Nubar Terziyan
Nubar Terziyan (16 mart 1909, Konstantinopol – 14 yanvar 1994, İstanbul) — aktyor, Türkiyə ermənisi.
Nubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur.
1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub.
Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub.