U Tan
U Tan (22 yanvar 1909[…] – 25 noyabr 1974[…], Nyu-York, Nyu-York ştatı) Birləşmiş Millətlər Təşkilatının üçüncü baş katibi olmuş (1962-1971) birmalı pedaqoq olmuşdur.
O, 1931-1952-ci illər arasında ölkəsində müxtəlif dövlət vəzifələrində işləmişdir. O, 1952-1953-cü illər ərzində BMT-də Birma nümayəndələri arasında olmuşdur. 1957-ci ildə Birmanın BMT-dəki daimi nümayəndəsi olan U Tan, 1959-cu ildə BMT Baş Assambleyasının vitse-prezidenti təyin edilmişdir.
BMT-nin Baş katibi Dag Hammarskjöld vəfat etdikdən sonra o, ABŞ və Sovet İttifaqı tərəfindən baş katibin səlahiyyətlərini icra etmək üçün bu vəzifəyə irəli sürülmüşdür. 1961-ci ildə bu vəzifəyə seçilmiş U Tan 1962-ci ildə daimi baş katib olmuşdur. O, 1966-cı ildə yenidən beş il müddətinə eyni vəzifəyə seçilmişdir. O, bu vəzifədə 1971-ci ilə qədər qalmışdır.