Tunqus meteoriti
Tunqus meteoriti — 30 iyun 1908-ci ildə Podkamennaya Tunquska çayı hövzəsinə düşmüş nəhəng meteorit. Bu zaman parlaq işıq saçan bolid müşahidə edilmiş, onun partlayışı 1000 km-dən böyük məsafədə eşidilmişdir. Partlayışı nəticəsində Yer kürəsinin bir çox məntəqəsində seysmik və hava dalğaları qeydə alınmış, atmosferə külli miqdarda meteorit maddəsinin tozlanması nəticəsində Avropada bir neçə gün anomal işıqlı gecələr müşahidə olunmuşdur. SSRİ EA meteoritlər üzrə komitəsi, sonralar isə SSRİ EA Sibir bölməsinin meteoritlər və kosmik toz üzrə komisiyası Tunqus meteoritinin düşdüyü əraziyə dəfələrlə ekspedisiyalar təşkil etmişdir.
Подкаменная Тунгуска, 1908 год. "Тунгусский метеорит".