Tüleyhə
Tüleyhə (ərəb. ﻃﻠﻴﺤـة ﺑﻦ ﺧﻮﻳﻠﺪ ﺍلاﺳﺪﻱ) — Əsəd qəbiləsinin lideri və Ərəbistanın “yalançı peyğəmbərlərindən” biri. 7-ci əsrdə Ərəbistandakı peyğəmbərlik hərəkatının xarakterik simalarından biri
Tüleyhə Əsəd qəbiləsinin hərbi liderlərindən biri idi. 626 və 627-ci illərdə müsəlmanlarla döyüşlərdə iştirak etmişdir. O, fərasəti və gələcəyi proqnozlaşdırmaq bacarığı ilə məşhur idi. 631-32-ci illərdə Tüleyhə özünü peyğəmbər elan edir, ərəblərin gələcək qələbələri, xüsusən də Suriya və İraqı fəth etmələri haqqında peyğəmbərlik etmişdir.
Məhəmməd peyğəmbərin vəfatından sonra fəaliyyətini gücləndirir, Əsəd, Fəzar və Tay qəbilələrinin bir hissəsini İslamdan müvəqqəti uzaqlaşmağa müvəffəq olur. Onun fəaliyyəti gənc müsəlman dövləti üçün təhlükə yaradır. Xalid ibn Vəlidin komandanlığı ilə ona qarşı göndərilən qoşunlar onun ordusunu məğlub edir. Qaçan Tüleyhə sonradan tövbə edərək İslamı qəbul edir.