər hərbi məktəbinin arxa qapısına qədər uşaq və yeniyetmələrə təlim keçiblər. 10–18 yaş arası, 1099 nəfər (hərbçilər daha sonra hücum zamanı binada 960 nəfərin olduğunu bildirdilər). Bütün terrorçular Pakistan silahlı qüvvələrinin geyimində və zirehli geyimdə olub və başqaları arasında şübhə doğurmayıb. Binanın içərisinə girən terrorçular hərbi mühafizə altında olan idman zalına daxil olaraq oradakı tələbələrə avtomat silahlardan fərq qoymadan atəş açıblar.