trenajor
trend
OBASTAN VİKİ
Trençkot
Trençkot — əksər hallarda sukeçirməyən materialdan olan təkdüyməli və ya ikidüyməli plaş. Makintoşdan çoxlu sayda funksional və dekorativ detalların olması ilə fərqlənir. 1880-ci ildə plaşların istehsalında daha bir materialdan — Tomas Berberrinin ixtira etdiyi qabardindən istifadə etməyə başladılar. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı Berberri döyüş zonalarında istifadəyə yararlı olan qabardindən plaş hazırlamaq tapşırığı alır. Tomas plaşın siluetini daha dar edir, çiyinlərə epoletlər, ciblərə düymələr, dəri kəmər əlavə edir. Qollara küləyi buraxmamaq üçün kəmərlər birləşdirilir. Sağ çiyində atışma zamanı zərbəni yumşaldan parça əlavə yerləşirdi. Yeni ixtira "tranşey palto" — trench coat adını alır və Burberry-yə populyarlıq qazandırır.

Digər lüğətlərdə