TVİNİNG
is. \[ing. a twin "əkiz; bərabər hüquqlu əməkdaşlıq"\] siy. Avropa İttifaqına üzv olan dövlətlərin və benefisiar ölkələrin dövlət orqanları arasında tərəfdaşlıq və texniki əməkdaşlığa əsaslanan təsisat quruculuğu aləti. Tvinninqin məqsədi dövlət orqanlarının inzibati fəaliyyətinin, onların strukturunun, insan resurslarının, idarəetmə potensialının təkmilləşdirilməsi və gücləndirilməsindən ibarətdir. □ Tviniq layihəsi. "Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək” tvininq layihəsinin təqdimatına həsr olunmuş konfrans keçirilmişdir.