Transaksiya xərcləri
Transaksiya xərcləri - mübadilə prosesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclərdir.
İlk dəfə iqtisadi ədəbiyyatda transaksiya xərcləri termini Nobel mükafatı laureatı R.Kouz tərəfindən işlədilmiş və müasir institusional nəzəriyyədə geniş tətbiqini tapmışdır . Transaksiya xərclərinin 5 əsas növü mövcuddur:
1. İnformasiyanın əldə edilməsi ilə bağlı xərclər;
2. Müqavilələrin və danışıqların aparılması ilə bağlı xərclər;
3. Qiymətləndirmə və gözləmə effekti ilə bağlı xərclər;
4. Mülkiyyət hüququnun qorunması ilə bağlı xərclər;
5. Opportunist fəaliyyətlə bağlı xərclər.
Transaksiya xərcləri mübadilə prosesinə qədər, mübadilə prosesində və ondan sonra baş verə bilər.