TUR-AKSİYA

is. \[fr. tour "gəzinti, istirahət" < lat. tornus "fırlanıb gəlmək" + alm. actie "təsir"\] tur. Müəyyən məqsədli turist səyahəti. "Azərbaycanı tanıyaq" – tur-aksiya.
TRÜFEL
TURAGENT
OBASTAN VİKİ
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Tur
Tur (şəhər)
Tur (rayon)
Tur (fr. Tours) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Endr və Luara. Suprefektura — Tur. Rayon əhalisi 2006-cı ildə 447 486 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 170 nəf / km². Rayon sahəsi — 2629 km².
Tur (şəhnamə)
Tur (fars. تور‎) — Firdovsinin Şahnaməsində epik bir personajdır. Əfsanəvi Şah Firidunun ikinci oğlu və Səlm və İrəcin qardaşıdır. Gənc şahzadə özünə və bacılarına hücum edən əjdaha ilə cəsarətlə vuruşanda, atası tərəfindən ona "cəsur" mənası verən Tur adı verilmişdir. Firidun imperatorluğunu övladları arasında bölür; Turanı Tura verir. Bu vəziyyət, Turanın iranlılarla mübarizəsinin başlanğıcıdır. Şahnamənin Əfrasiyab kimi ən əhəmiyyətli personajlarından bəziləri Turun nəslindən gəlir. Tur qardaşı İrəcin oğlu Mənuçöhr tərəfindən öldürülmüşdür.
Tur (şəhər)
Tur (fr. Tours [tuʁ] dinlə, lat. Turones, Caesarodunum Turonum, Augusta Turonum) — Luara çayı üzərində, Şer çayı ilə birləşdiyi Fransa şəhəri. İndre və Luara şöbəsinin inzibati mərkəzi. Əhalisi 142,000 (şəhər) və 297.630 (şəhərətrafı şəhər yerləri ilə) insanlar (2006). Luara Vadisinin şərab mərkəzi. Turun tarixi bölgəsinin əsas şəhəri. Böyük nəqliyyat qovşağı - dəmir yolu stansiyası, hava limanı var.
Tur Heyerdal
Tur Heyerdal (norv. Thor Heyerdahl, 6 oktyabr 1914[…] və ya 1914 – 18 aprel 2002[…]) – tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq. Məşhur Kon-Tiki ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni sadəcə sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir. == Həyat və fəaliyyəti == Tur Heyerdal Norveçin cənubunda kiçik Larvik şəhərciyində anadan olmuşdur. İlk ekspedisiyası 1937–1938-ci illərdə Polineziyaya, Fatu-Hiva adasına olmuşdur. 1947-ci ildə isə Sakit okeanı "Kon-Tiki" adlı salda keçmişdir. Məhz bu səyahət ona sonralar dünya şöhrəti gətirir. 1950-ci illərdə çoxlarının unutmuş olduğu Pasxa adalarını yenidən kəşf edir, 1953-cü ildə isə Qalapaqos adalarına baş çəkir. O həmin dövrdə çoxlarının əsassız yerə inandırıcı görmədiyi adanın inklər tərəfindən kəşfi ve məskunlaşması ideyasını irəli sürür. 1969–1970-ci illərdə qədim misirlilərin Cənubi Amerikaya üzməsi nəzəriyyəsini sübut etmək üçün "Ra" və "Ra 2" sallarında Atlantik okeanı üzüb keçir.
Tur Surəsi
52-ci surə
Tur livri
Tur livri (fr. livre tournois) — Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 27.
Tur xan
Tur xan (Turan xan)(Türk) - türk və altay mifologiyasında əfsanəvi xaqan. Türklərin atasıdır. İran tarixinin əfsanələrində, onların baş düşmənidir. Göytürk çağında iranlılar, "Turan" adını Göytürklərlə əlaqələndirir. Türk qövmləri İran əfsanələri ilə tanış olduqlarında, şəxsən özlərini Turanın qövmü olaraq görməyə başlamışlar və özlərini qürurla Turanın kralı Əfrasyabın vətəndaşı saymışlardır. Etrusklarda Turan adlı bir sevgi və həyat Tanrıçası vardır və etrusk dilində qayda qoymaq mənası ehtiva edər. Maraqlı bir şəkildə monqolcada Dur/Dura və tuvaca Tura sözcüyü sevgi, istək və arzu mənaları daşıyarkən, mançurcada Doron sözcüyü qanun (qanun) deməkdir. Fars-tacik şairi Firdovsinin Şahamə əsərində Tur Firidunun oğludur. Şahnaməyə görə Firidun qocalıqdan sonra ölkəsini üç oğlu arasında üç yerə bölür və Turanı Tura, Rumu Səlmə, İranı isə İrəcə verir. Səlm İrəci İranı atası ona verib deyə qısqanır, buna görə də Turu da aldadıb öz yoluna kəçərək İrəclə müharibəyə başlayır.
Tur surəsi
52-ci surə
Aksiya rol oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Pramudya Ananta Tur
Pramudya Ananta Tur (indon.Pramoedya Ananta Toer; 6 fevral 1925 və ya 20 fevral 1925 – 30 aprel 2006 və ya 29 aprel 2006, Cakarta) — indoneziyalı yazıçı. “1945-ci il nəslinin” üzvü və fəal iştirakçılarından biri olmuşdur. == Tərcümeyi halı == Pramudya Ananta Tur 1925-ci ilde Yava adasının şimalında yerləşən Ducs şərqi Hndistanın şərqində yerləşən Blorədə anadan olub. o, ailənin birinci övladı olub. Onun atası Blorədə məktəb direktoru və müəllim kimi işləyib. Anası isə düyü yığınında işləyən qadın olub. Babası isə müsəlman olub və Məkkəyə gedib. O ilk avtobioqrafik əsərində də bunu qeyd edib. Həmçinin bu əsərindən onun əsl adının Pramudya Ananta Maostur olduğunu vurğulayır. Atasının kitaba marağı çox olduğundan, onun evdə böyük kitabxanasının olması səbəb olmuşdur.
