Thron

der; -(e)s, -e taxt, taxt-tac; den ~ besteigen taxta çıxmaq, cülus etmək
Thrombus
Thronbesteigung
OBASTAN VİKİ
Game of Thrones
"Taxt-tac oyunları" (ing. Game of Thrones) — Devid Benioff və D. B. Vayssın "HBO" üçün istehsal etdiyi Amerika istehsalı fentezi və dram janrlı teleserialı. Serial Corc R. R. Martinin "Buzla alovun nəğməsi" adlı fantastik roman janrındakı kitablara əsaslanır, onlar içərisində ən birincisi "Taxt-tac oyunları"dır. Serial ilk dəfə 17 aprel 2011-ci ildə ABŞ-da "HBO" teleşəbəkəsində nümayiş olundu və 19 may 2019-cu ildə səkkiz mövsüm ərzində yayımlanan 73 seriyadan sonra başa çatdı. Hadisələri Vesteros və Essos uydurma qitələrində baş verən "Taxt-tac oyunları" böyük ansambl aktyor heyətinə malikdir və serial boyu bir neçə hekayə tağını əhatə edir. Birinci əsas tağ Vesterosun Yeddi Krallığının Dəmir Taxtı barədədir; bu hissədə taxt-taca iddia etmək üçün səy göstərən və ya taxtda oturanların kimliyindən asılı olmayaraq müstəqillik uğrunda mübarizə aparan zadəgan ailələri arasında siyasi münaqişələrdən bəhs olunur. İkinci böyük tağ Essosa sürgün edilmiş və taxt-tacı geri qaytarmağa planlayan krallığın devrilmiş hakim sülaləsinin sonuncu üzvü barədədir Üçüncüsü Vesterosun şimal sərhədinin o tərəfindən gələn təhlükələrə qarşı krallığı qoruyan Gecə Gözətçisi hərbi ordeni ehtiva edir. "Taxt-tac oyunları" HBO-da rekord sayda izləyici topladı və geniş, aktiv və beynəlxalq fanat bazasına malikdir. Bir çox tənqidçilər və nəşrlər serialı bütün zamanların ən böyük televiziya seriallarından biri adlandırmışdılar. Tənqidçilər serialı aktyorluq keyfiyyəti, mürəkkəb personajlar, süjet, miqyas və istehsalat dəyərlərinə görə təriflər yağdırırdılar, buna baxmayaraq, serialda çılpaqlıq və zorakılığın (cinsi zorakılıq da daxil olmaqla) nümayişi mübahisələrə səbəb olmuşdur.
Prince of Persia: The Two Thrones
Prince of Persia: The Two Thrones — Ubisoft şirkətinin yaratdığı Prince of Persia trilogiyasının üçüncü oyunudur. Trilogiyadakı ilk iki oyun — Sands of Time və Warrior Within oyunlarıdır. İlk Prince of Persia oyunu 1989-cu ildə Cordan Mexner tərəfindən yaradılmışdır. İlk oyundan sonra çıxan POP2 və POP3D oyunlarından sonra "Ubisoft" şirkəti Prince of Persia oyununun müəllif hüquqlarını alaraq onu inkişaf etdirmişdir. Ubisoftun yaratdığı POP oyunlarında Mexner məsləhətçi olaraq vəzifə almışdır. 2007-ci ildən etibarən PlayStation Portable və Wii platformaları üçün "Prince of Persia: Rival Swords" adı ilə satışa çıxarılmışdır. Warrior Withinin sonunda zaman qumlarının yaradıldığı adadan Kaylinanı özü ilə götürüb ayrılan şahzadə ölümcül bir səhvə yol verir. Şahzadə Kalienanı öz zamanına gətirərək zaman qumlarının qum saatında yaranmasına mane olmuş olur və bütün tarix dəyişir. Bir zamanlar öz kralına xəyanət edən və zaman xəncərinə sahib olmaq istəyən vəziri şahzadə heç bir zaman öldürməmişdir. Şahzadə və atası kral Şaramanın ordusu ilə Hindistanı heç bir zaman işğal etməmişlər.
A Game of Thrones
"Taxt oyunları" — amerikalı yazıçı Corc Martinin fantastik romanlar seriası olan "Buzla alovun nəğməsi"nin ilk romanıdır. İlk dəfə 6 avqust 1996-cı ildə nəşr edilmişdir. Roman 1997-ci ildə Lokus Mükafatını qazandı və həmçinin həm 1997 Nebula Mükafatına, həm də 1997 Dünya Fantaziya Mükafatına namizəd oldu. Romanın Daenerys Targaryen fəsillərindən ibarət "Əjdahanın qanı" romanı 1997-ci ildə Ən Yaxşı Roman nominasiyasında Hüqo Mükafatını qazanıb. 2011-ci ilin yanvarında roman New York Times Bestseller siyahısına daxil oldu, 2011-ci ilin iyulunda isə siyahıda 1-ci oldu Romanda hadisələri müxtəlif nöqteyi-nəzərdən danışan Martin Westeros, Divar və Tarqaryenlərin zadəgan evlərinin süjet xəttini təqdim edir. Roman müxtəlif oyunlar da daxil olmaqla bir neçə spin-off əsərinə ilham verib. Roman həmçinin 2011-ci ilin aprelində premyerası olan HBO-nun teleserialı Taxt-tac oyunları"nın ilk mövsümünün adı və əsasıdır. 2013-cü ilin martında "Taxt oyunları" adlı kağız üzlü cildsiz televiziya tie-in yenidən nəşri dərc olunub. "Taxt Oyunları" ("A Game of Thrones") Corc Martin tərəfindən yazılmış “Buzla alovun nəğməsi” ("A Song of Ice and Fire") roman seriyasının ilk kitabıdır. Bu kitab 1996-cı ildə nəşr olunmuş və dərhal fantastika dünyasında böyük uğur qazanmışdır.