TİFLİ-HƏRƏM

Kəbənin başına dolanma.
TƏZİYƏLİ
TİLAVƏT
OBASTAN VİKİ
Hərəm
Hərəm (Osmanlı Türkcəsi: الحريم من أنا همايون, Hərəm-i Hümayun) — lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi. Hərəm həyatı Osmanlı sarayında quruluşdan etibarən mövcud olmaqla, Fateh Sultan Mehmed səltənətində təşkilat halını almış və dövlətin ümumi strategiyasına uyğun olaraq devşirmə sistemi vasitəsilə genişləmişdir. Burada, ən aşağı təbəqə olan cariyəlikdən (kənizlikdən) son mərtəbə olan ustalığa (hasəki və validə sultan istisna olmaqla) yüksəlmə bir çox baxımdan Əndərun təşkilatındakı yüksəlmə sisteminə bənzəməkdədir. Osmanlı saray təşkilatındakı Hərəm-i Hümayun ifadəsi də özündə həm hərəmxana, həm də Əndərun bölümünü birləşdirir. Əndərun bölümü padşahın, sarayın və dövlətin müxtəlif xidmətlərində çalışacaq kişilərin, hərəm isə qadınların yetişdirilməsi üçün nəzərdə tutulan bir təhsil qurumu idi. İstanbulun fəthindən öncəki Ədirnə sarayının hərəmiylə bağlı heç bir məlumat yoxdur. Fəthdən dərhal sonra bu gün İstanbul Universitetinin yerində inşa edilən köhnə sarayın hərəmi haqqında isə məlumat olduqca azdır.
Hərəm (serial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm (teleserial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Hərəm ağası
Qızlar ağası, Hərəm ağası, və ya Darüssaade ağası — Osmanlı dövlətində hərəmxanada olan ən yüksək vəzifə sahibinə verilən addır. Qızlar ağası sultan və sədrəzəmdən sonra Osmanlı dövləti sarayında 3-cü ən yüksək vəzifə. Sarayın, cinsi funksiyası yox edilmiş (xədim edilmiş) qara irqdən olan kişi qulları arasından seçilirdi. Padşahın hüzuruna lazım olduğu zaman çəkinmədən çıxa bilmə səlahiyyətinə malik idi. Qızlar ağası padşahın hüzurunda samur bir kürk geyinirdi. Sarayın təhlükəsizliyini təmin edən Odunçuların komandanlığını edərdi. Padşahla sədrəzəm arasında və padşahla Validə Sultan arasında əlaqəni təmin edərdi. Hərəmxanaya yeni qul qadınların alınması, hərəmxanadakı nikah, sünnət toyu və digər mərasimlərinin keçirilməsi həmişə Qızlar ağasının məsuliyyəti altında idi. Hərəmxanada böyük bir günah işləyən qul qadınların bir kisə içinə salınaraq Topqapı Sarayının dərhal önündə olan körfəzin sularına atılaraq boğdurulması vəzifəsini də Qızlar ağası icra edərdi. Əvvəllər Qızlar ağasının mövqeyi ağ irqdən bir qul olan Qapı ağasından daha aşağı idi.
Hərəm (teleserial, 2012)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.