tromboemboliya

tromboemboliya
tromboembolik
trombofiliya
OBASTAN VİKİ
Ağciyər tromboemboliyası
Ağciyər tromboemboliyası (ATE) — ağciyər kötüyünün və ya onun budaqlarının tromblarla tıxanması çox vaxt aşağı ətrafların dərin damar trombozları nəticəsində yaranır. Ağciyər tromboemboliyası ağciyər damarlarının trombla okklüziyası nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir. Qərb tibb ədəbiyyatında daha çox ağciyər emboliyası adı ilə daha geniş mənada istifadə olunur. Son illərdə bütün dünyada Venoz Tromboembolizm (VTE) termininin istifadəsinə də üstünlük verilir. Bu termin həm dərin venalarının trombozunu (DVT), həm ATE-ni əhatə edir. == Epidemiologiya == Tromboemboliya — geniş yayılmış ürək-damar patologiyasıdır. ABŞ-də hər il ATE 650000 insanda müəyyən olunur. Daha çox yaşlılarda rast gəlinsə də, cavanlar da bu haldan istisna olunmurlar və vaxtında aktiv müalicə tədbirləri aparılmazsa sağ mədəciyin kəskin çatışmazlığı fonunda ölüm baş verə bilər. ATE-nin cinsə görə ölüm hallarının nisbətini ABŞ-də aşağıdakı kimi müəyyən ediblər: Kişilərdə qadınlarla müqayisədə ölüm halları 20–30% yüksək olur; Yaşlılar arasında tromboemboliya daha çox kişilərdə rast gəlirsə, 55 yaşdan kiçik pasiyentlərdə ATE daha çox qadınlarda rast gəlinir. Lakin bəzi səhiyyə sistemi geriləmiş dünya ölkələrində ağciyər tromboemboliyası kimi ciddi xəstəliyi spesifik müayinə üsulları tam şəkildə olmadığına görə vərəm və digər xəstəliklər ilə səhv salırlar və xəstələr qeyri-spesifik müalicə terapiyası almaq məcburiyyətində qalırlar.