U-Boot

das; -(e)s, -e sualtı gəmi
U-Bahnstrecke
Ufer
OBASTAN VİKİ
U
U — Latın qrafikalı Azərbaycan əlifbasında 28-ci hərf, 9 saitdən biri. U qalın, dodaqlanan və qapalı saitdir. Uran elementi böyük u (U) hərfi ilə işarə olunur.
Ba U
Ba U (birm. ဘဦး 26 may 1887 – 9 noyabr 1963, Yanqon) — Birma siyasətçisi və hüquqşünası idi. O, 1948-1952-ci illərdə Birmanın Ali Məhkəməsinin sədri və 16 mart 1952-ci ildən 13 mart 1957-ci ilə qədər Birmanın ikinci prezidenti vəzifələrində çalışmışdır.
Toçka-U
Toçka – taktiki raket kompleksi olub, yaxın məsafələrdə düşmənə zərbə vurmaq üçün tətbiq olunan yer-yer tipli raket növünə aiddir (NATO kod adı:SS-21 Scarab). Kolomna "Maşınqayırma konstruktor bürosu"nda istehsal edilən bu sistem Toçka-U (9К79–1) adını almışdır. Sistemin yüklənməsi və hazır vəziyyətə gətirilməsi üçün 16 dəqiqə vaxt lazım olur. Kompleksə daxildir: 9М79 (Toçka-U üçün — 9M79M) müxtəlif tipli mərmi başlıqlı raketlər; Atıçı qurğu 9P129 (9PП129М-1); Nəqledici-yükləyici maşın 9Т218; Nəqledici maşın 9Т238; Avtomatlaşdırılmış nəzarət-sınaq maşını 9V819–1; Texniki xidmət maşını 9V844; Arsenal qurğusu komlekti 9F370–1. Kolomna KBM-də dörd növ raket hazırlanmışdır: Birinci versiya uçuş məsafəsi 70 km. olan 9M79 Sonakı təkmilləşdirilmiş versiyası 9M79M 120 km uçuş məsafəsinə malikdir. 9M79MKU versiyası tank əleyhinə özü hədəfi axtaran sistemlə təchiz olunmuşdur. Uçuş məsafəsi 120–185 km-dir. 9M79MP versiyası radar qurğuları əleyhinə mübarizə aparmaq üçün passiv radar idarəetmə sistemi ilə təchiz olunmuşdur. Uçuş məsafəsi 120 km-dir.
U (dəqiqləşdirmə)
U — Latın qrafikalı Azərbaycan əlifbasında 28-ci hərf. U — Uranium elementi. U (albom) — musiqi albomu. U (çarlıq) — Üç çarlıq dövründə mövcud olmuş dövlət.
U (çarlıq)
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
U Tsetyan
U Tsetyan, digər adı: U Xoy (çin. 武則天; 17 fevral 624 – 16 dekabr 705, Loyan[d][…]) - Tan sülaləsinin imperatriçası. 13 yaşında olarkən U Xoy Çinin ilk Tanq imperatoru Tay Çzuna azyaşlı kəniz kimi xidmət edib. 649-cu ildə Tay Çzun ölən zaman U Xoy özünün də meyli olduğu Tay Çzunun varisi Kao Çzuna xidmət etməyə başlamış və onun sevimli arvadı olmuşdu. O, Kao Çzunun digər arvadları – gələcək imperatriçə də daxil olmaqla – və kənizlərini öldürdü və 655-ci ildə özünü imperatriçə elan etdi. U Xoy onun imperatorla olan əlaqələrinin yaxın qohumlar arasındakı cinsi əlaqə olduğunu dilə gətirən adamları aradan götürərək, dövlət içində öz təsir gücünü artırdı. İmperatorun əmisi də daxil olmaqla, çoxsaylı yaşlı dövlət adamlarını ya edam etdirdi, ya da imperiya sərhədlərindən qovdu. 660-cı ildə imperatorun xəstələnməsi ilə o, tam ağalığa başladı. 660 və 668-ci ildə Koreya ərazisini işğal edən dövlət qulluqçularını və xüsusi seçilmiş hərbi komandirləri azad etdi və işlə təmin etdi. Kao Çzun ölən zaman hakimiyyətə U Xoyun oğlu Çunq Çzun gəldi.
U sülaləsi
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
U Çenen
Vu Çenq'en (çin. 吳承恩, təx 1500–1582 və ya 1505–1580 ), nəzakət adı Rujonq (汝忠), təxəllüsü "Zahid Şeyanq" — Çinin Minq sülaləsi dövrünün romançı və şairi,və ümumiyyətlə Çin ədəbiyyatının Dörd Böyük Klassik Romanlarının biri olan Qərbə səfərin müəllifi kimi qəbul edilir. Jou, Xianşen, "Vu Çenq'en" Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine. Çin Ensiklopediyası, 1-ci nəşr.
U Tan
U Tan (22 yanvar 1909[…] – 25 noyabr 1974[…], Nyu-York, Nyu-York ştatı) Birləşmiş Millətlər Təşkilatının üçüncü baş katibi olmuş (1962-1971) birmalı pedaqoq olmuşdur. O, 1931-1952-ci illər arasında ölkəsində müxtəlif dövlət vəzifələrində işləmişdir. O, 1952-1953-cü illər ərzində BMT-də Birma nümayəndələri arasında olmuşdur. 1957-ci ildə Birmanın BMT-dəki daimi nümayəndəsi olan U Tan, 1959-cu ildə BMT Baş Assambleyasının vitse-prezidenti təyin edilmişdir. BMT-nin Baş katibi Dag Hammarskjöld vəfat etdikdən sonra o, ABŞ və Sovet İttifaqı tərəfindən baş katibin səlahiyyətlərini icra etmək üçün bu vəzifəyə irəli sürülmüşdür. 1961-ci ildə bu vəzifəyə seçilmiş U Tan 1962-ci ildə daimi baş katib olmuşdur. O, 1966-cı ildə yenidən beş il müddətinə eyni vəzifəyə seçilmişdir. O, bu vəzifədə 1971-ci ilə qədər qalmışdır.
