TVİT

is. \[ing. twitter\] Sosial şəbəkə olan tviterdə ismarıc. Yazdığınız twitin sonuna "#” işarəsini əlavə edərək, bu funksiyadan istifadə etsəniz, o, həmin movzunu müşayiət edənlərin hamısına çatar.
TVİNİNG
TYUTOR
OBASTAN VİKİ
Tvitter
Twitter (azərb. Tvitter‎) və ya dəyişdirilmiş adı ilə X (azərb. İks‎) — onlayn sosial şəbəkə və mikroblogging xidmətləri təklif edən sayt. Onun vasitəsilə istifadəçilər 140 işarəlik "tvit" adlandırılan mətn sms-ləri göndərə bilirlər. Twitter 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılmışdır. Qısa müddətdə sürətlə məşhurlaşan Twitterin, 2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olmuşdur. Təqdim edildiyi dövrdən, Twitter dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olmuş və "İnternetin SMS-i" kimi tanınmışdır. Hətta qeydiyyatdan keçməmiş istifadəçilər də, göndərilmiş tvitləri oxuya bilirlər. Twitter Inc. San-Fransiskoda yaradılsa da, onun server və ofisləri Nyu-York, Boston və San-Antonio şəhərlərində də vardır.
Nigeriyada Tvitterin qadağan edilməsi
Nigeriyada Tvitterin qadağan edilməsi — Nigeriya hökumətinin 5 iyun 2021-ci ildən 13 yanvar 2022-ci ilə qədər "Twitter"ə rəsmi olaraq qadağan tətbiq edərək onun ölkədə fəaliyyətini məhdudlaşdırması. Qadağa "Twitter"in Nigeriya Prezidenti Məhəmmədu Buhari tərəfindən edilən tvitləri sildikdən və müvəqqəti olaraq fəaliyyətini dayandırdıqdan sonra baş vermişdir. O, əsasən Nigeriyanın cənub-şərqində yaşayan iqbo xalqını Nigeriyanın cənub-şərqində üsyana istinad edərək 1967-ci ildə Nigeriyada vətəndaş müharibəsinin potensial təkrarlanması ilə bağlı xəbərdar etmişdi. Nigeriya hökuməti iddia etmişdir ki, prezidentin tvitlərinin silinməsi onların qərarını şərtləndirmişdir, lakin nəticədə bu, Nigeriyanın korporativ varlığına xələl gətirə bilən fəaliyyətlər üçün platformanın davamlı istifadəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, "Nigeriyada sosial media platforması ilə bağlı problemlərə əsaslanır, burada yayılan dezinformasiya və saxta xəbərlər real dünyada zorakı nəticələrə səbəb olur". Qadağa "Amnesty İnternational", Britaniya, Kanada və İsveçin Nigeriyadakı diplomatik nümayəndəlikləri, həmçinin Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən birgə bəyanatla qınanmışdır. İki lokal təşkilat – Sosial-İqtisadi Hüquqlar və Hesabatlılıq Layihəsi (SERAP) və Nigeriya Vəkillər Kollegiyası qadağaya məhkəmədə etiraz etmək niyyətində olduqlarını bildirmişdilər. "Twitter" özü qadağanın "dərin narahatlıq yaratdığını" açıqlamışdır. Nigeriyanın qadağasından aylar əvvəl "Twitter"də qadağa tətbiq etmiş keçmiş ABŞ Prezidenti Donald Tramp qadağanı tərifləyərək "Twitter"i "təzəlikcə prezidentlərini blokladığı üçün qadağan edən Nigeriya ölkəsini təbrik edirəm" deyərək digər ölkələri də "Twitter" və "Facebook" platformaları "azad və açıq sözə icazə vermədiyi" səbəbiylə qadağan etməyə çağırmışdır. Nigeriyanın mədəniyyət naziri Lay Məhəmməd "Twitter" lokal lisenziyalaşdırma, qeydiyyat və şərtləri təqdim etdikdən sonra qadağanın qaldırılacağını bildirmişdir. O, qeyd etmişdir ki, "bu, yayım komissiyası tərəfindən lisenziyalaşdırılacaq və platformasının Nigeriyanın korporativ varlığına zidd olan fəaliyyətləri təşviq edənlər tərəfindən istifadə edilməsinə icazə verməməyə razı olmalıdır".

Digər lüğətlərdə