texnologiya

ру технология en technology de Technologie fr technologie es tecnología it tecnologia
texniki təhlükəsizlik qaydası
texnoloji buxar
OBASTAN VİKİ
Dalyan Texnologiya Universiteti
Dalyan Texnologiya Universiteti (çin. 大连理工大学) — Çin Xalq Respublikasının Dalyan şəhərində yerləşən ali təhsil müəssisəsi. Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Delft Texnologiya Universiteti
Delft Texnologiya Universiteti (nid. Technische Universiteit Delft) — Niderland Krallığının ən böyük və qədim dövlət universitetlərindən biri; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. Universitet 8 yanvar 1842-ci ildə Niderlandda mühəndis və ticarətçi yetişdirən Kral Akademiyası adı ilə kral II Vilhelm tərəfindən yaradılmışdır. Kral Akademiyanın əsas məqsədi Niderland Krallığının müstəmləkələrində fəaliyyət göstərən "Ost-Hind" holland şirkətində çalışmaq üçün dövlət qulluqçuları hazırlamaq idi. Akademiyanın ilk direktoru ilk Lipkens adlanan holland optik teleqrafının konstruktoru Antuan Lipkens təyin edilmişdir. Akademiyada ilk tələbə təşkilatı 1848-ci il martın 22-də yaradılıb. 1863-cü il mayın 23-də "Niderlandda texniki təhsilin tətbiqi haqqında" qanun qəbul olunur. Bir il sonra iyunun 20-də kralın sərəncamına əsasən Kral Akademiyasının adı dəyişdirilərək Delft Politexnik Məktəbi olur. Yeni yaradılmış məktəbin məzun mühəndisləri XIX əsr sənayeləşdirmə dövrünün əsas iştirakçılarına çevrilirlər. 1905-ci il mayın 22-də məktəbin akademik təhsilini vurğulamaq üçün Delft Politexnik Məktəbinin adı Delft Texniki İnstitutu adı ilə əvəz olunur.
Elm və texnologiya
Elm və texnologiya — ölkələrə kənd təsərrüfatı, nəqliyyat və tibbdən ekologiyayadək həyatın bütün sahələrində davamlı inkişafın yeni səviyyəsinə keçməyə imkan verir. XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. İnsanlıq tarixinin əksəriyyəti üçün texnoloji inkişaflar şans, sınaq, səhv və ya ilhamla əldə edilmişdir.
Eyndhoven Texnologiya Universiteti
Eyndhoven Texnologiya Universiteti (nid. Technische Universiteit Eindhoven) — Niderlandın Eyndhoven şəhərində universitet; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. Universitet 15 iyun 1956-cı ildə Niderlandın Eyndhoven şəhərində yaradılıb, ilk rektoru fizik Henk Dorqelo olub. Hazırda 250 professorun çalışdığı nüfuzlu ali təhsil müəssisəsində struktur proqramlaşdırmanın konsepsiyasının müəllifi, Türinq mükafatı laureatı Edsqer Deykstra, kimya üzrə Nobel mükafatına layiq görülən Arçer Con Porter Martin kimi görkəmli alimlər dərs deyib. Tədrisin innovasiya metodları ilə həyata keçirilməsini prioritet elan edən universitet ən yeni avadanlıqla təchiz edilib. Burada multimedia tədris obyektləri, elektron idarə etmə, universitet şəhərciyinin idarəetmə sistemi, elektron kitabxana və müasir laboratoriyalar mövcuddur. Bu gün ali təhsil ocağında təxminən 7500 tələbə, 600 aspirant təhsil alır. Hazırda universitetdə bakalavriatura təhsil pilləsi üzrə 11, magistratura üzrə isə 12 ixtisas təşkil edilib. Ali məktəbdə tədris ingilis və niderland dillərində aparılır. Universitetdə biotibb texnologiyası, mülki tikinti, riyaziyyat və informatika, mexanika, tətbiqi fizika, istehsal mühəndisliyi, sənaye dizaynı, kimya texnologiyaları, elektrotexnika fakültələri fəaliyyət göstərir.