Tur de Frans
Tur de Frans (fr. Tour de France) — Fransada 1903-cü ildən keçirilən dünyanın ən məşhur və nüfuzlu velosiped yarışması. == Yarışmanın prinsipləri == Tur de Frans 21 mərhələdən ibarətdir: Hər mərhələ bir gün davam edir. Hər bir yarışçı mərhələni bitirməlidir ki, onun vaxtı qeydə alınmış və toplanmış olsun. Yarışın tam uzunluğu — 3000-4000 km arasındadır (yollar və mərhələlərin ölçüsü hər il dəyişilir). Baş təsnifat — toplam vaxta əsasən yarışçıların iştirakının qiymətləndirilməsidir. Ən qısa vaxtda yarışı başa vuran velosipedçi turnirin qalibi olur. Ən qısa vaxta görə qələbədən başqa iştirakçılar üçün bu nominasiyalar da mövcuddur: ən yaxşı sprinter; ən yaxşı dağlıq ərazi yarışçısı; ən yaxşı gənc yarışçı. Bu nominasiyaların liderləri müəyyən rəngli köynəklər geyinirlər. == Köynəklər == === Sarı köynək Le maillot jaune === Sarı köynəyi Tur de Fransın ən yaxşı vaxta sahib olan lideri geyinir.
Aksiya rol-pleyinq oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Faverj-de-la-Tur
Faverj-de-la-Tur (fr. Faverges-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38162. Kommunanın 1999-cu il üçün əhalisi 1107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Haybrad Stori Vorld Tur
Haybrad Stori Vorld Tur, (ing. Hybrid Story World Tour) — Dj Sineddin 14 may 2011 – 19 may 2012 tarixləri arasında keçirdiyi Avropa turnesi. Bu turne zamanı Dj Sinedd ümumilikdə 12 avropa ölkəsinin 29 şəhərində 64 konsert vermişdi və bu turneyə görə sayca 3-cü "Croatia National Music Award" mükafatını qazanmışdı. Turnenin birinci hissəsi 14 may 2011 tarixində Dj Sineddin Club Tracks EP (volume 1) albomunun reliz günü başladı və həmin ilin sentyabr ayında başa çatdı. İkinci hissə Yeni il bayramı ərəfəsində başladı və yanvar ayının 17-sində başa çatdı. Hybrid Story World Tour-unun final konsertləri 5–19 may tarixləri arasına Moskva şəhərində keçirildi. Ümumən turne ərzində Dj Sineddin konsertlərinə 42 min bilet satıldı.
La-Tur-dyu-Pen
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38509. Kommunanın 2012-ci il üçün əhalisi 7927 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 461 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
La-Tur-dü-Pen
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38509. Kommunanın 2012-ci il üçün əhalisi 7927 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 461 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Serezen-de-la-Tur
Serezen-de-la-Tur (fr. Sérézin-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalye-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38481. Kommunanın 1999-cu il üçün əhalisi 611 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 266 ilə 466 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Tur Heyerdal Ekspozisiya Muzeyi
Tur Heyerdal Ekspozisiya Muzeyi — Qərb Universitetində fəaliyyət göstərən muzey. Qərb Universitetinin fəxri professoru Tur Heyerdala həsr olunmuş Mini Sərgi Mərkəzidir. == Tarixi == Muzey 2014-cü ildə yaradılmışdır. Belə ki, həmin ilin 12-20 may tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində universitetdə sərgi otağının rəsmi açılışı olmuşdur. Muzeyin yaradılmasında "Azerbaijan İnternational Magazine" jurnalının redaktoru Betti Bleyerin böyük köməyi olmuşdur. == Yeri == Muzey universitetin əsas binasının ikinci mərtəbəsində yerləşir. == Eksponatları == Burada alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materialları toplanmışdır.
La-Tur (Dənizkənarı Alplar)
La-Tur (fr. La Tour) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 36,7 km², əhalisi — 408 nəfərdir (2006) artım tendensiyası ilə: 537 nəfər (2012), əhalinin sıxlığı 14,6 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 501 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 537 nəfər.
La-Tur-dyu-Pen (rayon)
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İzer. Suprefektura — La-Tur-dyu-Pen. Rayon əhalisi 2006-cı ildə 212 987 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 144 nəf / km². Rayon sahəsi — 1479 km².
La-Tur-dü-Pen (rayon)
La-Tur-dü-Pen (fr. La Tour-du-Pin) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İzer. Suprefektura — La-Tur-dyu-Pen. Rayon əhalisi 2006-cı ildə 212 987 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 144 nəf / km². Rayon sahəsi — 1479 km².
La-Şapel-de-la-Tur
La-Şapel-de-la-Tur (fr. La Chapelle-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38076. Kommunanın 2012-ci il üçün əhalisi 1700 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 375 ilə 452 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 55 km şərqdə Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Sen-Bodiy-de-la-Tur
Sen-Bodiy-de-la-Tur (fr. Saint-Baudille-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38365. Kommunanın 1999-cu il üçün əhalisi 570 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 230 ilə 404 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.