TABULYATOR

is. \[lat. Tabula "yazi taxtasi, cədvəl, lövhə"\] infor. işi kommutasiya panelində yığılmış proqrama əsasən idarəolunan və perforasiyalı kartlarda təsvir olunmuş informasiyanı avtomatik işləyərək nəticələri kağiz lent, yaxud xüsusi blanklara köçürən perforasiyalı hesablama maşını.
ŞUZANDER
TAKIR
OBASTAN VİKİ
Hollerit tabulyatoru
Hollerit tabulyatoru XIX yüzilin sonunda amerikalı Herman Hollerit (Herman Hollerith) tərəfindən ABŞ-də 1890-ci ildə əhalinin syahıyaalınmasının statistik verilənlərinin qeydiyyatı və emalı üçün ixtira olunmuş elektromexaniki maşın. Bu maşın perfokartlardakı verilənləri emal edən ilk qurğu idi; o, pefokartlarda olan dəliklərdən elektrik dövrəsini qapamaqla statistikanı hesablayırdı. Bəzi qiymətləndirmələrə görə bu maşının sayəsində siyahıyaılmanın aparılması müddətini üçdə iki dəfə qısaltmaq mümkün olub. 1900-cü illərin başlanğıcında Holleritin qurduğu Tabulating Machine Company şirkəti bu ixtiranın kütləvi buraxılışına başladı; bir sıra birləşmələrdən sonra bu şirkət International Business Machines Corporation (IBM) firmasına çevrildi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə