todes
tofalarca
OBASTAN VİKİ
Tofalar
Tofalar — Altay xalqları türk qrupunun şərqi hun qoluna mənsub xalq. Onlar özlərini tofa (tıfa, tına, toxa) adlandırırlar. Əvvəllər karakaslar da adlanmışlar. Altay dil ailəsinin türk qrupunun uyqur qoluna mənsub tofa dilində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqinin Şimali Asiya tipinə aiddirlər. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiya FR — da 723 nəfəri İrkutsk vilayətinin Aşağı Udin rayonunda yaşamaqla, cəmi 837 nəfər Tofa türkü yaşayır . Soyköklərində tuva-toçinlər dururlar. Tofalar tuvalılara çox yaxın olan xalqdır. Onlar 1957-ci ildə Tuvanın mancurlar tərəfindən tutulmasından sonra tuvalılardan ayrılmışlar. XIX əsrin II yarısında tofaların seok (sümük)adlanan aşağıdakı nəsilləri mövcud idi: urqe xaş (urqe xaaş), kara-xaş (qara-xaaş), sarıq-xaş (sarı-xaaş), menek-xaş (menek-xaaş), kara-yoqdu (qara-yoqdı), çoqdu (çoqdı), çepmey və s.
Tofalar dili
Tofalar dili — tofaların dili. Tofalar Rusiyanın İrkutsk vilayətinin Nijneudin rayonunun iki kəndində - Tofalar və Nerxində yaşayan türkdilli xalqdır. Bu dildə danışanların sayı 93 nəfərdir. Türkdilli sayan qrupunun tayqa aeralına tofalar dili ilə yanaşı aşağıdakı dil və dialektlər daxildir : tuva dilinin şimal-şərqi (tocin) və cənub-şərqi (Tuvanın Tocin və Piy-Xem rayonları) dialektləri, soyot-tsatan dili dili daxildir. Soyot-tsatan dili soyot (Buryatiya), tsatan və uyqur-uryaxan idomları (Monqolustan) dialektltinə ayrılır. Bu dialektlər həm bir dilin üç dialekti, həm də yaxın qohum dillr kimi xarakterizə edilir. Tsatan və uryan-uryaxan dilləri bir-birinə çox yaxındır. мен :mən сен :sən оң (oŋ) :on (o) биъс :biz сілер :siz оларың :onların бо(bo):bu Kiril qrafikalı əlifbalı dillər siyahısı Рассадин В. И., Шибкеев В. Н. Тоъфа букварь. Тофаларский букварь для первого класса тофаларских школ. Иркутск, 1989.