texniki təhlükəsizlik qaydası
texnoloji buxar
OBASTAN VİKİ
Elm və texnologiya
Elm və texnologiya — ölkələrə kənd təsərrüfatı, nəqliyyat və tibbdən ekologiyayadək həyatın bütün sahələrində davamlı inkişafın yeni səviyyəsinə keçməyə imkan verir. XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. İnsanlıq tarixinin əksəriyyəti üçün texnoloji inkişaflar şans, sınaq, səhv və ya ilhamla əldə edilmişdir.
Eyndhoven Texnologiya Universiteti
Eyndhoven Texnologiya Universiteti (nid. Technische Universiteit Eindhoven) — Niderlandın Eyndhoven şəhərində universitet; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Universitet 15 iyun 1956-cı ildə Niderlandın Eyndhoven şəhərində yaradılıb, ilk rektoru fizik Henk Dorqelo olub. Hazırda 250 professorun çalışdığı nüfuzlu ali təhsil müəssisəsində struktur proqramlaşdırmanın konsepsiyasının müəllifi, Türinq mükafatı laureatı Edsqer Deykstra, kimya üzrə Nobel mükafatına layiq görülən Arçer Con Porter Martin kimi görkəmli alimlər dərs deyib. Tədrisin innovasiya metodları ilə həyata keçirilməsini prioritet elan edən universitet ən yeni avadanlıqla təchiz edilib. Burada multimedia tədris obyektləri, elektron idarə etmə, universitet şəhərciyinin idarəetmə sistemi, elektron kitabxana və müasir laboratoriyalar mövcuddur. == Təhsil strukturu == Bu gün ali təhsil ocağında təxminən 7500 tələbə, 600 aspirant təhsil alır. Hazırda universitetdə bakalavriatura təhsil pilləsi üzrə 11, magistratura üzrə isə 12 ixtisas təşkil edilib. Ali məktəbdə tədris ingilis və niderland dillərində aparılır. Universitetdə biotibb texnologiyası, mülki tikinti, riyaziyyat və informatika, mexanika, tətbiqi fizika, istehsal mühəndisliyi, sənaye dizaynı, kimya texnologiyaları, elektrotexnika fakültələri fəaliyyət göstərir.
Fəlsəfə və texnologiya
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə məşğul olan bir fəlsəfə sahəsi. Qədim Yunanıstanda yaranan texnologiyanın fəlsəfəsi və ən qədim fənlərdən biridir. İnsanın alətlər düzəltməsini və onların nəticələrinin sorğulayır. Aristotel texnologiyanı ilk dəfə insan cəmiyyətinə təsirini ətraflı araşdırmışdır. Orta əsrlərdən sonra Frensis Bekon əsərləri onun varislərinə işıq tutur. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni şərhlər gətirmişdir. Ümumiyyətlə texnologiya tənqid olunmuşdur. Heraclitus və Demokritus texnologiyanı təbiətin təqlidi kimi təsvir edir.Platon texnologiyanı tanrı sənətinin təqlidi olaraq görür. Aristotel təbiətin təqlidini qəbul edərkən: Texnologiya təbiətin tamamlaya bilmədiyi işləri tamamlamışdır deyib. Haydeqqer, texnologiyanın insan inkişafı mərkəzi olduğunu və ən böyük təhlükə meydana gətirdiyini söyləyir.
Gebze Texnologiya İnstitutu
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Harbin Texnologiya İnstitutu
Harbin Texnologiya İnstitutu (çin. 哈尔滨工业大学) — Çin Xalq Respublikasının Harbin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == İnstitutun əsası 1920-ci ildə qoyulmuşdur. == Kitabxanası == İnstitutun zəngin kitabxana fondu var.
Hoşimin Texnologiya Universiteti
Hoşimin Texnologiya Universiteti (vyet. Trường Đại học Bách khoa, Đại học Quốc gia Thành phố Hồ Chí Minh) — Vyetnamın Hoşimin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.
Kaliforniya Texnologiya İnstitutu
Kaliforniya Texnologiya İnstitutu (qısa adı: Kaltek) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə xüsusi diqqət yetirilir. Kaliforniya Texnologiya İnstitutu NASA-nın Cet Propuljon laboratoriyasını idarə edir. İnstitut təxminən 2100 tələbəsi (900 tələbə və 1200 aspirantı) olan kiçik bir ali məktəb olsa da, dünyanın ən yüksək reytinqli ali məktəbləri sırasındadır. == Tarixi == Kaliforniya Texnologiya İnstitutunun əsası peşə məktəbi kimi 1891-ci ildə Pasedenada yerli biznesmen və siyasətçi Amos G.Trup tərəfindən qoyulmuşdur. Məktəb 1921-ci ilə qədər Trup Universiteti, Trup Politexnik İnstitutu və Trup Texnologiya Kolleci kimi tanınmışdır. Cənubi Kaliforniyanın çiçəklənən iqtisadiyyatı və tərəqqisi sayəsində institut 1920-ci ildə özünün yüksək inkişafı dövrünə qədəm qoymuşdur. 1923-cü ildə institutun əməkdaşı R.E.Milikan fizika elmi sahəsində Nobel mükafatı ilə təltif olunmuşdu. 1925-ci ildə isə məktəbdə geologiya kafedrası açılmış, Harvard Universitetinin tarix, hökumət və iqtisadiyyat fakültəsinin sədri Vilyam Munro işə qəbul edilmiş, bəşəriyyət və ictimai elmlər fakültəsi yaradılmışdı. 1926-cı ildə burada aeronavtlar məktəbinin yaradılmışdır.
Kaunas Texnologiya Universiteti
Kaunas Texnologiya Universiteti (lit. Kauno technologijos universitetas) — Litvada universitet; texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Baltik ölkələrində ən böyük texniki universitetdir. == Tarixi == Bu ali təhsil ocağının tarixi 1922-ci ildə Litva Universitetinin yaradılması ilə başlanıb. Litva hökuməti tərəfindən universitetin yaradılması haqqında qərar 1920-ci ildə qəbul edilmişdi. 1930-cu ildə ali məktəb Vytautas Maqnus adlandırılır. Burada riyaziyyat və təbiət elmləri, tibb, texnika, eyni zamanda humanitar elmlər, hüquq tədris olunurdu. 1940-cı ildə hüquq, humanitar elmlər, riyaziyyat və təbiət elmləri fakültələri Vilnüsə köçürülür. Həmin ildən ali məktəb Kaunas Universiteti kimi tanınır. 1943-cü il, 17 mart tarixində bir sıra ali təhsil müəssisələri ilə yanaşı bu ali məktəb də almanlar tərəfindən bağlanır.
Lappeenranta Texnologiya Universiteti
Lappeenranta Texnologiya Universiteti — Finlandiyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Ali Lappeenranta İqtisadiyyat Məktəbi adı ilə 1969-cu ildə fəaliyyətə başlayan ali məktəb 2002-ci ildən universitet statusu alaraq Lappeenranta Texnologiya Universiteti adlandırılıb. Lappeenranta Texnologiya Universiteti özündə biznes və texnologiyaları birləşdirmiş ilk texnologiya universitetidir. Ali məktəb texniki sahə üzrə peşəkar kadrlar yetişdirməklə yanaşı qlobal iqtisadi və ekoloji problemlərin həlli yollarını təklif edir. LTU tələbələrin akademik düşüncəsini inkişaf etdirir və karyera boyunca müvəffəqiyyət üçün peşəkar bacarıqların möhkəm bünövrəsini formalaşdırır. == Tədris prosesi == Lappeenranta Texnologiya Universitetində texnologiya, mühəndislik-iqtisadi və biznes məktəbi fakültələri fəaliyyət göstərir. Ali təhsil ocağının fakültələrinin hər biri magistratura, doktorantura və tələbə mübadiləsi proqramlarını təklif edir. Enerji effektivliyi və energetika texnologiyaları, istehsal və metalların emalı,həmçinin elmi hesablamalar və hadisələrin modelləşdirilməsi texnologiya fakültəsinin əsas istiqamətləridir. Mühəndislik-iqtisadi fakültənin fəaliyyəti innovasiyalar və informasiya texnologiyaları sahəsində biliklərə yönəldilib. Biznes Məktəbi fakültəsində qlobal bazarda müəssisələrin möhkəm rəqabət üstünlüyünün təmin olunması, biznesin müxtəlif formaları üzrə kadrlar hazırlanır.
Massaçusets Texnologiya İnstitutu
Massaçusets Texnologiya İnstitutu (ing. Massachusetts Institute of Technology – MIT) — ABŞ-nin Massaçusets ştatında, Kembric şəhərində yerləşir. Bu ali təhsil ocağına ənənəyə görə institut deyilir, əslində Massaçusets Texnologiya İnstitutu böyük bir universitetdir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitut menecment, iqtisadiyyat, linqvistika, siyasi elmlər, fəlsəfə və s. sahələr üzrə də məşhurdur. Məhz bu elmi-tədqiqat mərkəzində bugünkü kompüter sivilizasiyasının bir çox nailiyyətləri əldə olunub. Hətta bununla bağlı "Massaçusets Texnologiya İnstitutu mədəniyyəti" adlı anlayış da mövcuddur. İnstitutun ən tanınmış bölmələri Linkoln, İnformatika və Süni İntellekt laboratoriyaları, İdarəçilik Məktəbidir. == Tarixi == 1861-ci ildə Massaçusets Birliyi Uilyam Berton Rocersin "Massaçusets Texnologiya İnstitutu və Boston Təbiət Elmləri Cəmiyyəti"nin yaradılması haqqında xartiyasını təsdiqlədi.
Texnologiya
Texnologiya ("sənət haqqında bilik", Yunanca: τέχνη, techne, "sənət, bacarıq, əl hiyləsi"; və -λογία, -logia - bilik, elm ) — malların və ya xidmətlərin istehsalında və ya elmi tədqiqat kimi məqsədlərin həyata keçirilməsində istifadə olunan hər hansı texnika, bacarıq, üsul və proseslərin məcmusudur. Bu nöqteyi-nəzərdən kompüter texnologiyası baxılan sahədə kompüter texnikasının aparat və proqram vasitələrindən istifadə texnologiyası deməkdir. Texnologiyanın ən sadə forması əsas alətlərin işlənib hazırlanması və istifadəsidir. Formalı daş alətlərin tarixdən əvvəlki ixtirası və ardınca yanğını idarə etmək üsullarının kəşfi qida mənbələrini artırdı. Sonrakı Neolit inqilabı bunu genişləndirdi və bir ərazidən əldə edilən ruzi dörd qat artırdı. Təkərin ixtirası insanlara səyahət etmək və ətraf mühiti idarə etməkdə kömək etdi. Tarixi dövrlərdə, o cümlədən mətbəə, telefon və internetdə baş verən inkişaflar ünsiyyət üçün fiziki maneələri azaldıb və insanların qlobal miqyasda sərbəst şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verib. Texnologiyanın çoxlu təsirləri var. Bu, daha qabaqcıl iqtisadiyyatların (o cümlədən, bugünkü qlobal iqtisadiyyatın) inkişafına kömək etdi və asudə vaxt sinfinin yüksəlməsinə imkan verdi. Bir çox texnoloji proseslər çirklənmə kimi tanınan arzuolunmaz əlavə məhsullar əmələ gətirir və təbii ehtiyatları Yerin ətraf mühitinə ziyan vuraraq tükəndirir.
Texnologiya (dəqiqləşdirmə)
Texnologiya
Texnologiya fəlsəfəsi
Texnologiya fəlsəfəsi — texnologiyanın təbiəti və sosial təsirləri ilə əlaqəli olan fəlsəfə sahəsi. Qədim Yunanıstanda meydana gələn texnologiya fəlsəfəsi ən qədim intizamlardan biridir. Bu sahə insanın istehsal sahəsini və bunların nəticələrini sorğulayır. Texnologiyanın insan cəmiyyətinə təsirini Aristotel ilk dəfə ətraflı şəkildə araşdırmışdır. Orta əsrdən sonra Frensis Bekonun bu sahədə gördüyü işlər daha sonra aparılan kəşfləri işıqlandırmışdır. Con Dyui, Martin Haydeqqer, Karl Marks müasir texnologiya fəlsəfəsinə yeni rəylər bildirmişdilər. Ümumiyyətlə texnologiya tənqidlərə məruz qalmışdır. Heraktlit və Demokrit texnologiyanı təbiətin təqlidi kimi təsvir edirlər. Platan texnologiyanı tanrı incəsənətinin imitasiyası olduğunu qeyd etmişdir. Aristotel təbiətin imitasiyasının açıqlamasını qəbul edərək bildirmişdir: "Texnologiya təbiətin bitirə bilmədiyi işləri tamamlaya bilər." Heydeqqer texnologiyanı insan inkişafının mərkəzi kimi qəbul etm, həmçinin onun ən böyük təhlükə yaratdığını qeyd etmişdir.
Yüksək texnologiya
Yüksək texnologiya — qabaqcıl olan, mövcud texnologiyanın ən yüksək forması olan texnologiya. Yüksək texnologiya hesablama texnikası və elektronika daxil olmaqla tətbiqi elm və texnika, geniş anlamda yüksək mürəkkəbliyə malik xüsusi texniki yeniliyə deyilir. O, bazarda ən mürəkkəb və ya ən yeni texnologiya kimi müəyyən edilə bilər. Yüksək texnologiyanın əksi sadə, çox vaxt ənənəvi və ya mexaniki texnologiya mənasını daşıyan aşağı texnologiyadır. Məsələn, loqarifmik xətkeş aşağı texnologiyalı hesablama alətidir. Yüksək texnologiya köhnələndə artıq aşağı texnologiyaya çevrilir. Bundan əlavə, yüksək texnologiya orta texnologiya anlayışı ilə bağlıdır, yəni aşağı texnologiyalı və yüksək texnologiyalı iki əks ekstremal keyfiyyət arasında tarazlıqdır. Orta texnologiya rəqəmsal/avtomatlaşdırılmış texnologiyanın səmərəliliyini və çoxyönlülüyünü aşağı texnologiyanın muxtariyyət və davamlılıq potensialı ilə birləşdirən inklüziv kimi başa düşülə bilər. Yüksək texnologiyalar üzərində işləyən (və ya yeni yüksək texnologiyalar inkişaf etdirən) startaplara bəzən dərin texnologiya deyilir. Termin həm də pozucu yeniliklərə və ya elmi kəşflərə əsaslananlara da aid ola bilər.
Ali Texnologiya Kollecləri
Ali Texnologiya Kollecləri (ərəb. كليّات التقنيّة العليا‎) — Birləşmiş Ərəb Əmirliklərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri Universiteti və Zayed Universiteti ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Ali Texnologiya Kollecləri əsası 1988-ci ildə 2 nömrəli Federal Qanuna əsasən qoyulmuşdur. == Fəaliyyəti == Ali Texnologiya Kollecləri hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir. Ümumilikdə 22.000 nəfərin təhsil aldığı bu kolleclər ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir. Kolleclərin tələbə kontingentinin 10.000 nəfərdən çoxu qızlardan ibarətdir. Ali Texnologiya Kolleclərinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir. Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur.
Monterrey Texnologiya İnstitutu
Monterrey Texnologiya İnstitutu (isp. Instituto Tecnológico y de Estudios Superiores de Monterrey, ITESM) — Meksikanın Monterrey şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutun əsası 6 sentyabr 1943-cü ildə qoyulmuşdur. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Pekin Texnologiya İnstitutu
Pekin Texnologiya İnstitutu (çin. 北京理工大学) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi. İnstitutun əsası 1940-cı ildə qoyulmuşdur. İnstitutun zəngin kitabxana fondu var.
Qəbzə Texnologiya İnstitutu
Gəbzə Texniki Universiteti (türk. Gebze Teknik Üniversitesi) — Türkiyə Respublikasının Kocaeli vilayətinin Gəbzə şəhərində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri. İnstitut 3 iyul 1992-ci ildə Gəbzə Yüksək Texnologiya İnstitutu (GYTE) adı ilə qurulmuşdur. 22 oktyabr 2014 tarixində TBMM tərəfindən qəbul edilən qanuna əsasən Gəbzə Texniki Universiteti olaraq yenidən qurulmasına qərar verilmişdir. Gəbzə Texniki Universiteti fəaliyyətində tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin də prioritet elan edildiyi nüfuzlu ali təhsil ocaqlarından biridir. İnstitut yarandığı dövrdən etibarən türk sənayesinin qlobal rəqabət mühitində önəmli bir mövqe qazanmasında yaxından iştirak edən bir təhsil mərkəzi olmağı qarşısına məqsəd qoyub. 1994-ci ildən etibarən magistratura və doktorantura təhsil pillələri üzrə mütəxəssislər hazırlayan institutda 945 bakalvrla yanaşı 1420 magistr və doktorant təhsilini davam etdirməkdədir. Hələ çox gənc bir institut olmasına baxmayaraq sahib olduğu seçmə akademik heyəti və əhatəli infrastrukturu ilə sürətlə inkişaf edən GYTE, müəllim və tələbə sayı nisbətinə görə də iddialı bir ali məktəbdir. 165 doktorluq elmi dərəcəsinə malik təhsil işçisinin çalışdığı Gəbzə Texniki Universiteti beynəlxalq nəşrlərdə iştirak baxımından dövlət universitetləri arasında ilk sıralarda yer almaqdadır. Güclü akademik heyəti, son texnologiyalarla təchiz edilmiş araşdırma və təhsil laboratoriyaları, icra etdiyi Avropa Birliyi və TÜBİTAK dəstəkli layihələr ali təhsil ocağının müasir standartlar əsasında təşkil edildiyini bir daha sübut edir.
Texnologiya və cəmiyyət
Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olubdur və məhz buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilmişdir. Lakin, hər bir mövzuya fərqli, qeyri-ənənəvi prizmadan baxmağı sevən sosioloqlar texnologiya mövzusuna da fərqli bucaqdan yanaşaraq olduqca maraqlı nüansları kəşf etmişlər. Sosiologiya elmində texnologiya tək bir formada yox, texnologiyanın cəmiyyətlə əlaqəsi kimi tədqiq olunur. Demək olar bütün sahələrdə olduğu kimi bu sahədə də fikir ayrılığı mövcuddur; technological determinism və social determinism.[mənbə göstərin] Sosioloqları maraqlandıran əsas sual odur ki, hansı amil hansına daha çox təsir edərək onun formalaşmasında rol oynayır. Yəni ki, texnologiya cəmiyyəti formalaşdırır, yoxsa cəmiyyətin ehtiyacları və istəyi texnoloji sənayenin gedişatını müəyyənləşdirir? Bu sualdan da aydın göründüyü kimi sosiologiya sahəsində bu mövzuya dair iki təzadlı perspektiv var. Bir qrup (technological determinism cərəyanı) iddia edir ki, texnoloji inkişaf cəmiyyəti formalaşdırır və onun inkişaf istiqamətlərini müəyyən edir. Digər qrupa görə isə (social determinism) cəmiyyətin istəkləri texnologiya sənayesinin vəziyyətini müəyyən edir, yəni ki, texnoloji sənaye sırf cəmiyyətin ehtiyaclarına görə çalışır. Dünya tarixində bu günə kimi bir çox dönüş nöqtələri olub, və bu dönüş nöqtələrindən biri plan Sənaye İnqilabı məhz texnoloji innovasiyaların sahəsində gerçəkləşib. 18-ci əsrdə baş verən Sənaye İnqilabı ilk öncə qərbi Avropa, daha sonra isə Amerika və bütün dünyanın mənzərəsini köklü şəkildə dəyişdi.
İzmir Texnologiya İnstitutu
İzmir Yüksək Texnologiya İnstitutu (türk. İzmir Yüksek Teknoloji Enstitüsü və ya İYTE) — Türkiyədə universitet; texniki sahə üzrə yüksək səviyyədə təhsil və tədqiqat fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan müasir ali təhsil ocağıdır. İnstitut 1992-ci ildə Türkiyənin İzmir şəhərində qurulub. Bu gün dünyada ən inkişaf etmiş texniki universitet modeli olan yüksək texnologiya institutlarının Türkiyədəki iki nümunəsindən biridir. Ali məktəbin fakültə və bölmələri, 1994-cü ildə əvvəlcə magistr proqramların açılması ilə fəaliyyətə başlayıb, 1998-ci ildə də isə bakalavr proqramları üzrə tələbə qəbuluna başlanılıb. İzmir Yüksək Texnologiya İnstitutu, qurulduğu gündən 1999-cu ilə qədər İzmir şəhərinin mərkəzində faəliyyət göstərib, 1999-cu ildən etibarən tədricən Urla-Gülbahçedəki şəhərciyə köçürülüb. Təxminən 3500 hektar sahəyə malik olan institutun 132.000 qədər m²-ə yaxın qapalı sahəsində tədris və elmi-tədqiqat işləri uğurla həyata keçirilir. Ali məktəbdə 10 bakalavriatura, 25 magistratura və 12 doktorluq proqramı üzrə kadr hazırlığı həyata keçirilir. Bütün proqramlar üzrə təqribən 1600 nəfəri bakalavr olmaqla 2200 tələbə təhsil alır. İnstitutda tədris ingilis dilindədir.
Şərif Texnologiya Universiteti
Şərif Texnologiya Universiteti (fars. دانشگاه صنعتی شریف‎) — İranın ən nüfuzlu texnoloji ali təhsil müəssisələrindən biri.
Sinqapur Texnologiya İnstitutu
Sinqapur Texnologiya İnstitutu (STİ) — Sinqapurda ictimai muxtar universitet. Universitet təlim proqramlarını, öz dərəcə proqramlarını, eləcə də xarici universitetlərlə ixtisaslaşdırılmış dərəcə proqramlarını təklif edir. 2005-ci ildə Sinqapur Təhsil Nazirliyi "Politexnik Xarici İxtisas Müəssisələri" təşəbbüsünü irəli sürdü. Onun məqsədi Sinqapurun iqtisadi inkişafını dəstəkləyən niş sahələrdə dərəcə proqramları təklif etmək üçün xarici universitetlərlə əməkdaşlıq etməyə təşviq etmək idi. Hökumət Sinqapura xaricdən universitet tərəfdaşlarını cəlb edən institutun yaradılmasını dəstəklədi. 2009-cu ildə universitet STİ-nin o vaxtkı prezidenti Tan Çin Tionq tərəfindən təsis edilmişdir. O, əvvəllər Sinqapur İdarəetmə Universitetinin sədr müavini olmuşdur. 2014-cü ildə Sinqapur Parlamenti universitetə ​​muxtariyyət statusu və öz dərəcələrini icazə verən qanun layihəsi qəbul etdi. SİT öz imkanlarını inkişaf etdirmək və SİT adından yeni tətbiq olunan dərəcələr təklif etmək üçün xarici universitetlərlə əməkdaşlıq edəcək. Universitetdən həmçinin Sinqapurun iqtisadiyyatında və cəmiyyətində baş verən hadisələrə uyğun olaraq öz proqramlarını daim yeniləmək tələb olunur.
Baş texnologiya direktoru
Baş texnologiya direktoru (ing. chief technology officer), qısaca CTO — informasiya texnologiyalarından cavabdeh olan rəhbər.
Kral Texnologiya Universiteti
KTH Kral Texnologiya İnstitutu (KTH) (isv. Kungliga Tekniska högskolan) — İsveçin ən böyük və ən qədim texniki universitetidir. 1827-ci ildə yaradılmışdır və Avropanın ən nüfuzlu texniki universitetlərindən biri hesab olunur. KTH mühəndislik, texnologiya, təbiət elmləri və memarlıq sahələrində təhsil və tədqiqat imkanları təklif edir. == Tarixi == KTH 1827-ci ildə Teknologiska Institutet (Texnologiya İnstitutu) adı ilə yaradılmışdır. 1877-ci ildə adı Kungliga Tekniska högskolan (Kral Texnologiya İnstitutu) olaraq dəyişdirilmişdir. 1915-ci ildə KTH Stokholm şəhərinin mərkəzindəki indiki yerinə köçürülmüşdür. == Təhsil == KTH bakalavr, magistr və doktorantura səviyyələrində təhsil proqramları təklif edir. Universitet mühəndislik, texnologiya, təbiət elmləri və memarlıq sahələrində geniş çeşiddə ixtisaslaşma imkanları təqdim edir. KTH-da təhsil ingilis dilində aparılır.
Moskva Texnologiya Universiteti
M.V.Lomonosov adına Moskva Dövlət Kimya Texnologiyaları Universiteti — kimya texnologiyası sahəsində geniş ixtisaslar üzrə kadr hazırlığı həyata keçirən universitet. Universitetdə bakalavriat, magistratura və doktorantura proqramları fəaliyyət göstərir. == Tarixi == Universitetin tarixi və ali təhsil müəssisəsi kimi davam edən fəaliyyəti 1900-cü il iyulun 1-dən başlayır və bir neçə mərhələni əhatə edir. 1940-cı il mayın 7-də elmi nailiyyətlərə və kimyaçı kadrların hazırlanmasında böyük uğurlarına görə instituta görkəmli rus alimi Mixail Lomonosovun adı verilmişdir. 1971-ci il fevralın 11-də institut xalq təsərrüfatı üçün mütəxəssislərin hazırlanmasında və elmi tədqiqatların inkişafında xidmətlərinə görə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. 2011-ci ildə institut universitet statusu alıb. 29 may 2015-ci ildə Rusiya Təhsil və Elm Nazirliyinin əmri ilə Moskva Texnologiya Universitetinin yaradılması ilə MIREA-ya qoşularaq universitetin yenidən təşkili prosesi başladı. == Akademik strukturu == Tədqiqat və tədris proqramlarını 400-dən çox professor, 158 alim, 120-dən çox elmlər doktoru aparır. === Fakültələri və İnstitutları === * Humanitar elmlər fakültəsi İdarəetmə, İqtisadiyyat və Ekologiya fakültəsi Təbiət Elmləri fakültəsi Mühəndislik fakültəsi Nadir elementlərin və elektron materialların kimyası və texnologiyası fakültəsi Biotexnologiya və üzvi sintez fakültəsi Fizika, Kimya və Polimer emalı texnologiyası fakültəsi Əlavə Təhsil fakültəsi Polimer texnologiyaları və materialları İnstitutu Dövlət Kimya, Mikrobiologiya və Tibb Sənayesi İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Distant Təhsil İnstitutu === Bakalavr proqramları === Kimya Kimyəvi texnologiya Biotexnologiya Material Elmləri və Materialların Texnologiyası Standartlaşdırma və Sertifikatlaşdırma Texnosfer təhlükəsizliyi Tətbiqi informatika Tətbiqi riyaziyyat İdarəetmə === Magistr proqramları === ==== Kimya: ==== Qeyri-üzvi kimya Analitik kimya Üzvi kimya Fiziki kimya Kolloid kimya Kimyəvi və fermentativ kataliz Dərman kimyası Makromolekulyar birləşmələrin kimyası ==== Kimyəvi texnologiya: ==== Əsas üzvi və neft-kimya sintezi məhsullarının kimyası və texnologiyası Üzvi element birləşmələrinin kimyası və texnologiyası Təbii enerji daşıyıcılarının və karbon materiallarının kimyəvi texnologiyası Yüksək molekulyar ağırlıqlı birləşmələrin kimyəvi texnologiyası Plastik və kompozit materialların emalı üçün kimyəvi texnologiya Polimer materialların və PCM istehsalı və emalı texnologiyasında heterofaz sistemlərdə strukturun formalaşması. Elastomer emal texnologiyası Elastomer materiallar əsasında məhsulların texnologiyası və dizaynı Üzvi fotohəssas materialların nanotexnologiyası Kimya texnologiyasının prosesləri və aparatları Kimya texnologiyası və biotexnologiyada informasiya sistemləri Kimya texnologiyasının nəzəri əsasları Bioloji aktiv maddələrin kimyası və texnologiyası Üzvi maddələrin yüksək texnoloji texnologiyalarının fiziki-kimyəvi əsasları Katalizatorların və katalitik proseslərin kimyası və texnologiyası Sənaye katalizinin kimyası və texnologiyası ==== Biotexnologiya: ==== Molekulyar və hüceyrə biotexnologiyası Biofarmasevtika Texnologiyası Əczaçılıq mühəndisliyi ==== Materialşünaslıq və texnologiya: ==== Materialşünaslıq və nanomaterialların və örtüklərin texnologiyası Materialşünaslıq, qeyri-üzvi toz və kompozit materialların istehsalı və emalı prosesləri Nəzəri və tətbiqi polimer materialşünaslığı Yeni materialların və proseslərin fiziki-kimyəvi tədqiqi Fiziki materialşünaslıq və elektron materialların texnologiyası ==== Texnosfer təhlükəsizliyi: ==== Yüksək antropogen yüklü ərazilərin monitorinqi Standartlaşdırma və sertifikatlaşdırma Ümumi Keyfiyyət, İdarəetmə == Reytinqləri == 2012-ci ildə MITHT ümumi reytinqdə 35-ci yeri tutaraq (Rusiya Federasiyası Təhsil Nazirliyinin monitorinqinə əsasən) effektiv universitet kimi tanındı.
E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr
Elm və Texnologiya üzrə Alman İnstitutu
Elm və Texnologiya üzrə Alman İnstitutu (ing. German Institute of Science and Technology – GIST) — Münhen Texniki Universitetinin Sinqapur filialı == Tarixi == İnstitut Sinqapur Milli Universiteti və Nanyanq Texnoloji Universiteti ilə Münhen Texniki Universitetinin əməkdaşlığı çərçivəsində 2002-ci ildə fəaliyyətə başlamışdır.
Elm və texnologiya tarixi
Elm və texnologiya tarixi - Təbii aləmi necə başa düşməyi tədqiq edən sahə (elm) və bunu necə manipulyasiya etmək bacarığı (texnologiya) əsrlər boyu dəyişmişdir. Bu akademik nizam intizam elmi innovasiyaların mədəni, iqtisadi və siyasi təsirləri tədqiq edir. == Elm və Texnologiya tarixini tədqiq edən Universitetlər == === Argentina === Buenos Ayres Texnologiya Institutu, Argentina, Elm və Texnologiyanın tarixi haqqında kurslar təklif edir. Milli Texnoloji İnstitutu, karyera təklif edən proqramları var. === Avstraliya === Sidney Universiteti tələbələr və aspirantlar üçün Təbiət elmləri fakültəsində tarix və fəlsəfə elmləri bölməsi tərəfindən aparılan tarix və fəlsəfə elmləri üzrə proqramlar təklif edir. === Belçika === Lyej Universitetində elm və texnikanın tarixi mərkəzi adlı kafedra var. === Kanada === Ottavada Karlton Universiteti "texnologiya, cəmiyyət və ətraf mühit" proqramı üzrə qədim elm və texnologiyanın kurslarını təklif edir. Toronto Universitetinin Elm və Texnologiyanın tarixi və fəlsəfəsi üzrə proqramı var. Nova Skotiyada, Halifaksda Kral Kollecinin Universitetində elm və texnologiyanın tarixi proqramı var. === Fransa === Nant Universitetinin fransız riyaziyyatçı François Vyetenin (1540-1603) adını daşıyan Centre François Viète adlı bölməsi var.
Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (İran)
İran Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (Farsca: وزارت علوم، تحقیقات و فناوری Ro: Vezārat-e Ulum, Tahqiqat va fannavari) — İran hökumətinin bir nazirliyidir. Nazirliyin rəhbəri İran Hökumət Kabinetinin üzvü olur. Hazırkı Xarici İşlər Naziri, Prezident tərəfindən namizəd göstərildikdən sonra Məclis tərəfindən təsdiqlənən Mənsur Qulamidir. Əsas binası Tehranın Qüds rayonunda yerləşir.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun bazasında yaradılmışdır.
Honkonq Elm və Texnologiya Universiteti
Honkonq Elm və Texnologiya Universiteti (çin. 香港科技大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1980-ci ilin sonlarında Honkonqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honkonqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. Beləliklə, 1991-ci ilin oktyabrında Honkonq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur.
Honq Konq Elm və Texnologiya Universiteti
Honkonq Elm və Texnologiya Universiteti (çin. 香港科技大學) — Çin Xalq Respublikasının xüsusi statuslu Honkonq bölgəsinin Yeni Sahə adlanan ərazisində, Say Kunq rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1980-ci ilin sonlarında Honkonqda iqtisadiyyat yönümlü ali təhsil müəssisəsinə böyük ehtiyac duyulurdu. Bu məqsədlə Honkonqun qubernatoru Edvard Youde və ser Non Tze-Yun Çunq burada yeni ali məktəb açmaq qərarına gəlirlər. 1986-cı ildən universitetin yaradılması işlərinə başlanılır. Tikinti Böyük Britaniyanın keçmiş qarnizonu olmuş Kohima düşərgəsində Təmiz Su Körfəzi yarımadasında həyata keçirilir. 1986-cı ildə planın reallaşmasının ən qızğın vaxtında Edvard Youde vəfat edir. Universitetin 1994-cü ildə açılması nəzərdə tutulsa da, bu ali təhsil müəssisəsi 1991-ci ildə fəaliyyətə başlayır. Beləliklə, 1991-ci ilin oktyabrında Honkonq Elm və Texnologiya Universitetinin rəsmi açılışı baş tutur. Yeni yaradılmış universitetin əsas uğuru buraya yüksək səviyyədə ixtisaslaşmış alimlərin cəlb olunması ilə bağlı olur.
Kitab çapı texnologiyası
Kitab çapı texnologiyası 1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti
Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub. "Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir. Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb. == Kitabxana == Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır.
Maliyyə texnologiyası
Maliyyə texnologiyası (qısaldılmış ing. fintech və ya ing. FinTech, azərb. fintex‎ və ya azərb. FinTex‎) maliyyə xidmətlərinin göstərilməsində ənənəvi maliyyə metodları ilə rəqabət aparmağı hədəfləyən texnologiya və innovasiyadır. Süni intellekt, Blokçeyn, Bulud texnologiyası və Böyük verilənlər FinTex-in “ABCD” (dörd əsas sahə)-si qəbul edilir. Fintech sektoru maliyyə əməliyyatlarını təkmilləşdirmək üçün texnologiyadan istifadə edən inkişaf etməkdə olan bir sektordur. Mobil bankçılıq, investisiya, borc xidmətləri və kriptovalyuta üçün smartfonların istifadəsi, maliyyə xidmətlərinin geniş ictimaiyyət üçün daha əlçatan olmasını hədəfləyən FinTex həlləridir. Maliyyə texnologiyaları şirkətləri həm startap, həm də mövcud maliyyə institutları və maliyyə şirkətləri tərəfindən təqdim olunan maliyyə xidmətlərinin istifadəsini dəyişdirməyə və ya təkmilləşdirməyə çalışan texnologiya şirkətlərindən ibarətdir. Sığorta sənayesinə yönəlmiş fintech şirkətlərinin bir hissəsi birlikdə insurtech və ya insuretech şirkətləri kimi tanınır.
Maşınqayırma texnologiyası
Maşınqayırmanın əsas sahəsi maşınqayırma texnologiyası (texnologiya – yunanca τεχνη (technē) yəni sənət, λόγος (lógos) yəni elm sözlərindən ibarət olub, sənət, texnika haqqında elm deməkdir) sayılır. Bu texnoloji proses verilən hissənin pəstahdan hazır hala keçməsini əhatə edən emal ardıcıllığından ibarət olub, təkcə maşınların yox, həm də sənayenin başqa sahələrində tətbiq olunan texniki vasitələrin (məs. alətlərin) hazırlanmasında geniş tətbiq olunur. İlk dəfə olaraq texnologiya termini alman alimi Yohan Bekman tərəfindən tətbiq olunaraq 1777- ci ildə çap olunmuş "Texnologiyaya giriş" əsərində ona tərif verilmişdir. O texnologiya ilə " işləri, onların ardıcıllığını və əsasını tam, nizamla və aydın izah edən" yeni bir elmi istiqamətin başlanğıcını qoymuşdur. Maşınqayırma texnologiyası XX əsrdə daha da inkişaf etdirilərək elmi və nəzəri əsasları olan mühüm bir mühəndislik elminə çevrilmişdir.Bu gün maşınqayırma istehsal sənayesinin bütün sahələrində praktiki olaraq iştirak edir. Əsasən maşınlar, onların məqsədinə uyğun olaraq texniki məhsulların, avtomobillərin, elektrik cihazlarının, alətlərin istehsalında geniş tətbiq olunur. Ərzaq mallarının istehsalı, əzcazlıq sənayesi və tibbi texnikada da maşınlarsız keçinmək mümkün deyil. Maşınqayırma çox vaxt müxtəlif texnoloji sahələri inteqrasiya edərək, fundamental tədqiqatlar əsasında bazar üçün yetişmiş məhsullar meydana çıxarır. ==== Mənbə ==== 1.
Mobil bulud texnologiyaları
Dünyada mobil qurğuların (notbuk, planşet, smartfonların və s.) istifadəsinin sürətlə artması və onların uyğun telekommunikasiya texnologiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet üzərindən hesablama buludlarına qoşulması, yeni texnologiyanın – mobil bulud (ing. Mobile Cloud Computing) texnologiyasının yaradılmasına təkan verir. MHB-də məlumatların emalı və yadda saxlanılması mobil qurğulardan kənarda həyata keçirilir. MHB-də mobil qurğular baza stansiyalarının (GPS, 3G, 4G, Wi-Fi və s.) köməyi ilə internet şəbəkəsi üzərindən hesablama buludları sisteminə qoşulur və ona lazım olan servislərdən istifadə edirlər. Hal-hazırda istifadəçilər bulud servislərin üç növündən (IaaS, PaaS və SaaS) geniş istifadə edirlər. IaaS (ing. Infrastructure as a Service - infrastruktur xidmət kimi) xidməti istifadəçilərə bulud sistemlərinin hesablama və yaddaş resurslarından (məsələn, ing. Amazon Elastic Cloud Computing - EC2 və Amazon S3 - Simple Storage Service) istifadə etməyə imkan verir.Hal-hazırda mobil bulud provayderlərinin xidmətindən istifadə etməklə dünyada milyonlarla mobil istifadəçi mobil proqram əlavələrindən (mobil kommersiya, mobil təhsil, mobil sağlamlıq, mobil oyunlar və s. sahələr üzrə) geniş istifadə edir. Mobil ticarət: mobil qurğulardan istifadə etməklə ticarət işlərini həyata keçirməkdir.
Moskva Aviasiya Texnologiya İnstitutu
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır. Hal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir. Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.

Digər lüğətlərdə