TƏSKİN

is. [ ər. ] Sakitləşdirmə, təsəlli vermə; sakitlik, təsəlli.
Dərdli könüllərə təskindir şerim. S.Rüstəm.

□ Təskin etmək – sakitləşdirmək, təskinlik vermək, rahatlandırmaq, təsəlli vermək.
Bu xəbərlərin heç birisi Həcər xanımı təskin etmirdi. S.Hüseyn.
[Züleyxa] …pis də yaşamadım, – deyib özünü təskin etmişdi. M.İbrahimov.

Təskin tapmaq – bax təskinlik tapmaq (“təskinlik”də). [Bəhram:] Mən qızdırmalı kimiyəm.
Bu çiçəkləri iyləyim, bəlkə bir az təskin tapım. C.Cabbarlı.

Синонимы

  • TƏSKİN sakitləşdirmə — ovundurma
  • TƏSKİN təskin bax təsəlli

Этимология

  • TƏSKİN Ərəbcə sükunət, səkinə, məskən, sakin sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏSİSAT
TƏSKİNEDİCİ
OBASTAN VİKİ
Təskin (Tarım)
Təskin (az.-əski. تسکین‎, fars. تسکین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 757 nəfər yaşayır (219 ailə).

Значение слова в других словарях