tamah-zorakı

tamah-zorakı (hüq.)
tamah
tamahkar
OBASTAN VİKİ
Zorakı cinayət
Zorakı cinayət və ya zorakılıq cinayətləri — cinayətkarın cinayətin qurbanına qarşı güc tətbiq etməsi və ya güc tətbiq etməklə hədələməsi ilə müşayiət olunan cinayət. Bu qrupa həm zorakılığın cinayəti başa çatdırmaq üçün bir vasitə kimi istifadə olunduğu, həm də zorakılığın cinayətin obyektiv cəhətini təşkil etdiyi cinayətlər, məsələn, qəsdən adamöldürmə və ya zorlama kimi cinayətlər daxildir. Zorakı cinayətlər silahla və ya silahsız törədilə bilər. Zorakı cinayətlərə, əsasən, hava gəmisini qaçırma, bank soyğunçuluğu, soyğunçuluq, ev oğurluğu, terrorizm, avtomobil oğurluğu, zorlama, adam oğurluğu, işgəncə, qəsdən adamöldürmə, banditizm, narkokartel və başqaları daxildir. == Ölkələr üzrə zorakı cinayətlər == Dövlətlər arasında zorakı cinayətlərin statistikasının müqayisəsi adətən problemli olur, çünki dövlətlər cinayətlərin fərqli təsnifatını aparırlar. Müqayisənin etibarlı olması üçün müxtəlif yurisdiksiyalardakı oxşar hüquq pozuntularının müqayisəsi aparılmalıdır. Lakin çox zaman bu, mümkün olmur. Yurisdiksiyadan asılı olaraq zorakı cinayətlərə aşağıdakılar aid ola bilər: adamöldürmə, qəsdən adamöldürmə, zorlama, adam oğurlama. Dövlətlər həmçinin cinayətlərin qeydə alınmasında da fərqli sistemlərdən istifadə edirlər. Avstraliyada cinayət qurbanları ilə bağlı ilk milli sorğu 2008-09-cu illərdə keçirilmişdir.
Zorakı detektiv (film, 2015)
Zorakı detektiv- 2015-ci ildə Cənubi Koreyada istehsalı macəra, komediya janrında film. Film 24 sentyabr 2015-ci ildə təqdim edilmişdir. Filmin mövzusu "Qatardakı qıraq adamlar" filmindən götürülmüşdür. == Mövzu == Dae-man(Kvon Sanq-Vu) ölkənin ən qorxulu cinayətləri haqqında öz bloqunda yazan biridir. Ən böyük arzusu detektiv olmaq olan Dae-man bir neçə dəfə buna çalışsa da, bütün cəhdləri uğursuz olmuş və sonda komiks mağazası açmışdır. Bir gün ən yaxın dostu olan detektiv Jun-sunun üzərinə ağır bir cinayət böhtanı atılır və o həbs edilir. Dae-man isə dostunun günahsız olduğunu isbat etmək üçün araşdırmalara başlayır. Bu zaman o, detektiv Noh(Sunq Donq-İl) ilə birləşir və bu cinayətlə əlaqəli başqa cinayətlərin də olduğunu aşkara çıxarırlar.
Qorxu və tamah (film, 1953)
Qorxu və tamah (ing. Fear and Desire) 1953-cü il Amerika istehsalı antimilitarist bir filmdir. Stenli Kubrik tərəfindən rejissorluq edilmiş filmin ssenarisi Hovard Sakler tərəfindən yazılmışdır. Cəmi on beş nəfərdən ibarət heyəti ilə film Kubrikin rejissorluq debütü idi.