1. Sıçramaq, hoppanmaq, atılmaq, atılıb-düşmək.
Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı.
Qatar gedə-gedə Rüstəm tullanıb, birbaş kəndlərinə doğru yollandı.
// Paraşütlə atılmaq, enmək, düşmək.
Təyyarənin ağır zədələndiyini görən təyyarəçi paraşütlə dənizə tullandı.
2. Bir şeyin üstündən atlanıb keçmək, aşmaq, aşıb keçmək, üstündən hoppanmaq.
Tullan bağda hasarı; Ya ağ geyin, ya sarı. ( ).
Ağaclara dırmanır; Kiçik arxdan tullanır.
3. İdmanın hündürlüyə və uzununa tullanmaqdan ibarət yüngül atletika növü. [Katib:] Qəmər çox zirək qızdır.
Bildir rayonda yüyürməkdə birincilik, tullanmaqda ikincilik qazandı.
Çeviklik üçün edilən hərəkətlər … idman alətlərində edilən gimnastika hərəkətlərindən, şey atmaqdan, tullanmaqdan ibarət olan hərəkətlər olub, insan orqanizminə, xüsusən mərkəzi sinir sisteminə çox güclü təsir göstərir.
4. Atlanıb-düşmək, hoppanıb-düşmək, oynaşmaq.
Hamı oturub baş, bədən, qolqıçlarını tərpədərək yerlərində tullanardılar.
İt istəyir ki, sür-sümükdən yeyib doysun; Quyruğunu belinə qoysun; Oynaqlasın, tullansın.