Taxus
Qaraçöhrə (lat. Taxus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi.
Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir. Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8-2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun, kənarları az qatlanmış formadadır. Erkəkcikli çiçəklərinin uzunluğu 10 mm olub, budaqların aşağı səthində yerləşmişdir. Dişicikli çiçəkləri təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur. Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır. Mart ayında çiçəkləyir, mart-aprel aylarında meyvə verir.
BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk.