TEZDƏN

zərf
1. Alaqaranlıqdan, hava açılmamışdan, sübh erkəndən. Tezdən tarlaya getmək.
– …Məmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çıxdı, bir həyəti dolandı. C.Məmmədquluzadə.
[Züleyxa] tezdən qulluqçusunu ayağa qaldırdı. S.Rəhimov.

2. Vaxtından əvvəl, qabaq, tez.
Gülsənəm arvad tezdən yatmadığına sevinirdi. M.Hüseyn.

Синонимы

  • TEZDƏN erkən — sübhdən — obaşdan
  • TEZDƏN TEZDƏN, ERKƏN Kənddə səhər erkən oyanmağa adət etmiş Çiçək, Neft Daşlarında da tezdən durdu (Ə.Qasımov); ERTƏ(DƏN) Sübh ertə oyanardı qarı; Durğuzar i

Антонимы

  • TEZDƏN TEZDƏN – GEC Arabaçıların biri ilə danışıb səhər tezdən yola çıxdı (Mir Cəlal); Gec tərpəndi (A.Şaiq)
TEZCƏ
TEZDƏYƏN

Значение слова в других словарях