TEOKRATİYA

(yunan theokratia-hərfi mənası: allahın hakimiyyəti; theōs-allah və krātos-hakimiyyət) - siyasi və dini hakimiyyətin rühanilərə məxsus olduğu dövlət idarəçilik forması. T.-lı dövlətlər cərgəsinə müasir dövrdə Vatikanı, (İran) İslam Respublikalarını aid etmək olar; tarixi dövrdə T.- lı dövlətlər daha çox yayılmışdır: XVI əsrdə Jenevada T.-nın protestant növü J.Kalvinin hakimiyyəti dövrü; e.ə. VI əsrdə Yəhudi dövləti; Qədim Misirdə isə T. ilə monarxiya bir vəhdət təşkil edirdi. T. mahiyyətinə görə demokratik və dünyəvi dövlət formalarına alternativ təşkil edir, hərçənd T.-lı dövlətlərin bəzilərində demokratik, dünyəvi institutlar möv286 cud ola bilir, o cümlədən: Konstitusiya, seçkilər, Parlament və s. -bununla yanaşı, dövlət idarəçiliyində son söz ruhanilərindir. T. şəraitində, bir qayda olaraq, dini qanunlar (ayinlər), dini bayramlar, dini təhsil, dini nigah və s. dövlət müstəvisində həyata keçirilir; ruhani başçı (eyni zamanda, dövlət başçısı) xalq tərəfindən deyil, - məhz ruhanilər (ruhani idarəsi) tərəfindən seçilir. TƏBLİĞAT (ərəb; latın anoloqu propaganda-yayılmalı olan) - geniş mənada-geniş ictimai kütlələrin düşüncəsinə yeritmə və onları aktiv praktiki fəaliyyətə vadar etmə naminə, - siyasi, elmi, nəzəri, bədii, texniki və s. bilikləri, ideyaları yaymaq məqsədini güdən müntəzəm fəaliyyət; dar mənadabu və ya digər siyasi qüvvələrin (portiyaların) əhalidə (və ya onun müəyyən təbəqələrində) müəyyən dünya görüşü formalaşdırmaq məqsədi daşıyan siyasi, ideoloji, psixoloji inandırıcı fəaliyyət. T. iki formada aparılır: şifahi (məşğələ, mühazirə, çıxış, ünsiyyət) və yazılı (qəzet, jurnal, kitab, şüar). T. geniş ictimai kütlələrin siyasətə axını və siyasətin dövlətə, cəmiyyətə təsiri dərəcəsini nəzərə aldıqda T.-ın rolu, yeri, əhəmiyyəti və məsuliyyəti açıq-aşkar özünü biruzə verir. Cəmiyyətin siyasi mədəniyyətinin artırılmasında - T. həlledici təsir göstərir. Müasir elmlərin inkişaf nailiyyətləri T.-ın özünəməxsus metodologiyasını hasil etmişdir, o cümlədən: o (T.), elmi əsaslandırılmış, təsiredici, inandırıcı, maarifedici, tərbiyyəvi, konkret həyat şəraiti ilə əlaqəli, əks arqumentləri ifşaedici, müasir, aktual, aydın və anlaşıqlı, məqsədyönlü, dərin məntiq, bilik və mahiyyətli, operativ, bol məlumatlı, geniş kütlələri səfərbəredə bilən və s. olmalıdır. Mürtəce siyasi qüvvələr yalan, uydurma, şişirdirilmiş rəqəmlər və s. üsul və vasitələrdən öz T.-larında istifadə edə bilərlər. Eyni zamamda, qanunvericilik milli, irqi fövqəllik (üstünlük), sayqısızlıq, düşmənçilik, zorakılıq, ədəbsizlik və müharibə T.-ını qadağan edir.
TEXNOKRATİYA
TERROR(İZM)
OBASTAN VİKİ
Teokratiya
Teokratiya (q.yun. θεός — Tanrı və κράτος — idarə etmək) — cəmiyyət məsələlərinin qanuni halda dini qanunlarla həll edildiyi idarəetmə sistemi. Dini strukturların və din xadimlərinin dövlət siyasətinə ciddi təsir etdiyi siyasi sistem. Şəriəti siyasi institutların əsası kimi qəbul edən Səudiyyə Ərəbistanı və İran klassik formada teokratik dövlətlər sayılırlar. İran eyni zamanda "teokratik respublika" da sayıla bilər. Çünki siyasi sistem islam dini üzərində qurulub. Yaxın Şərq dövlətlərinin əksəriyyətinin hüquq sistemi islam dininin təsiri altındadır. Türkiyə, İndoneziya, Banqladeş və Pakistan daxili həyatda dinin ciddi təsirinə baxmayaraq dünyəvi qanunlarla idarə olunur. İsrail, Hindistan və Filippin qanunlarına görə şəriəti qəbul edənlər üçün o rəsmi qanun sayılır. Şəriət qanunlarının Sudan, Nigeriya, Əfqanıstan, Liviya və digər ölkələrdə də cəmiyyətə və dövlətə təsiri güclüdür.

Digər lüğətlərdə