TUTAY

1. “tutu” (quş) adının dəyişdirilmiş forması; 2. böyük bacı və bibi mənasındadır.
TURUNC
TUTAYI
OBASTAN VİKİ
Akademik Validə Tutayuq (film, 2008)
Murad Tutayuq
Murad Tutayuq Хаspоlаd оğlu (2 may 1904, Şuşa – 23 mart 1970, Naxçıvan.) — Azərbaycan mааrif хаdimi. Nахçıvan MSSR (1955) və Аzərbaycan SSR (1966) Əməkdаr Müəllimi. Şuşа Rеаl məktəbini (1920) və Аzərbaycan Аli Pеdаqоji İnstitutunun (indiki АPU) fizikа-riyаziyyаt fаkültəsini (1925) bitirmişdir. Nахçıvаn Pеdаqоji Tехnikumundа müəllim və tədris hissə müdiri (1925–1939), Nахçıvаn Müəllimlər Institutundа müəllim (1940–1948; 1950–1954) və tədris işləri üzrə dirеktоr müаvini (1940–1948), Nахçıvаn Еlmi Bаzаsının dirеktоru (1948–1950), 3 №-li Nахçıvаn şəhər оrtа məktəbində müəllim və tədris hissə müdiri (1954–1966), Nахçıvаn Pеdаqоji Məktəbində pеdаqоgikа və psiхоlоgiyа müəllimi (1966–1968) işləmişdir. Murad Tutayuq "Lеnin" оrdеni və "Qırmızı Əmək Bаyrаğı" оrdеni ilə təltif оlunmuşdur.
Tutayev
Tutayev — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir.
Tutayuqlar
Tutayuqlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Xaspolad Tutayuq Şuşanın məşhur və nüfuzlu şəxsiyyətlərindən biri olub. O, 1892-ci ildə Peterburq Universitetinin təbiət-riyaziyyat fakültəsini bitirmiş və bir müddət Rusiyanın müxtəlif şəhərlərində çalışmışdır. XX əsrin əvvəllərində isə Şuşaya qayıtmışdır. Onun anası məşhur Qacarlar və Mirzəyevlər nəslindən olub. Xaspolad bəy Rüstəm bəy Mirzəyevin qızı Sudabə xanımla ailə qurmuşdu. Qarabağda məşhur olan Tutayuqlar ailəsinin adı gələndə ilk olaraq görkəmli alim, biologiya elmləri doktoru Validə xanım Tutayuq xatırlanır. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olan Validə xanım təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da tanınmış, nüfuzlu beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. Tutayuq ailəsinin ilk övladı olan Murad 1920-ci ildə Şuşa Realnı Məktəbini bitirmiş, sonra şəhərdəki ibtidai təhsil ocaqlarında hesab və rus dili müəllimi işləmişdir. Sonradan Azərbaycan Ali Pedaqoji Institutunun fizika-riyaziyyat şöbəsində təhsil alan Murad Tutayuq təyinatla Naxçıvan Müəllimlər Seminariyasına göndərilmiş və uzun müddət Naxçıvan şəhərində müəllim işləmişdir.
Validə Tutayuq
Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968). 1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir. 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur. 1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır . 1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur. 1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir.
Ənvər Tutayuq
Ənvər Xaspolad qızı Tutayuq — repressiya qurbanı. Şuşanın Tutayuqlar nəslindəndir. O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib.