TALUT

Bəni İsrailin kralı olmuşdur. Talut İşmoil peyğəmbərdən sonra onun tövsiyəsi ilə israilliləri idarə etmişdir. Rəvayətlərə görə Misir və Fələstin arasında yaşamış Amalika tayfası israilliləri bir çox döyüşlərdə məğlub edərək onlara işgəncələr vermişdirlər. Onda onlar İşmoil peyğəmbərdən onlara başçılıq edəcək və amalikalılar üzərində üstünlüyü qazandıracaq bir kəsi onlar üçün kral təyin etməsini istədilər. O da, soyu Yaqub peyğəmbərin oğlu Binyaminə yüksələn Talutu seçmişdir (Quran, 2: 247). Talut kral olmaq üçün ən real namizəd idi. Rəvayətlərdə o igidliyi, qətiyyətli, iti düşüncəli, bilikli, ədalətli və fiziki cəhətdən güclü olması ilə seçilirdi. Ancaq, israillilər Talutu öncə bəyənməmiş, sonra kral kimi qəbul etmişdirlər. O da, xalqını amalikalılara və başqa Fələstin qəbilələrinə qarşı savaşa aparıb, onları məğlub edə bilmişdir. O zaman israillilərin qoşununda döyüşmüş Davud, amalikalıların başçısı olan Calutu öldürmüşdür. Bundan sonra Davud Talutun qızı ilə evlənmiş, onun ölümündən sonra isə İsrailin kralı olmuşdur. Talut qırx ilə yaxın İsrail oğullarına başçılıq etmişdir.
TALAQ
TARUH