televizor-qəbuledici

televizor-qəbuledici
televizor
televizorlu
OBASTAN VİKİ
Televizor
Televizor, televiziya qəbuledicisi q.yun. τῆλε "uzaq" + lat. vīsio "görmə" sözlərindən) — televiziya siqnallarını qəbul və vizual təsvir almaq üçün istifadə olunan qurğudur. İlk televizor 3 iyul 1928-ci ildə dünyada ABŞ-də satışa çıxarılmışdır. Bu televizorun qiyməti 75 dollar idi. Televizorda şəkillərin verilməsi monitorda baş verir. TV kartı ilə təchiz olunmuş kompüter də televizor kimi istifadə edilə bilər. Bundan əlavə, kabellə alınmış yüksək tezlikli siqnalları video siqnallara çevirən qurğu televizorun əsas hissəsini təşkil edir. Başqa videosistemlərin qoşulması üçün televizorlarda SCART sistemlərindən, səslərin verilməsi üçün isə dinamiklərdən istifadə olunur. == Yaranması == Televiziya üzərindəki ilk işlər Con Loqi Beird tərəfindən başlanıb və 1924-cü ildə görünüşü meydana gətirə bilən ilk işləyən nümunəsi konkret olaraq ortaya qoyulub.
Qərar qəbuledici dəstək sistemi
Qərar qəbuletməyə dəstək sistemi (en. decision support system (DSS)), (ru. система поддержки принятия решений), (tr. karar destek sistemi) – təşkilat daxilində qərarların təhlili və qəbuledilməsi zamanı istifadə olunan, qarşılıqlı əlaqəli proqramlar və verilənlər dəsti. DSS idarəetmə informasiya sistemi (management information system, MIS) və icra informasiya sistemi (executive information system, EIS) kimidir, ancaq istifadəçiyə alternativ qərarların yaradılmasında və ən münasib hərəkət tərzinin seçilməsində daha çox yardımçı olur. DSS-in tərkibinə bunlar daxildir: informasiya verilənləri bazası (qərarın qəbul edəcəyi sahə haqqında biliklər toplusu); məsələləri təsvir etmək və sualları formalaşdırmaq üçün istifadə oluna bilən "dil"; alternativ qərarları sınaqdan keçirmək üçün modelləşdirmə proqramı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Universal asinxron qəbuledici/verici
Universal asinxron qəbuledici/verici-(eng.UART)– kompüterdə paralel verilənlər selini ardıcıl verilənlər seliylə (və əksinə) əvəz edən qurğu (daha dəqiqi, inteqral sxem). Bu qurğu səkkiz bitdən ibarət cərgələrlə hərəkət edən bitləri götürüb bir sıraya düzür və onlar ardıcıl porta daxil olur. Verici və qəbuedicinin işi sinxronlaşdırılmadığından, verilənlər selində baytın başlanğıcını və sonunu bildirən siqnallar – start və stop bitləri olmalıdır. === Data dizaynı === == Həmçinin bax == Modem USB Morze əlifbası == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.