TULLANMAQ

f.
1. Sıçramaq, hoppanmaq, atılmaq, atılıb-düşmək.
Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət.
Qatar gedə-gedə Rüstəm tullanıb, birbaş kəndlərinə doğru yollandı. T.Ş.Simurq.

// Paraşütlə atılmaq, enmək, düşmək.
Təyyarənin ağır zədələndiyini görən təyyarəçi paraşütlə dənizə tullandı. Ə.Vəliyev.

2. Bir şeyin üstündən atlanıb keçmək, aşmaq, aşıb keçmək, üstündən hoppanmaq.
Tullan bağda hasarı; Ya ağ geyin, ya sarı. (Bayatı).
Ağaclara dırmanır; Kiçik arxdan tullanır. M.Dilbazi.

3. İdmanın hündürlüyə və uzununa tullanmaqdan ibarət yüngül atletika növü. [Katib:] Qəmər çox zirək qızdır.
Bildir rayonda yüyürməkdə birincilik, tullanmaqda ikincilik qazandı. Ə.Vəliyev.
Çeviklik üçün edilən hərəkətlər … idman alətlərində edilən gimnastika hərəkətlərindən, şey atmaqdan, tullanmaqdan ibarət olan hərəkətlər olub, insan orqanizminə, xüsusən mərkəzi sinir sisteminə çox güclü təsir göstərir. Ə.Babayev.

4. Atlanıb-düşmək, hoppanıb-düşmək, oynaşmaq.
Hamı oturub baş, bədən, qolqıçlarını tərpədərək yerlərində tullanardılar. H.Sarabski.
İt istəyir ki, sür-sümükdən yeyib doysun; Quyruğunu belinə qoysun; Oynaqlasın, tullansın. N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TULLANMAQ vurmaq — döymək
  • TULLANMAQ atılmaq — sıçramaq — hoppanmaq
  • TULLANMAQ TULLANMAQ [Ata:] Küçədə tullan, ey oğul, sənətin olmur, olmasın! (M.Ə.Sabir); ATILMAQ Azər yenə irəli atıldı (Ə
TULLANMA
TULLANTI

Digər lüğətlərdə