Fəlsəfə və texnologiya
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə məşğul olan bir fəlsəfə sahəsi. Qədim Yunanıstanda yaranan texnologiyanın fəlsəfəsi və ən qədim fənlərdən biridir. İnsanın alətlər düzəltməsini və onların nəticələrinin sorğulayır. Aristotel texnologiyanı ilk dəfə insan cəmiyyətinə təsirini ətraflı araşdırmışdır. Orta əsrlərdən sonra Frensis Bekon əsərləri onun varislərinə işıq tutur. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni şərhlər gətirmişdir. Ümumiyyətlə texnologiya tənqid olunmuşdur. Heraclitus və Demokritus texnologiyanı təbiətin təqlidi kimi təsvir edir.Platon texnologiyanı tanrı sənətinin təqlidi olaraq görür. Aristotel təbiətin təqlidini qəbul edərkən: Texnologiya təbiətin tamamlaya bilmədiyi işləri tamamlamışdır deyib. Haydeqqer, texnologiyanın insan inkişafı mərkəzi olduğunu və ən böyük təhlükə meydana gətirdiyini söyləyir.
Gebze Texnologiya İnstitutu
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Harbin Texnologiya İnstitutu
Harbin Texnologiya İnstitutu (çin. 哈尔滨工业大学) — Çin Xalq Respublikasının Harbin şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutun əsası 1920-ci ildə qoyulmuşdur. İnstitutun zəngin kitabxana fondu var.
Hoşimin Texnologiya Universiteti
Hoşimin Texnologiya Universiteti (vyet. Trường Đại học Bách khoa, Đại học Quốc gia Thành phố Hồ Chí Minh) — Vyetnamın Hoşimin şəhərində yerləşən ali təhsil müəssisəsi. Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Kaliforniya Texnologiya İnstitutu
Kaliforniya Texnologiya İnstitutu (qısa adı: Kaltek) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır. Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır. Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır.
Kaunas Texnologiya Universiteti
Kaunas Texnologiya Universiteti (lit. Kauno technologijos universitetas) — Litvada universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Baltik ölkələrində ən böyük texniki universitetdir. Bu ali təhsil ocağının tarixi 1922-ci ildə Litva Universitetinin yaradılması ilə başlanıb. Litva hökuməti tərəfindən universitetin yaradılması haqqında qərar 1920-ci ildə qəbul edilmişdi. 1930-cu ildə ali məktəb Vytautas Maqnus adlandırılır. Burada riyaziyyat və təbiət elmləri, tibb, texnika, eyni zamanda humanitar elmlər, hüquq tədris olunurdu. 1940-cı ildə hüquq, humanitar elmlər, riyaziyyat və təbiət elmləri fakültələri Vilnüsə köçürülür. Həmin ildən ali məktəb Kaunas Universiteti kimi tanınır. 1943-cü il, 17 mart tarixində bir sıra ali təhsil müəssisələri ilə yanaşı bu ali məktəb də almanlar tərəfindən bağlanır.
Lappeenranta Texnologiya Universiteti
Lappeenranta Texnologiya Universiteti — Finlandiyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Ali Lappeenranta İqtisadiyyat Məktəbi adı ilə 1969-cu ildə fəaliyyətə başlayan ali məktəb 2002-ci ildən universitet statusu alaraq Lappeenranta Texnologiya Universiteti adlandırılıb. Lappeenranta Texnologiya Universiteti özündə biznes və texnologiyaları birləşdirmiş ilk texnologiya universitetidir. Ali məktəb texniki sahə üzrə peşəkar kadrlar yetişdirməklə yanaşı qlobal iqtisadi və ekoloji problemlərin həlli yollarını təklif edir. LTU tələbələrin akademik düşüncəsini inkişaf etdirir və karyera boyunca müvəffəqiyyət üçün peşəkar bacarıqların möhkəm bünövrəsini formalaşdırır. Lappeenranta Texnologiya Universitetində texnologiya, mühəndislik-iqtisadi və biznes məktəbi fakültələri fəaliyyət göstərir. Ali təhsil ocağının fakültələrinin hər biri magistratura, doktorantura və tələbə mübadiləsi proqramlarını təklif edir. Enerji effektivliyi və energetika texnologiyaları, istehsal və metalların emalı,həmçinin elmi hesablamalar və hadisələrin modelləşdirilməsi texnologiya fakültəsinin əsas istiqamətləridir. Mühəndislik-iqtisadi fakültənin fəaliyyəti innovasiyalar və informasiya texnologiyaları sahəsində biliklərə yönəldilib. Biznes Məktəbi fakültəsində qlobal bazarda müəssisələrin möhkəm rəqabət üstünlüyünün təmin olunması, biznesin müxtəlif formaları üzrə kadrlar hazırlanır.
Texnologiya
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Texnologiya (dəqiqləşdirmə)
Texnologiya
Texnologiya fəlsəfəsi
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə əlaqəli olan fəlsəfə sahəsi. Qədim Yunanıstanda meydana gələn texnologiya fəlsəfəsi ən qədim intizamlardan biridir. Bu sahə insanın istehsal sahəsini və bunların nəticələrini sorğulayır. Texnologiyanın insan cəmiyyətinə təsirini Aristotel ilk dəfə ətraflı şəkildə araşdırmışdır. Orta əsrdən sonra Frensis Bekonun bu sahədə gördüyü işlər daha sonra aparılan kəşfləri işıqlandırmışdır. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni rəylər bildirmişdilər. Ümumiyyətlə texnologiya tənqidlərə məruz qalmışdır. Heraktlit və Demokrit texnologiyanı təbiətin təqlidi kimi təsvir edirlər. Platan texnologiyanı tanrı incəsənətinin imitasiyası olduğunu qeyd etmişdir. Aristotel təbiətin imitasiyasının açıqlamasını qəbul edərək bildirmişdir: "Texnologiya təbiətin bitirə bilmədiyi işləri tamamlaya bilər." Heydeqqer texnologiyanı insan inkişafının mərkəzi kimi qəbul etm, həmçinin onun ən böyük təhlükə yaratdığını qeyd etmişdir.
Yüksək texnologiya
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Massaçusets Texnologiya İnstitutu
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Monterrey Texnologiya İnstitutu
Monterrey Texnologiya İnstitutu (isp. Instituto Tecnológico y de Estudios Superiores de Monterrey, ITESM) — Meksikanın Monterrey şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutun əsası 6 sentyabr 1943-cü ildə qoyulmuşdur. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Pekin Texnologiya İnstitutu
Pekin Texnologiya İnstitutu (çin. 北京理工大学) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutun əsası 1940-cı ildə qoyulmuşdur. İnstitutun zəngin kitabxana fondu var.
Qəbzə Texnologiya İnstitutu
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Texnologiya və cəmiyyət
Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olubdur və məhz buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Lakin, hər bir mövzuya fərqli, qeyri-ənənəvi prizmadan baxmağı sevən sosioloqlar texnologiya mövzusuna da fərqli bucaqdan yanaşaraq olduqca maraqlı nüansları kəşf etmişlər. Sosiologiya elmində texnologiya tək bir formada yox, texnologiyanın cəmiyyətlə əlaqəsi kimi tədqiq olunur. Demək olar bütün sahələrdə olduğu kimi bu sahədə də fikir ayrılığı mövcuddur; technological determinism və social determinism.[mənbə göstərin] Sosioloqları maraqlandıran əsas sual odur ki, hansı amil hansına daha çox təsir edərək onun formalaşmasında rol oynayır. Yəni ki, texnologiya cəmiyyəti formalaşdırır, yoxsa cəmiyyətin ehtiyacları və istəyi texnoloji sənayenin gedişatını müəyyənləşdirir? Bu sualdan da aydın göründüyü kimi sosiologiya sahəsində bu mövzuya dair iki təzadlı perspektiv var. Bir qrup (technological determinism cərəyanı) iddia edir ki, texnoloji inkişaf cəmiyyəti formalaşdırır və onun inkişaf istiqamətlərini müəyyən edir. Digər qrupa görə isə (social determinism) cəmiyyətin istəkləri texnologiya sənayesinin vəziyyətini müəyyən edir, yəni ki, texnoloji sənaye sırf cəmiyyətin ehtiyaclarına görə çalışır. Dünya tarixində bu günə kimi bir çox dönüş nöqtələri olub, və bu dönüş nöqtələrindən biri plan Sənaye İnqilabı məhz texnoloji innovasiyaların sahəsində gerçəkləşib. 18-ci əsrdə baş verən Sənaye İnqilabı ilk öncə qərbi Avropa, daha sonra isə Amerika və bütün dünyanın mənzərəsini köklü şəkildə dəyişdi.
Tokio Texnologiya İnstitutu
Tokio Texnologiya İnstitutu (yap. 東京工業大学) — Yaponiyanın Tokio şəhərində yerləşən ali təhsil müəssisəsi; dünyanın ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biridir. 1881-ci il mayın 26-da, Meydzi hakimiyyəti bərpa edildikdən 14 il sonra Tokio şəhərində Tokio Texniki Peşə Məktəbi yaradılır. 1890-cı ildə həmin məktəb Tokio Texnikumu, 1901-ci ildə isə Tokio Ali Texniki Məktəbi adlandırılır. Meydzi hökuməti dövlətin inkişaf səviyyəsi üzrə Qərbi ötüb keçmək üçün, ilk növbədə, ölkədə modernləşmiş mühəndis və sənətkar hazırlığına diqqət ayırır. İlk vaxtlar məktəb Tokio şəhərinin şərqində Kuramae ərazisində yerləşir. Lakin 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsi zamanı məktəbin binaları dağıntıya məruz qalır. 1929-cu ildə məktəb Tokionun cənubundakı Ookayama ərazisinə köçürülür və Milli Universitet statusu qazanır. II Dünya müharibəsindən sonra, 1949-cu ildə Yaponiyada yeni təhsil sistemi qəbul edilir. Ali məktəbin Tokio Milli Universiteti adı Tokio Texnologiya İnstitutu ilə əvəz olunur.
Çalmers Texnologiya Universiteti
Çalmers Texnologiya Universiteti — İsveçin Göteborq şəhərində yerləşən ali təhsil müəssisəsi; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Çalmers Texnologiya Universiteti informasiya texnologiya, təbiət elmləri və memarlıq sahəsində ixtisaslaşmış bir ali təhsil müəssisəsidir. İsveçin Göteborq şəhərində yerləşən universitet Avropanın ən yaxşı araşdırma mərkəzlərindən hesab olunur. "Swedish East İndia Company"nin sahibi Viliam Çalmersin ianəsi ilə 1829-cu ildə yaradılıb. 1937-ci ilə qədər özəl universitet statusu ilə fəaliyyət göstərib, 1994-cü ilə qədər dövlət, daha sonra isə özəl ali təhsil ocağı kimi fəaliyyətini davam etdirib. Çalmers İsveçdə şəxs adını daşıyan yeganə universitetdir. Ali təhsil ocağı 1937-ci ildə Gibraltar (Johannaberg) kampusuna köçürülüb, 1990-cı illərin əvvəllərində Hisingen adasında universitetin yeni Lindholmen kampusu tikilib. İsveçdə mühəndislik və memarlıq sahəsində çalışanların təqribən 40%-i Çalmers Texnologiya Universitetinin məzunlarıdır. Universitet bu günə qədər 30-a yaxın proqram üzrə təhsil prosesini həyata keçirib. Ali məktəb riyazi modelləşdirmə, ətraf mühit elmlər və nəqliyyat təhlükəsizliyi kimi 6 beynəlxalq araşdırma bölümünə ev sahibliyi edir.
İllinoys Texnologiya İnstitutu
İllinoys Texnologiya İnstitutu (ing. Illinois Institute of Technology) — Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində yerləşən ali təhsil müəssisəsi. Martin Kuper — mobil telefonun ixtiraçısı.
