Taksidermiya (film, 2006)
"Taksidermiya" (ing. Taxidermia) — macar rejissoru Dyörd Palfinn qorxu filmi. 2006-cı ildə ekranlaşdırılmışdır. Film Layoş Parti Nadın hekayələri motivləri əsasında çəkilmişdi. Film Macarıstan-Avstriya-Fransanın birgə istehsalıdır.
Filmdə 3 nəsil kişinin həyatı göstərilmişdi. Birinci hekayə İkinci Dünya Müharibəsində qırılmış taleyi olan leytenantdan başlayır. Sonra hekayə onun oğlu Kalmanla davam edir. Kalman Olimpiya oyunlarında iştirak edir, orada o gözəl Gizellanı görür və ona aşiq olur. Gizella hamilə olur və oğul doğur.