TƏNBƏL

TƏNBƏL Çox yatma, dur, a tənbəl; Yatsan olar iş əngəl (A.Səhhət); ATİL (köhn.) Xatirindən sil o mövhumatı; Ki, edibdir səni tənbəl, atil (A.Səhhət); ƏRİNCƏK Şişman məmur uzun bir sükutdan sonra ərincək halda ağır-ağır sözə başladı (M.Hüseyn); KAHAL (dan.) [Qaragöz:] Elə bilirsiniz ki, müalicə işinə təkcə siz kahalsınız (Mir Cəlal); KÜR.

TƏNBƏKİ
TƏNBƏLLİK
OBASTAN VİKİ
Tənbəl ayı
Tənbəl ayı (Melursus ursinus) — Ayıkimilər fəsiləsinə daxil olan məməıi növü. Bu növ öz cinsinin yeganə nümayəndəsidir. Bu növün özünə məxsus görünüşü sayəsinədə tənbəl ayı adını almışdır. Tənbəl ayılar xarici görünüş və həyat tərzi baxımından əsl ayılrdan kəskin fərqləndiyindən onları ayrıca cinsə daxil edirlər. Bu canlıların dodaqları tüksüz olması ilə yanaşı uzun olur. Bu canlıların ölçüləri elədə iri olmur. Tənbəl ayıların uzunluğu 180 sm, quyruqları 10-12 sm, dik durduqda 60—90 sm; çəkiləri isə 54—140 kq (adətən 90—115 kq) təşkil edir. Erkəklər diçilərdən 30—40 % iri olurlar. Ümümi görünüş ayıları xartırladır. Ayaq üstə bədəni əzələlidir.
Adi tənbəlcüllüt
Adi tənbəlcüllüt (lat. Gallinago gallinago) — tənbəlcüllüt cinsinə aid quş növü.
Ortaboy tənbəlcüllüt
Ortaboy tənbəlcüllüt (lat. Gallinago media)) — Tənbəlcüllütlər fəsiləsinin Tənbəlcüllüt cinsinə aid quş növü. Nadirdir. (EN). Təhlükə həddindədir. Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır .
Rəngbərəng tənbəlcüllütlər
Rəngbərəng tənbəlcüllütlər (lat. Rostratulidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Tənbəlcüllüt
Tənbəlcüllüt (lat. Gallinago media) — Tənbəlcüllütlər fəsiləsinə aid quş cinsi.. Azərbaycanda Tənbəlcüllüt cinsinə 2 növ daxildir: Adi tənbəlcüllüt (Gallinago gallinago) Ortaboy tənbəlcüllüt (Gallinago media) Adi sahildəyişən Boz səsyamsılayan Adi tənbəlcüllüt Kiçik tükcüllüt Ortaboy tənbəlcüllüt bekasina větší - odchyt - Great Snipe - trapping (Gallinago media) 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Tənbəlcüllütlər
Tənbəlcüllütlər (lat. Scolopacidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Tənbəlkimilər
Tənbəlkimilər (Rinobatikimilər)-Rhinobatiformes dəstəsini müəlliflər növlərinin sayı 50-yə yaxın olan bu balıqları akulaquyruq skatlar, gitara və ya tənbəli skatlar fəsilələrinə ayırır. Bədən formasına görə bunlar akulalarla skatlar arasında keçid mövqe tutur. Uzunluqları 60 sm-dən 3,0 m-ə qədər dəyişilir. Quyruq gövdəsi ilə bədən arasında sərhəd yox kimidir. Bunların quyruq gövdəsi bədənə sərhədsiz keçir. Üzgəcləri gödək və enlidir, burun uzundur. Tropik və subtropik sularda sahil həyatı keçirirlər. Zəif üzürlər. Dib onurğasızlarını- bentosu, xırda balıqları və s. daha çox yeyir.

Значение слова в других словарях