tarappadan 2021
tarasklar
OBASTAN VİKİ
Taraskon
Taraskon (fr. Tarascon) — Fransanın cənub-şərqində, Provans-Alp-Kot d'Azur regionunda, Buş-du-Ron departamentində, Arles rayonunda, Şatorenard kantonunda yerləşən kommunadır. == Tarixi == Taraskon 48-ci ildə Provansın cənubundakı dağ silsiləsi olan Alpil regionunda bir Roma şəhəri olaraq meydana gəlmişdir. Şəhər adını Rona çayının sahilində yaşayan və səyahətçilərə hücum edən əjdaha Taraskdan almışdır. Rəvayətə görə, əjdahanı Müqəddəs Marta əhlilləşdirmiş və sonra şəhər əhalisi tərəfindən daşlanaraq öldürülmüşdür. Beləliklə, Müqəddəs Marta Taraskonun himayədarı olmuşdur.
Taraskonlu Tartaren
Taraskonlu Tartaren (fr. Tartarin de Tarascon) — XIX əsr fransız yazıçısı Alfons Dodenin romanlar silsiləsi. Baş qəhrəman provanslı Tartarendir, hadisələr Fransanın cənubundakı Taraskon şəhərində, eləcə də romanlardakı personajların səyahət etdiyi yerlərdə cərəyan edir. Trilogiya “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri” romanlarından ibarətdir (fr. Aventures prodigieuses de Tartarin de Tarascon, 1872), “Alp dağlarında Tartaren. Taraskon qəhrəmanının yeni şücaətləri" ( fr. Tartarin sur les Alpes, nouveaux exploits du héros tarasconnais, 1885), “Port-Taraskon. Şanlı Tartarenin son sərgüzəştləri" ( fr. Port-Tarascon, dernières aventures de l'illustre Tartarin, 1890). == "Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri" == Trilogiyanın ilk romanı ən məşhurudur.