tizfəhmlik 2021
toboqqan
OBASTAN VİKİ
Tobi Maquayr
Tobias Vinsent Maquayr (ing. Tobias Vincent Maguire, 27 iyun 1975) — ABŞ aktyoru və kino prodüseri. Sem Reyminin Hörümçək-adam filmlərindəki (2002–2007) rolu ilə məşhurlaşıb, 2021-ci ildə nümayiş olunan Hörümçək-adam: Evə yol yoxdur filmində rolunu yenidən canlandırıb. == Həyatı və ailəsi == Tobias Vinsent Maquayr 27 iyun 1975-ci ildə Kaliforniyanın Santa Monika şəhərində Vendi Braun və Vinsent Maquayrın ailəsində dünyaya gəlib. Onun iki yaşı olarkən valideynləri ayrılıb, Maquayr uşaqlığının çox hissəsini digər ailə üzvləri ilə yaşamalı olub. Maquayr uşaq olarkən aşpaz olmaq fikrində idi, anası 100 dollar verib onu drama təhsili almağına razı salmışdı. Oxuduğu məktəbin mühiti ona pis təsir etmişdi, təhsilini yarıda qoyaraq aktyorluq karyerasına davam etməli oldu. Hollivud ulduzu Tobey Maguire kinoda debütunu “Bu oğlanın həyatı” dramatik filmi ilə edib. Bu filmdə onun tərəf müqabilləri məşhur aktyorlar Robert de Niro və Ellen Barkin olub. Sonralar bir-birindən maraqlı rolları ilə kino-aləmində tanınan Maquayr "Hörümçək-adam" filmindəki ifasına görə dəfələrlə mükafatlara, nominasiyalara və qran-prilərə layiq görülüb.
Tobi adası
Tobi adası (Hoteoxobey) (ing. Tobi) — Palau adalarının tərkibinə daxil olan ada Sakit okeanın qərbində yerləşir. Helen və Tranzit rifləri ilə birlikdə Xatoxobey ştatını əmələ gətirir. Adanın sahəsi 60 ha-dır. Burada 30 nəfər (2005) yaşayır ki, onunda böyük hissəsi adanın qərbində yaşayır. Yeganə yaşayış məntəqəsi Xatoxobey kəndidir. Maksimal hündürlüyü 3 m, uzunluğu 1,6 km, eni 0,8 km-dir.
Triin Tobi
Triin Tobi (3 iyun 1995 Tartu, Estoniya) — Estoniyalı dağ-xizək idmançısı. Triin Tobi Estoniyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Triin Tobi birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Tobi 3:09.17 saniyəlik nəticəsi ilə 90 atlet arasında 61-ci yeri tutdu.
Qeri Bekker
Hari Bekker (ing. Gary Stanley Becker; 2 dekabr 1930[…], Pottsvill[d], Pensilvaniya[…] – 3 may 2014[…], Çikaqo) — amerikalı sosioloq və iqtisadçı. 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Hari Bekker 2 dekabr 1930-cu ildə Pensilvaniya ştatında anadan olub. 1951-ci ildə Prinston Universitetində magistr və 1955-ci ildə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1957–1968-ci illərdə Kolumbiya Universitetində mühazirə dedikdən sonra, Çikaqo Universitetinə qayıdır. 1967-ci ildə Con Beyts Klark medalı, 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 2007-ci ildə ABŞ Prezidentinin Azadlıq medalına layiq görülmüşdür. Hari Bekker irqçilik, cinayət, ailə quruluşu, narkotik aslılığı kimi ənənəvi sosioloji mövzularda tədqiqatlar aparan ilk iqtisadçılardan biridir. == Əsərləri == Gary S. Becker (1957, 1971, 2nd ed.). The Economics of Discrimination.
Qeri Bouls
Qeri Rey Bouls (ing. Gary Ray Bowles; 25 yanvar 1962, Klifton Forc[d], Virciniya – 22 avqust 2019, Florida Dövlət Həbsxanası[d], Florida) — 1994-cü ildə 6 nəfərin qətlinə görə 2019-cu ildə edam edilmiş amerikalı seriyalı qatil. Qurbanlarının əksəriyyəti ştatlararası 95 magistral yolunun yaxınlığında yaşadığı üçün onu bəzən "I-95 qatil" adlandırırdılar. == Uşaqlıq və gənclik illəri == Bouls Virciniya ştatının Klifton-Forc şəhərində anadan olub və Qərbi Virciniya ştatının Rupert şəhərində böyüyüb. Kömür mədənində işləyən atası Frenk altı ay əvvəl mədənçi pnevmokoniozu xəstəliyindən dünyasını dəyişib və anası Frensis bir neçə dəfə yenidən evlənib. Bouls anasını və böyük qardaşını təhqir edən alkoqol aludəçisi olan ikinci ögey atası tərəfindən təcavüzə uğrayıb.Zorakılıq on üç yaşına kimi davam edib, Bouls ögey atasına müqavimət göstərib və onu ağır yaralayıb. O, anasının nikahda qalmaq qərarından qəzəblənərək bir müddət sonra evdən ayrılıb. Bouls növbəti bir neçə il ərzində evsiz qalıb və kişi fahişəliyi ilə pul qazanıb. == Həbs dövrü == Bouls 1982-ci ildə sevgilisini döydüyünə və təcavüz etdiyinə görə həbs olunub və altı il həbs cəzasına məhkum edilib. O, 1991-ci ildə həbsdən çıxdıqdan sonra yaşlı bir qadının pul kisəsini oğurlayaraq silahsız qarət etməkdə ittiham edilib və bu cinayətə görə daha dörd il həbs cəzasına məhkum edilib.
Qeri Conson
Qeri Erl Conson (ing. Gary Earl Johnson, d. 1 yanvar 1953-cü il — ABŞ siyasətçisi, ABŞ Respublikaçılar Partiyasından Nyu-Meksiko ştatının keçmiş qubernatoru (1995—2003). == Həyatı == 30 may 2016-cı ildə ABŞ Libertarian Partiyasından 2016-cı il ABŞ prezident seçkilərinə namizəd irəli sürülüb.
Qeri Haberl
Qari Haberl (4 iyul 1965 — 18 noyabr 2019) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Qari Haberl Avstraliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci pillənin sahibi olub.
Qeri Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond[d], Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Qeri Koul
Qeri Koul (ing. Gary Cole) — ABŞ aktyorudur. Bir sıra seriallarda və filmlərdə çıxış etmişdir.
Qeri Koulman
Qeri Ueyn Koulman (Gary Wayne Coleman, 8 fevral 1968, Zion, İllinoys — 28 may 2010, Provo, Yuta) — Amerikalı aktyor.
Qeri Kuper
Qeri Kuper (ing. Gary Cooper; 7 may 1901[…], Helena – 13 may 1961[…], Beverli-Hillz, Kaliforniya) — Amerika aktyoru. == Həyatı == Qeri Kuper 7 may 1901-ci ildə doğulub. 13 may 1961-ci ildə vəfat edib.
Qeri Mur
Robert Uilyam Qari Mur (ing. Robert William Gary Moore; 4 aprel 1952, Belfast, Şimali İrlandiya, Böyük Britaniya – 6 fevral 2011, Estepona, İspaniya) — irland əsilli Britaniya müğənnisi, gitaraçısı və mahnı müəllifi. Blyuz-rok musiqi janrının inkişafında böyük rolu olmuşdur. Solaxay olmasına baxmayaraq 14 yaşından standart gitarada ifa etmişdir. Daha çox "Still Got The Blues" və "Parisienne Walkways" mahnıları ilə məşhurdur. Qari Mur 6 fevral 2011-ci ildə İspaniyada istirahət zamanı ürək tutmasından 58 yaşında vəfat etmişdir. == Diskoqrafiyası == === Studiya albomları === 1973 — Grinding Stone (Gary Moore Band) 1978 — Back on the Streets 1979 — G-Force 1982 — Corridors of Power 1983 — Victims of the Future 1984 — Dirty Fingers 1985 — Run for Cover 1986 — Rockin' Every Night (Live in Japan) 1987 — Wild Frontier 1989 — After the War 1990 — Still Got the Blues 1992 — After Hours 1993 — Blues Alive 1994 — Ballads & Blues 1982-1994 1994 — Around The Next Dream (BBM) 1994 — Walkways 1995 — Blues for Greeny 1997 — Desperado (1977-78 yığma) 1997 — Dark Days in Paradise 1998 — Out in the Fields (the very best of) 1999 — A Different Beat 2001 — Back to the Blues 2002 — Scars 2004 — Power of the Blues 2006 — Old New Blues Ballads 2007 — Close As You Get 2008 — Bad For You Baby === Konsert albomları === 1981 — Live at the Marquee 1984 — We Want Moore!
