Tanz

der; -es, -¨e rəqs, oyun
Tantieme
Tanzabend
OBASTAN VİKİ
Tanzaniya
Tanzaniya (rəsmi adı Tanzaniya Birləşmiş Respublikası) — Şərqi Afrikada dövlət. 1964-cü ildə iki müstəqil respublikanın-Tanqanika və Zanzibar, həmçinin Hind okeanında yerləşən Pembi adalarının birləşməsi nəticəsində yaranmışdır. Şimalda - Keniya və Uqanda, qərbdə - Ruanda, Burindi və Konqo Demokratik Respublikası (Tanqanika gölü ilə), cənubda - Zambiya, Malavi və Mozambiklə, şərqdə Hind okeanı ilə həmsərhəddir. Ərazisi 945,203 kv. km.,(Ərazisinə görə dünyada 31-ci yeri tutur), 2013-cü ildə aparılmış siyahıya almanın rəsmən elan olunmuş yekunlarına əsasən əhalisi 48 261 942 nəfərdir ( əhalisinə görə dünyada 27-ci yeri tutur). Tanzaniyanın tərkibinə Zanzibar, Pemba, Mafiya adaları daxildir. Ən böyük ada Zanzibar (sahəsi 1,7 min kv. km) adasıdır. "Tanzaniya" sözü bu dövlətin tərkibinə daxil olan iki keçmiş müstəmləkənin - Tanqanikanın və Zanzibarın adlarının kombinasiyası nəticəsində yaranmışdır. Tanzaniyanını iki paytaxtı var.
Tanzaniya bayrağı
Tanzaniya bayrağı — Tanzaniyanın Dövlət bayrağı. Tanzaniyanın dövlət bayrağı haqqında qanun 1964-cü ilin iyun ayının 30-da qəbul edilib. Bayrağın dizaynı Tanqanika və Zənzibarın bayraqları əsasında formalaşıb. Belə ki, Tanzaniya Tanqanika və Zənzibarın birləşməsindən yaranan dövlətdir. Yaşıl rəng Tanzaniyanın bitki aləminin, mavi rəng ölkənin çoxsaylı göl və çaylarının, həmçinin Hind okeanının, qara rəng yerli Afrika əhalisinin, sarı rəng isə Tanzaniyanın faydalı qazıntılarının simvoludur. Parametrləri 2:3 nisbətindədir.
Tanzilya Akçurina
[mənbə göstərin] Tanzilya Xasanovna Akçurina (29 may 1947) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi, dosent, texnika üzrə fəlsəfə doktoru. Tanzilya Akchurina 1947-cı il mayın 29-da Ağdam rayonun Ağcəbədi kəndində anadan olub. Orta təhsilini Bakı şəhər 8 saylı məktəbdə aldıqdan sonra, 1964-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakultəsinin axşam şöbəsinə qəbul olunub. O,1969-cu ildən AMEA Aşqarlar Kimyası İnstitutunda işləyir. İnstitutu bitirərək, əvvəl mühəndis, 1975-ci ildə isə baş mühəndis vəzifəsinə keçirilmişdir. Tanzilya Akchurina 1975-ci ildə AMEA-nın “Neft Kimyası və neft-kimya sintezi” ixtisası üzrə aspiranturasının qiyabi şöbəsinə daxil olub. O, 1983-cü ildə termoanalitik tədqiqatlar sahəsi üzrə dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ildə o, kiçik elmi işçi, 1986-ci ildə elmi işçi, 1994-cü ildə böyuk elmi işçi, 2003-cü ildə isə aparıcı elmi işçi vəzifəsinə seçilib. AR-sı Prezidenti yanında Ali Attestasiya Komissiyası 25 oktyabr 2005-ci il tarixli qərarı ilə T.X.Akçurinaya neft kimyası ixtisası üzrə dosent elmi adı vermişdir.
Tanziya
Tağılı (gürc. ტაგჰილი) və ya Tanziya — Gürcüstanda, Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Adı gürcüləşdirilidikdən sonra Tanzia (gürc. ტანძია) adlandırılmışdır. 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Tağılı kəndində Azərbaycan tatarlarından ibarət 5 ailə yaşayırdı.
Typhlodromips tanzaniensis
Uqanda-Tanzaniya müharibəsi
Uqanda-Tanzaniya müharibəsi - Tanzaniyada Kaqera müharibəsi və Uqandada Azadlıq müharibəsi (1979) adı ilə tanınan 1978-ci ilin oktyabrından 1979-cu ilin iyun ayına qədər Uqanda ilə Tanzaniya arasında baş vermiş hərbi münaqişədir. Bu müharibə Uqanda prezidenti İdi Aminin hakimiyyətdən kənarlaşdırılması ilə nəticələnmişdir. İdi Aminin qüvvələrinə Liviyadan dəstək üçün göndərilmiş minlərlə hərbçi də daxil idi. Tanzaniya və Uqanda arasındakı münasibətlər artıq müharibə başlamazdan bir neçə il əvvəldən etibarən kəskinləşməyə başlamışdı. 1971-ci ildə baş vermiş hərbi çevriliş nəticəsində İdi Aminin hakimiyyəti ələ keçirməsindən sonra, Tanzaniya lideri Culius Nyerere Uqandanın zor gücü ilə hakimiyyətdən salınmış prezidenti Milton Oboteyə sığınacaq təklif etdi. Amin hakimiyyətə gəldikdən sonra ölkədə onun əleyhinə çıxış edən düşmənlərinin kütləvi şəkildə "təmizləməsini" həyata keçirdi ki, bu da otuz mindən əlli min nəfərə qədər uqandalının həlak olması ilə nəticələndi. Nyererenin dəstəyi ilə uqandalı müxaliflərdən ibarət kiçik partizan orduları yaradıldı, lakin həmin qüvvələrin 1972-ci ildə Uqandanı işğal etmək və Amini hakimiyyətdən salmaq cəhdləri uğursuzluqla nəticələndi. Amin Nyerereni onun düşmənlərinin tərəfini tutmaqda və onları silahlandırmaqda günahlandırdı. Hər iki tərəfin bir-birini ittiham etməsi ilə birlikdə Uqanda və Tanzaniya arasındakı münasibətlər bütün zamanların ən aşağı səviyyəsinə endi. İdi Amin növbəti illərdə bir neçə dəfə ona qarşı təşkil olunmuş sui-qəsd cəhdindən sağ çıxdı.
Katarina Tanzer
Katarina Tanzer (26 iyul 1995) — Avstriyanı təmsil edən cüdoçu. == Karyerası == 2019-cu ildə Belarusda Avropa Oyunlarının bürünc medalına sahib olub. 2024-cü ildə Avstriyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində Monqolustan nümayəndəsi Bavuudorjiin Baasanxüya məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.