TƏFSİR

[alm.=ing. – interpretasiya; fr. Interprètation; lat. Interpretare – izah etmək; ər. ذفغ شُ ; tr. tefsir] – bir mətnin anlamı haqqında açıqlama.
TƏFƏKKÜR
TƏHSİL
OBASTAN VİKİ
Təfsir
Təfsir (ərəbcə: علم التفسير elm ül-təfsir) — ilahiyyat elmlərinin ən əsas bölməsidir. Quranı təfsir etmək üçün digər dini elmlərlə bərabər ərəb ədəbiyyatını da mükəmməl bilmək zəruridir. Təfsir ayə, hədis, səhabə sözü, dil qaydaları və alimlərin görüşləri diqqətə alınaraq edilməlidir. Mənbələrə nəzər saldıqda təfsir kəlməsinin leksik olaraq iki fərqli kökdən meydana gəldiyini görürük. I. Təfsir kəlməsi, lüğətdə "bəyan etmək, kəşf etmək, üstü örtülü bir şeyi açmaq" kimi mənalara gələn "fəsr" kökündən törəmişdir. II. Təfsir kəlməsi, təqlib vəzni ilə "səfr" kökündən əmələ gələn təfil babında bir məsdərdir. "Səfr" kəlməsi müxtəlif mənalara gəlməklə bərabər "örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq" anlamlarını da daşıyır. Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, yenə də bunlar arasında fərq vardır. Belə ki, Əmin əl-Xuliyə görə "fəsr" və "səfr" kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxarmaq mənaları vardır. Amma "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" sözündə isə mənəvi bir kəşf vardır.
Təfsir Quliyev
Təfsir Ağakərim oğlu Quliyev (1932, Əhmədli) — Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi (1975–1982). Təfsir Ağakərim oğlu Quliyev 1932-cü ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində doğulub. 1950-ci ildə 63 saylı orta məktəbi bitirmiş, 1951–1954-ci illərdə Sovet ordusunda xidmət etmiş, 1963–1968 illərdə Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Səhiyyə və sosial təminat komissiyasının üzvü, 1975–1982-ci illərdə Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi olmuşdur.
Kopenhagen Təfsiri
Kopenhagen təfsiri — Nils Bor və Verner Heyzenberq tərəfindən 1927-ci ildə Kopenhagendə birgə fəaliyyət zamanı kvant mexanikası ilə əlaqədar etdikləri təfsirlərin nəticəsidir. Bor və Heyzenberq Kvant mexanikası ilə əlaqədar müxtəlif suallara cavab verməyə çalışmışdılar. Kvant mexanikasının başlıca problemlərindən biri, nəticənin müşahidəçi tərəfindən öyrənilməsindən sonramı, yoxsa cihaz tərəfindən qeydə alınmasından sonramı ölçməyin tamamlanmış qəbul ediləcəyidir. Daha sonra da görüldüyü kimi, kvant mexanikasının Kopenhagen təfsirinə görə, ölçmənin edilməsinin bilinməsi, müşahidəçinin ölçmədən əvvəl var olan məlumatlılıq halında dəyişiklik edir. Yəni, məlumat azalmasına səbəb olur. Müşahidəçinin məlumatlılıq halını, müşahidəçinin ölçmə müddətinin sonunda qavradığı təcrübəyə əsaslanan məlumatı müəyyənləşdirir. Bu məlumat halları, müşahidəçinin məlumatlılıq halına (subyektiv) bağlıdır. Bəhs edilən əlaqədən dolayı, fiziki reallıqda reallaşmış bir hal ilə reallaşacağı irəli sürülən hal arasına "subyektiv müşahidəçi" faktoru yerləşdirilir. Bu subyektivlikdən qurtulmaq mümkün deyil. Dünya iki hissəyə ayrılır: kvant varlıqları (ehtimal dalğaları) və klassik ölçmə vasitələri olan real nəsnələr (obyektlər).
Çoxlu dünyalar təfsiri
Kvant mexanikasının təfsirlərindən biri olan Çoxlu Dünyalar təfsirinə görə reallığın özü olaraq bütün kainat üçün yeganə və universal bir dalğa funksiyası mövcuddur. Bu universal dalğa funksiyası hər şeyin dalğa funskiyası olaraq, bildiyimiz dünyamızdakı bütün ehtimalları və hətta bunun xaricində təkmilləşməsi mümkün bütün dünyaları ehtiva etməkdədir. Çoxlu Dünyalar təfsiri, hər kəsin fərqli bir ssenaridə alternativ qərarlarla hərəkətə keçdiyi incoherent reallıq fikrini daşıyır. Buna görə hər fərqli qərarla budaqlanan dünya, hər ehtimalın var olduğu sonsuz sayda paralel dünyalar təşkil edir. Bu təfsir ilk dəfə Prinston Universitetində bir doktorluq tələbəsi olan Hugh Everett III tərəfindən 1957-ci ilində irəli sürüldü. Nəzəriyyə illər sonra eyni universitetdən Max Tegmark tərəfindən təfsiri dəstəkləyən kvant intiharı və kvant ölümsüzlüyü təcrübəsi ilə birgə populyarlıq qazandı.
Ət-Tibyan fi təfsiril-Quran
"Ət-Tibyan fi təfsiril-Quran" hicri V əsrin böyük fiqh, hədis və kəlam alimi Şeyx Tusi kimi məşhur olan Muhəmməd ibn Həsən Tusinin yazdığı bir təfsirdir. Rəvayətləri nəql etməklə yanaşı, əqlə arxalanıb müxtəlif elmlərə diqqət yetirməklə özündən əvvəlkilərin və müasirlərinin təfsir görüşlərini dəyərləndirmişdir. Bu baxımdan Quran təfsiri ilə bağlı müxtəlif elmləri o cümlədən, sərf, nəhf, hədis, kəlam və tarix kimi elmləri əhatə edir. Bu təfsirdən öncə şiə təfsirçilər yalnız səhabə və ya İmamlardan (ə) rəvayətləri nəql etməklə və həmçinin lüğətlə bağlı bəzi məsələlərə işarə etməklə kifayətlənirdilər. Nümunə kimi Furat Kufinin, Əyaşinin, Əli ibn İbrahim Quminin təfsirlərini göstərmək olar. Əhli sünnət təfsirçiləri arasında da yalnız Təbəri başqalarının görüşlərini nəql etməklə yanaşı, onların tənqidinə və öz baxımından daha səhih olan rəvayətlərin seçiminə girişmişdir. "Ət-Tibyan fi təfsiril-Quran" surələrin tərtibinə əsasən bütün Quranın təfsiri olub 10 cilddə qələmə alınmışdır. Mufəssir hər surənin başlanğıcında onun adlarına, məkki və ya mədəni olmasına, nasix və mənsux ayələrin onda olub-olmamasına işarə etmiş, daha sonra qiraət ixtilaflarını, sözlərin lüğəvi mənalarını, ayələrdəki qrammatik məsələləri araşdırmış və nəhayət ayələrin tam mənasını şərh və təfsir etmişdir.
Ət Tibyan fi təfsiril Quran

Значение слова в других словарях