İzmir Texnologiya İnstitutu
İzmir Yüksək Texnologiya İnstitutu (türk. İzmir Yüksek Teknoloji Enstitüsü və ya İYTE) — Türkiyədə universitet; texniki sahə üzrə yüksək səviyyədə təhsil və tədqiqat fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan müasir ali təhsil ocağıdır. İnstitut 1992-ci ildə Türkiyənin İzmir şəhərində qurulub. Bu gün dünyada ən inkişaf etmiş texniki universitet modeli olan yüksək texnologiya institutlarının Türkiyədəki iki nümunəsindən biridir. Ali məktəbin fakültə və bölmələri, 1994-cü ildə əvvəlcə magistr proqramların açılması ilə fəaliyyətə başlayıb, 1998-ci ildə də isə bakalavr proqramları üzrə tələbə qəbuluna başlanılıb. İzmir Yüksək Texnologiya İnstitutu, qurulduğu gündən 1999-cu ilə qədər İzmir şəhərinin mərkəzində faəliyyət göstərib, 1999-cu ildən etibarən tədricən Urla-Gülbahçedəki şəhərciyə köçürülüb. Təxminən 3500 hektar sahəyə malik olan institutun 132.000 qədər m²-ə yaxın qapalı sahəsində tədris və elmi-tədqiqat işləri uğurla həyata keçirilir. Ali məktəbdə 10 bakalavriatura, 25 magistratura və 12 doktorluq proqramı üzrə kadr hazırlığı həyata keçirilir. Bütün proqramlar üzrə təqribən 1600 nəfəri bakalavr olmaqla 2200 tələbə təhsil alır. İnstitutda tədris ingilis dilindədir.
Şərif Texnologiya Universiteti
Şərif Texnologiya Universiteti (fars. دانشگاه صنعتی شریف‎) — İranın ən nüfuzlu texnoloji ali təhsil müəssisələrindən biri.
Cənubi Çin Texnologiya Universiteti
Cənubi Çin Texnologiya Universiteti (çin. 华南理工大学) — Çin Xalq Respublikasının Quançjou şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1952-ci ildə qoyulmuşdur.
Daşkənd İnformasiya Texnologiyaları Universiteti
Daşkənd İnformasiya Texnologiyaları Universiteti (özb. Toshkent axborot texnologiyalari universiteti) — Özbəkistanın Daşkənd şəhərində yerləşən ali təhsil müəssisəsi; texniki sahə üzrə ixtisaslaşan ali təhsil ocaqlarından biri. Universitet telekommunikasiya və informasiya sistemləri sahəsində Mərkəzi Asiyada ən böyük ali təhsil müəssisəsidir. 2005-ci ildə "İnformasiya texnologiyaları sahəsində kadrların hazırlanmasının sisteminin təkmilləşdirilməsi Haqqında" Özbəkistan Respublikası Prezidentinin sərəncamına əsasən universitet informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mütəxəssislərin hazırlığı üzrə əsas ali məktəb elan edilib. Universitetdə orta (2 lisey), bakalavriatura (25 istiqamət), magistratura (24 ixtisas), aspirantura və doktorantura təhsil pillələri üzrə tədris həyata keçirilir. Professor-müəllim heyəti təqribən 400 insandan ibarət olan ali təhsil ocağında 4 akademik, 21 professor, 24 elmlər doktoru, 87 elmlər namizədi və dosent çalışır, 8500-dən çox tələbə universitetdə və filiallarda təhsil alırlar. Hazırda ali təhsil ocağında 28 kafedra və 37 tədris laboratoriyası, 10 tədqiqat laboratoriya və şəxsi şəbəkəyə malik, 18 mindən artıq müasir kompüterlərlə təchiz edilmiş kompüter mərkəzi, 20-dən çox multimedia sinifləri və 400 mindən kitabın daxil olduğu informasiya-resurs mərkəzi (kitabxana) fəaliyyət göstərir. Son 10 il ərzində universitetdə köklü dəyişikliklər baş verib. Universitetin binası, auditoriyalar və kabinetlər, yataqxana əsaslı surətdə təmir edilib, yeni müasir tədris korpusu, 700 yerlik yeməkxana, eləcə də 400 nəfərlik idman kompleksi inşa edilib. Universitetin 5 şəhərdə filialı fəaliyyət göstərir.
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr
Elm və Texnologiya üzrə Alman İnstitutu
Elm və Texnologiya üzrə Alman İnstitutu (ing. German Institute of Science and Technology – GIST) — Münhen Texniki Universitetinin Sinqapur filialı İnstitut Sinqapur Milli Universiteti və Nanyanq Texnoloji Universiteti ilə Münhen Texniki Universitetinin əməkdaşlığı çərçivəsində 2002-ci ildə fəaliyyətə başlamışdır.
