TEMPEST
TEMPEST (Transient Electromagnetic Pulse Emanation Standard) Elektrik və elektron avadanlığın şüalandırdığı əlavə elektromaqnit siqnalların öyrənilməsi və analizi üzrə standart.
TEMPEST ixtisarı 1960-cı illərin sonu 1970-ci illərin əvvəlində ABŞ Müdafiə Nazirliyində elektron avadanlıqda müxtəlif növ əlavə şüalanmalar vasitəsilə informasiya sızmasının qarşısının alınması metodlarının işlənməsi üzrə məxfi proqramın adı kimi meydana çıxmışdı. Rusiyada “ПЭМИН (Побочные ЭлектроМагнитные Излучения и Наводки” – əlavə elektromaqnit şüalanmaları və sızmalar), Avropa və Kanadada “Compromising emanation” (sızma şüalanmaları) termini işlədilir.
İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.