Haydrun Tempel
Haydrun Tempel (alm. Heidrun Tempel; d. 1958) — Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-2016)
Haydrun Tempel Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərmişdir. 2013-cü ilin iyul ayında Azərbaycana səfir təyin olunmuşdur.