taff

adj. 1. (sympathisch) sevimli; 2. (robust, hart) sağlam, möhkəm
Tafelwein
Taft
OBASTAN VİKİ
Klaudio Taffarel
Klaudio Andre Mergen Taffarel (8 may 1966, Santa-Roza[d], Riu-Qrandi-du-Sul) — Qapıçı kimi oynamış braziliyalı keçmiş futbolçu. İngiltərənin "Liverpul" klubunun və Braziliya millisinin qapıçı məşqçisidir. 18 illik karyerası ərzində o, həm Braziliyada, həm də Avropada beş fərqli klubda peşəkar formada çıxış edib. O, karyerasına 1985-ci ildə Braziliyanın “İnternacional” komandasında başlamış, sonra isə "Parma", "Reccina", "Atletiko Mineyro" və "Qalatasaray" komandalarının formasını geyinib. 2003-cü ildə İtaliyanın "Parma" komandasında ikinci dəfə çıxış etdikdən sonra karyerasını başa vurub. Braziliya millisinin heyətində 100-dən çox oyun keçirən Taffarel milli komanda ilə birlikdə 1994-cü il Dünya Kubokunu qazanıb. O eyni zamanda tam on il ərzində, milli komanda ilə səkkiz digər böyük beynəlxalq turnirdə iştirak edib. Braziliya milli komandası ilə 1998-ci il Dünya Kubokunda gümuş medal, 1989 və 1997-ci illərdə "Copa America"nın qızıl medalı, 1988 Yay Olimpiya Oyunlarında da gümüş medal qazanıb.