texminimum
texnik
OBASTAN VİKİ
Texnesium
Texnesium (Tc) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 43-cü element. Radioaktivdir. Texnesium süni yolla alınmış ilk kimyəvi elementdir. 1937-ci ildə E.Serqe və K.Perrye molibden atomunun nüvəsini neytronlarla bombardman edərək texnesiumu almışlar. Texnesiumun kütlə ədədləri 92-dən 108-ə qədər olan radioaktiv izotopu var. Ən əhəmiyyətli izotop 99Tc dir. Sabit izotopu yoxdur. Texnesium və ya onun birləşmələri oksigenlə reaksiyaya girdikdə suda həll ola bilən Tc²O⁷ və TcO², xlor və flüorla reaksiyaya girdikdə TcHal⁶, TcHal⁵, TcHal⁴ tipli halogenidlər, bəzən də TcO³Hal tipli oksihalogenidlər əmələ gəlir (Burada Hal- Halogendir). Tc²O⁷-nin suda məhlulunu buxarlandırdıqda tünd-qırmızı kristallar şəklində pertexnetat turşusu HTcO⁴ alınır; onun duzlarına (Məs. KTcO⁴, CsTcO⁴) pertexnatatlar deyilir.
воздыма́ть иллюминова́ться перени́зывать ра́фия реди́с скальпи́ровать учреди́тель искале́ченный наклони́ть отбежа́ть отрапортова́ться пропускно́й размяка́ть рели́новый ствол сциенти́стка ego ideal nave preatmospheric quadrantal sea-cock syncopate uncouth whole-bred титановый