Elm və texnologiya tarixi
Elm və texnologiya tarixi - Təbii aləmi necə başa düşməyi tədqiq edən sahə (elm) və bunu necə manipulyasiya etmək bacarığı (texnologiya) əsrlər boyu dəyişmişdir. Bu akademik nizam intizam elmi innovasiyaların mədəni, iqtisadi və siyasi təsirləri tədqiq edir. Buenos Ayres Texnologiya Institutu, Argentina, Elm və Texnologiyanın tarixi haqqında kurslar təklif edir. Milli Texnoloji İnstitutu, karyera təklif edən proqramları var. Sidney Universiteti tələbələr və aspirantlar üçün Təbiət elmləri fakültəsində tarix və fəlsəfə elmləri bölməsi tərəfindən aparılan tarix və fəlsəfə elmləri üzrə proqramlar təklif edir. Lyej Universitetində elm və texnikanın tarixi mərkəzi adlı kafedra var. Ottavada Karlton Universiteti "texnologiya, cəmiyyət və ətraf mühit" proqramı üzrə qədim elm və texnologiyanın kurslarını təklif edir. Toronto Universitetinin Elm və Texnologiyanın tarixi və fəlsəfəsi üzrə proqramı var. Nova Skotiyada, Halifaksda Kral Kollecinin Universitetində elm və texnologiyanın tarixi proqramı var. Nant Universitetinin fransız riyaziyyatçı François Vyetenin (1540-1603) adını daşıyan Centre François Viète adlı bölməsi var.
Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (İran)
İran Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (Farsca: وزارت علوم، تحقیقات و فناوری Ro: Vezārat-e Ulum, Tahqiqat va fannavari) — İran hökumətinin bir nazirliyidir. Nazirliyin rəhbəri İran Hökumət Kabinetinin üzvü olur. Hazırkı Xarici İşlər Naziri, Prezident tərəfindən namizəd göstərildikdən sonra Məclis tərəfindən təsdiqlənən Mənsur Qulamidir. Əsas binası Tehranın Qüds rayonunda yerləşir.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun bazasında yaradılmışdır.
Honkonq Elm və Texnologiya Universiteti
Honkonq Elm və Texnologiya Universiteti (çin. 香港科技大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. 1980-ci ilin sonlarında Honkonqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honkonqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. Beləliklə, 1991-ci ilin oktyabrında Honkonq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur.
Honq Konq Elm və Texnologiya Universiteti
Honkonq Elm və Texnologiya Universiteti (çin. 香港科技大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. 1980-ci ilin sonlarında Honkonqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honkonqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. Beləliklə, 1991-ci ilin oktyabrında Honkonq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur.
Kitab çapı texnologiyası
Kitab çapı texnologiyası 1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti
Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub. "Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb. Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır.
Maliyyə texnologiyası
Maliyyə texnologiyası (qısaldılmış ing. fintech və ya ing. FinTech, azərb. fintex‎ və ya azərb. FinTex‎) maliyyə xidmətlərinin göstərilməsində ənənəvi maliyyə metodları ilə rəqabət aparmağı hədəfləyən texnologiya və innovasiyadır. Süni intellekt, Blokçeyn, Bulud texnologiyası və Böyük verilənlər FinTex-in “ABCD” (dörd əsas sahə)-si qəbul edilir. Fintech sektoru maliyyə əməliyyatlarını təkmilləşdirmək üçün texnologiyadan istifadə edən inkişaf etməkdə olan bir sektordur. Mobil bankçılıq, investisiya, borc xidmətləri və kriptovalyuta üçün smartfonların istifadəsi, maliyyə xidmətlərinin geniş ictimaiyyət üçün daha əlçatan olmasını hədəfləyən FinTex həlləridir. Maliyyə texnologiyaları şirkətləri həm startap, həm də mövcud maliyyə institutları və maliyyə şirkətləri tərəfindən təqdim olunan maliyyə xidmətlərinin istifadəsini dəyişdirməyə və ya təkmilləşdirməyə çalışan texnologiya şirkətlərindən ibarətdir. Sığorta sənayesinə yönəlmiş fintech şirkətlərinin bir hissəsi birlikdə insurtech və ya insuretech şirkətləri kimi tanınır.

Значение слова в других словарях