TULLAMAQ

TULLAMAQ Xəstə qarını tutub; Tulladılar həyətə (M.Rzaquluzadə); ATMAQ Nisə kömür qabını yerə atıb gəldi (Mir Cəlal); FIRLATMAQ Pası Cəbini qüvvətli əlləri ilə onun qucağından qurtarıb qarın içinə fırlatdı (S.Rəhimov); QOLAZLAMAQ O da əlini rəfə atıb... köpək oğlu özünsən! – deyib kərbəlayıya bir qazan salbası vurdu, kərbəlayı da ona bir kəfgir qolazladı (Çəmənzəminli); VIZILDATMAQ (dan.) Gənc əli ilə alnını tutaraq, yerindən sıçradı və digər əli ilə qadının başından o dəyirman çarxını alıb küçəyə vızıldatdı (A.Şaiq).

TUL
TULLANMAQ

Значение слова в других словарях