Qeri Qilmor
Qeri Mark Qilmor (4 dekabr 1940 – 17 yanvar 1977) — bir neçə quldurluqda və iki qətldə təqsirli bilinən cinayətkar. 1977-ci il yanvarın 17-də Yuta ştatında güllələnib. O, edamının 1967-ci ildən bəri ABŞ-də ilk ölüm hökmünün icrası olması ilə məşhurlaşıb. Qilmor 21-ci əsrin əvvəllərinə qədər Yuta ştatında mövcud olan edam üsulu ilə güllələnmə üsulu ilə edam edilib. === Bioqrafiya === Qeri Mark Qilmor 4 dekabr 1940-cı ildə Texas ştatının MakKami şəhərində Frenk və Bessi Qilmorun dörd oğlunun ikincisi olaraq anadan olub. Digər oğulları Frenk kiçik, Qeylen və yazıçı və musiqi jurnalisti Mikal Qilmor idi. Frenk Qarri Qilmore,. (təxminən 23 noyabr 1890, Linkoln, Nebraska – 31 iyul 1962, Siyeyttl, Vaşinqton) alkoqol aludəçisi, başqa arvadları və ailələri var idi, heç birini dəstəkləmirdi. bir şıltaqlıqdan sonra o, Sakramentoda, Kaliforniyada, Provo, Yuta ştatından qovulmuş Mormon əsilli Bessi (19 avqust 1913, Provo, Yuta – 29 iyun 1981, Portlend, Oreqon) ilə evləndi. Qeri qanundan yayınmaq üçün Texasda Koffman təxəllüsü ilə yaşayarkən anadan olub.
Qeri Ridcuey
Qeri Leon Ridcuey (ing. Gary Leon Ridgway; 18 fevral 1949 və ya 1949, Solt-Leyk-Siti, Yuta) — Qrin River Qatili olaraq da bilinən amerikalı seriyalı qatil. 1982-ci və 1998-ci illəri arasında, Vaşinqton ştatında ən az 49 gənc qadını öldürdü. Az qala bütün qurbanları fahişələrdi. 30 noyabr 2001-ci ilində DNT analizi sonra göz altına alındı. 2003-cü ilində ömürlük həbsə məhkum edildi.
Qeri Snayder
Qeri Snayder (8 may 1930[…], San-Fransisko, Kaliforniya) — Amerika şairi. Postmodernist yazar. == Həyatı == Qeri Snayder 1930-cu ildə San-Fransiskoda (Kaliforniya ştatı) anadan olub. Kollecdə təhsil aldığı dövrdə ədəbiyyata və etnoqrafiyaya həvəs göstərirdi. İndiana Universitetində linqvistikanı, Berkli Universitetində isə şərq dillərini öyrənib. Meşəqıran, meşəbəyi və dəniçi kimi ağır işlərdə çalışıb.Qeri Snayder 1955-ci ildən sonra şair kimi şöhrət qazandı. 1956-cı ildə Yaponiyaya köçərək on il orada yaşayıb; Snayder yapon dilini və yapon poeziyasını öyrənir, yapon dilində şeirlər yazır, buddist monastrına gedir, ibadət mərasimlərində iştirak edir, Zen buddizmi öyrənir, buddist mətnlərini tərcümə edirdi. Snayder "Tısbağalar adası", "Sonsuz dağlar və meşələr", "Riprap və soyuq dağların şeirləri", "Sapsız Balta" və s. (ümumiyyətlə, onun iyirmi kitabı çap olunb) kitabların müəllifidir. O, ABŞ-nin və Yaponiyanın ədəbiyyat üzrə mükafatlarına layiq görülüb.