təknə
təknə-tabaqlı
OBASTAN VİKİ
Tabaq
Tabaq — Azərbaycanda məişətdə işlədilən qab. Ağacdan hazırlanır və təknəyə nisbətən dayaz və yüngüldür. Xəmir yoğurmaq, çörək və s. ərzaq məhsulları saxlamaq üçün istifadə edilir. Həm əl üsulu ilə, həm də xüsusi dəzgahda düzəldilir. Azərbaycanda erkən orta əsrlərdən istifadə edildiyi məlumdur. Qonşu Şərq və Qafqaz xalqları arasında da geniş yayılmışdır. Keçmişdə Orta Asiya xalqlarında Tabaq dənəvər və səpələnən şeylərin (taxıl, un, qum və s.) ölçü qabı kimi də işlədilmişdir.
Təknə dağı
Təknə dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1949,0 m). Dərələyəz silsiləsindən cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Gərməçataq kəndindən 2,3 km сənub-şərqdədir. Orta Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş cənub-şərq yamacı sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, onun şimal-şərq cinahına aid Yuxarı Buzqov sinklinalının cənub-qərb qanadında yerləşir.