Toto

das; -s, -s futbol və at yarışının lotereyası
totlaufen
totreden
OBASTAN VİKİ
Toto Kutunyo
Salvatore (Toto) Kutunyo (it. Toto Cutugno; Salvatore Cutugno; 7 iyul 1943 – 22 avqust 2023, Milan, İtaliya[…]) — İtaliya estrada müğənnisi və bəstəkarı, 1990 Avroviziya Mahnı Müsabiqəsinin qalibi. "L'Italiano" mahnısı ilə dünya şöhrəti qazanmışdır. Toto Kutunyo 7 iyul 1943-cü ildə Fosdinovo şəhərində anadan olmuşdur. Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçür. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyir. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənir. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.
Toto Vonq
Toto Vonq (d. 15 noyabr 1999) — Honkonqlu üzgüçü. Toto Vonq Honkonqu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. Toto Vonq birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 29.27 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 37-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Toto Muzeyi
Toto Muzeyi (TOTOミュージアム, TOTO Myuciamu) – Yaponiyanın Fukuoka prefekturasının Kitakyuşu şəhərində yerləşən tualet muzeyi. Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. "Toto" şirkəti Yaponiyada Qərb üslubunda tualetlərin istehsalı ilə məşğul olan ilk şirkətdir və əsası 1917-ci ildə qoyulmuşdur. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə 28 avqust 2015-ci ildə açılmışdır. Muzeyin tikintisi 60 milyon ABŞ dollarına başa gəlmişdir. Fəaliyyətinin ilk 3 ayında 30 mindən çox ziyarətçi qəbul etmişdir. Muzey şirkət qərargahının ərazisində, müasir memarlıq üslubunda olan binanın ikinci mərtəbəsində yerləşir. Binanın görünüşü vannanı xatırladır. Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir. Şirkət yarandığı ilk dövrlərdə keramika məmulatları da istehsal etdiyi üçün onlar da muzey eksponatlarına daxildir.
TOTO Tualet Muzeyi

My Neighbor Totoro
Qonşum Totoro (となりのトトロ Tonari no Totoro) - Hayao Miyazakinin 1988-ci ildə yaratdığı tammetrajlı animasiya filmi. Film doqquz yaşlı Satsuki və beş yaşlı Meyın meşənin gözətçisi ruh Totoro ilə gorüşdən bəhs edir. Ailə kəndə köçəndən sonra qızlar yaşadığı evdə susuvatari ruhları ilə qarşılaşırlar. Kiçik Mey evdə tək olarkən meşənin yanında kiçik bir ruh görür.. Kiçik ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun yanına gətirir. Ardınca Setsuki də avtobus dayancağında atasını gözləyərkən Totoro ilə tanış olur. Totoro onlara bambuk yarpaqlarına bükülmüş tumlar verir, qızlar tumları əkir, Totoro isə tumların boy artmağına kömək edir. Gələn gün xəstəxanadan xəbər gəlir, ki qızların anası gələcək bazar günü evə qayıda bilməyəcək. Əhvali-ruhiyyəsi pozulmuş Mey bacısından küsür və anasını axtarmağa gedir və yolda itir. Satsuki və qonşuları Meyın axtarışına düşür, lakin onu tapa bilmirlər.
Qonşum Totoro