trek
trekbol
OBASTAN VİKİ
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə... — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.
Nömrə-yi Dəvazdə
Nömrə-yi Dəvazdə (fars. نمره دوازده‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 12 nömrəli neft quyusuna görə kənd bu adı almışdır. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 10 ailədə 21 nəfəri kişilər və 26 nəfəri qadınlar olmaqla cəmi 47 nəfərdir.
Nömrə-yi Panzdəh
Nömrə-yi Panzdəh (fars. نمره پانزده‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 4 ailədə 5 nəfəri kişilər və 7 nəfəri qadınlar olmaqla cəmi 12 nəfərdir.
Nömrə-yi yek
Nömrə-yi yek (fars. نمره يك‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 37 ailədə 76 nəfəri kişilər və 96 nəfəri qadınlar olmaqla cəmi 172 nəfərdir.
Nömrə-yi do (Həftkel)
Nömrə–yi do (fars. نمره دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 49 ailədə 98 nəfəri kişilər və 93 nəfəri qadınlar olmaqla cəmi 191 nəfərdir. Kəndin əhalisini qaşqaylar təşkil edir, qaşqay türkcəsində danışırlar və şiə müsəlmandırlar. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Nömrə-yi do kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Yeddi nömrə (teleserial, 2000)
Yeddi nömrə (türk. Yedi numara) — 2000-2003-cü illərdə yayımlanmış türk komediya serialı.
Sallaqxana nömrə beş (film, 1972)
Beş nömrəli sallaqxana (ing. Slaughterhouse-Five) — 1972-ci ildə istehsal olunmuş ABŞ filmidir. Film fantastika janrındadır. Kurt Vonnequtun eyniadlı əsəri əsasında çəkilmişdir. Filmin ssenaristi Stefen Qeller, rejissoru Corc Roy Hilldir. Rollarda Maykl Zaks, Ron Libman və Valeri Perren, həmçinin Yucin Roş, Şaron Qans, Holli Niar, Perri Kinq də iştirak etmişdir. Film Praqa və Minnesotada çəkilib. == Süjet == == Rollarda == Maykl Zaks — Billi Pilqrim Ron Libman — Pol Lazzaro Yucin Roş — Edqar Derbi Şaron Qans — Valensiya Merbl Pilqrim Valeri Perren — Montana Uayldhek Holli Niar — Barbara Pilqrim Perri Kinq — Robert Pilqrim Kevin Konuey — Roland Uiri Fridrix fon Ledebur — Alman başçı Ekkehardt Belle — Gənc alman keşikçi Sorel Buk — Lionel Merble == Musiqi == Beş nömrəli sallaqxana filmi Qlenn Quldun musiqisini bəstələdiyi iki bədii filmdən birincisidir. Quld on həftə müddətində Corc Roy Hillin iştirakı ilə Universal Studioda musiqini ərsəyə gətirdi. Son halda musiqi 45 dəqiqə olmuş və əsasən Baxın əsərlərinə müraciət olunmuşdu.
Azərbaycan Respublikası avtomobil dövlət nömrə nişanı
Azərbaycan Respublikasının avtomobil dövlət qeydiyyat nişanı - Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı üzrə uçota alınması zamanı nəqliyyat vasitəsinin sahibinin istəyi ilə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı itdikdə və ya yararsız hala düşdükdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək «RRHRR AZ» formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi. 1993-cü ildə seriya nömrələrinin qeydiyyatında dəyişiklik edildi. 1991-ci ildəki qeydiyyat formatına bir hərf əlavə edildi, rəqəmlər ilə hərflər bir-birindən defislə ayrıldı, sağda olan "AZ" indeksi sol tərəfə yerləşdirildi və indeksin yuxarısında Azərbaycan bayrağı qeyd olundu.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı — 2016 UEC Avropa Trek Çempionatında 14 komandanın iştirakı ilə 19-20 oktyabr 2016-cı il tarixləri arasında baş tutan yarışdır. == Nəticələr == === Təsnifat === Ən sürətli 8 komandadan 4-ü ilk mərhələdə qızıl medal uğrunda, digər 4-ü isə bürünc medal uğrunda mübarizə aparmışdır. Digər yerləri tutanlar isə turnir ilə vidalaşmışdır. Q = vəsiqə qazandı; qızıl medal uğurunda yarışa q = vəsiqə qazandı; bürünc medal uğurunda yarışa === Birinci mərhələ === İlk tur yürüşləri aşağıdakı kimi nəticələnmişdir: Cığır 1: 6-cı və 7-ci vəsiqəçi Cığır 2: 5-ci və 8-ci vəsiqəçi Cığır 3: 2-ci və 3-cü vəsiqəçi Cığır 4: 1-ci və 4-cü vəsiqəçi 3-cü və 4-cü yürüşlərin qalibləri qızıl medal uğrunda yarışa vəsiqə qazanmışdır. Qalan 6 komandadan isə ən sürətli ikisi bürünc medal uğrunda oyuna vəsiqə qazanmışdır. QG = qızıl medal uörunda yarışa vəsiqə qazandı QB = bürünc medal uörunda yarışa vəsiqə qazandı === Final === Final oyununda medalçılar müəyyənləşdi.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər seçmə yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər seçmə yarışı — 2016 UEC Avropa Trek Çempionatında 18 velosipedçinin iştirakı ilə 20 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı — 2016 UEC Avropa Trek Çempionatında 22 velosipedçinin iştirakı ilə 19 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.