1. Bir fikrə, əqidəyə, məsləkə kor-koranə bağlanıb, başqalarına kin və ədavət bəsləmə; qeyrətkeşlik, fanatizm.
Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər.
2. Qeyrət, namus.
Həqiqi şair … gərəkdir öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə.
[Qəmər:] [Züleyxa] özgə qızı da olsa, yenə təəssübü sənin üstünə gələcək.
□ Təəssüb çəkmək – qeyrət çəkmək, namusunu qorumaq.