tonqalotu
tonluq
OBASTAN VİKİ
Tonlu dillər
Tonlu dillər bir sözün fərqli bir tonda oxunması ilə mənasının dəyişdiyi dillərdir. Tonlu dillər dünyanın müxtəlif yerlərində danışılır. == Tonlu dillərin coğrafi bölgüsü == Avropadakı Norveç, İsveç, Litva, Limburqiş, Serb, Xorvat, Bosniya və Sloven dilinin bəzi ləhcələri tonallıq xüsusiyyətlərini göstərsələr də, ümumiyyətlə bunlar vurğu sayılırlar. Hindistan yarımadasında danışılan tonal xüsusiyyətə sahib başqa bir Hind-Avropa dil ailəsinə mənsub dildə Pəncab dilidir. Afrikada, əksər sub-Sahara (Şərqdə Suahili dili, qərbdə Volof və Fulani dillərini çıxmaq şərtilə) dilləri tonlu dillərdir. Hausa dili sami dilləriniin uzaq bir qohumu hesab olunsa da, tonal bir dildir. Şərqi Asiyada bir çox dillər tonaldır; bunlara müxtəlif Çin dilləri, Vyetnamca, Tay dili, Laos dili, Birman dili daxildir. Yeni Qvineyada bir çox dillər də tonaldır. Şimali və Cənubi Amerikadakı bəzi yerli dillərin də tonallığı var. Alyaskada Na-Dené dilləri, ABŞ-də Cənub-Şərqi Amerika (Navajo dili də daxil olmaqla) və Meksikadakı Oto-Manguean dilləri bunlardan bəziləridir.

Digər lüğətlərdə

вы́свободить лейб- мая́к ошинова́ть подновля́ть популяризи́роваться пра́здник приободря́ться разли́чность рубе́ц трево́жность уры́льник гарни́ровать глобули́н недурно́й обму́слить расплёскиваться break up iron horse kobold print press toll television unlikely обскакать харакири