TORANLIQ

is. Toran vaxtı (bax toran 1-ci mənada). Səhər toranlığı.
[Ağasəfər] axşam toranlığında çox qəribə görünən, alyaşıl ipək geyimli arvadlara sarı baxıb, Həmzənin arvadı Əminə xanımı işarə ilə yanına çağırmaq istədi. Ə.Əbülhəsən.
Hürküdür toranlığı; Gülərüzlü günəşin; Odlu qızıl şöləsi. İ.Səfərli.

□ Toranlıq qovuşmaq (düşmək, çökmək) – bax toranlaşmaq 1-ci mənada.
Bayıra isə yavaş-yavaş axşam toranlığı çökür. Ə.Əbülhəsən.

Синонимы

  • TORANLIQ tutqunluq
TORANLAŞMAQ
TORBA

Значение слова в других словарях