Tarantel

die; -, -n böyük və zəhərli büvə, büvə
Tara
Tarif
OBASTAN VİKİ
Tarantella
İtalyan xalq rəqsi-gitara, tambura və kastanet ilə müşayət olunur. Musiqi ölçüsü-6/8,3/8. Tarantellanın tarixi ilə bağlı çoxlu əfsanələr var. XV əsrdən başlayaraq ikiyüzillik tarixdə tarantella “tarantizm”-tarantula hörümçəyinin dişləməsi nəticəsində yaranmış dəlilik xəstəliyinin yeganə müalicəsi sayılırdı. Bu həmçinin, İtaliyanın cənub şəhəri Tarantonun adı ilə bağlıdır. Mənşəyi orta əsrlərdə əzələ qicolmalarında və başqa epidemiyalar nəticəsində müqəddəs Vitta və müqəddəs İoan rəqsləri adı ilə İtalyada məşhur olan tarantella rəqsidir. Bununla əlaqədar XV1 əsrdə İtalyada xüsusi gəzən orkestrlər yaradilmişdı ki, bu orkestrlərin müşayəti altinda tarantizmdən əziyyət çəkən xəstələr rəqs edirdilər. Adətən,tarantella musiqisi improvizə olunaraq ifa edilirdi. Tarantellanin əsasını hansısa hava və ya ritmik fiqur təşkil edirdi, bu hərəkətlərin dönə-dönə təkrarlanması tamaşaçılara və rəqs edənlərə ovsunlayıcı, gipnotik təsir bağışlayırdı. Tarantellanın xoreoqrafiyası ekstaz halına çatmağ, rəqsdən cuşa gəlməklə fərqlənirdi.