Kim U Cin
Kim U Cin (d. 20 iyun 1992) — Cənubi Koreyalı oxatan. Kim Voo-Jin dörd dəfə Dünya Çempionatında, iki dəfə isə Asiya Oyunlarında qızıl medal qazanıb. Kim Voo-Jin həmçinin 2016-cı ildə Braziliyada XXXI Yay Olimpiya Oyunlarında həm qızıl medal qazandı, həm də Dünya və Olimpiya rekordunu yenilədi. == Karyerası == Kim Voo-Jin karyerasında birinci ciddi uğurunu 2010-cu ildə qazandı. O, Çin Xalq Respublikasında baş tutan Asiya Oyunlarında fərdi və komanda yarışlarında qızıl medal qazandı. Kim Voo-Jin növbəti uğurunu bir il sonra, 2011-ci ildə qazandı. O, İtaliyanın Turin şəhərində Dünya Çempionatının qızıl medallarını qazandı (fərdi və komanda hesabında). Həmin medaldan sonea Kim Voo-Jin növbəti ciddi uğurunu dörd il gözləməli oldu. O, 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində yenə fərdi və komanda hesabında Dünya çempionu oldu.
Lockheed U-2
== Ümumi == Lockheed U-2 ABŞ Hərbi Hava Qüvvələri və keçmişdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən istifadə olunan ultra yüksək hündürlükdə uça bilən kəşfiyyat təyyarəsidir. İstənilən hava şəraitində, gecə-gündüz 21.000 metr hündürlükdən kəşfiyyat məlumatları götürə bilir. U-2 həmçinin elektronik sensor axtarışı, peyklərin kalibrlənməsi və kommunikasiya məqsədilə də istifadə olunur. U-2-nin ilkin versiyaları soyuq müharibə dövründə bir neçə dəfə SSRİ, Çin, Vyetnam və Kubanın üzərində kəşfiyyat apardıqlarına görə kəskin qlobal insidentlərə səbəb olmuşdurlar. 1960-cı ildə MKİ-ə aid olan bir U-2 SSRİ ərazisində olarkən S-75 Dvina ZRK-sı vasitəsilə vurulmuşdur. Pilot Qeri Powers (Gary Powers) sağ yerə ensə də kəşfiyyat ittihamları ilə SSRİ Ali Sovetinin Məhkəməsi qarşısına çıxarılmışdır. Daha bir U-2 isə 1962-ci ildə Kuba Raket Krizisi ərzində Kuba üzərində kəşfiyyat apararkən SSRİ-nin silahları ilə Kuba ərazisindən vuruldu. Pilot Rudolf Anderson həlak oldu. Həmin pilot üçüncü dünya müharibəsini başlada biləcək Kuba raket krizisində yeganə itki kimi tarixə düşdü U-2 çox azsaylı təyyarələrdəndir ki 50 ildən artıq orduda xidmət edirlər. 1980-ci illərdə təkmilləşdirilmiş versiyaları — TR-1, U-2R, U-2S orduya qəbul edildi.
R U Mine?
R U Mine? – ingilis indi-rok qrupu Arctic Monkeys tərəfindən sinql kimi çıxarılan və sonradan AM albomuna əlavə olunan mahnı. Mahnının sözləri Aleks Törner tərəfindən yazılmış, musiqisi isə qrup tərəfindən bəstələnmişdir. Mahnı 27 fevral 2012-ci ildə Birləşmiş Krallıqda rəqəmsal endirmə olaraq buraxıldı, fiziki olaraq isə 21 aprel 2012-ci ildə Record Store Day üçün məhdud sayda ikiqat A tərəfi bənövşəyi 7" vinil və yeni "Electricity" mahnısı ilə buraxıldı. Vinil yalnız 1750 nüsxə ilə məhdudlaşdı. "R U Mine?" UK Singles Chart-da iyirmi üç nömrədə debüt etdi; 2009- ilin iyul ayında siyahında on ikinci olan "Crying Lightning" mahnısından sonra qrupun ən yüksək siyahıda olan sinqlı oldu. Əvvəlcə müstəqil sinql kimi buraxılmasına baxmayaraq, mahnı daha sonra onların beşinci studiya albomu olan AM-a bir qədər fərqli versiyası olaraq baş sinqlı kimi daxil edildi. Daha sonra İngiltərədə platin sertifikatı aldı və onu Arctic Monkeys-in ən çox satılan mahnılarından birinə çevirdi. Mahnı həmçinin Forza Horizon və Rocksmith 2014 video oyunlarında səslənmişdir. Həmçinin Guitar Hero Live video oyununda nümayiş etdirildi.
Çon İl U
Çon İl U (9 sentyabr 1987, Seul) — Cənubi Koreya aktyorudur. Onun ən məșhur rolu Unstoppable High Kick komediyasi, The Return of Ilmae, 49 gün, Flower boy ramyun shop və The Night Watcman's journal televiziya dramalarinda oynadiği rollardir.
U Bein körpüsü
U Bein Körpüsü — Myanmada Amarapura yaxınlığında Taungthaman gölünü əhatə edən keçiddir. 1,2 kilometr(0,75 mil) uzunluğunda olan körpü 1850-ci ildə tikilib və dünyanın ən qədim və ən uzun tik ağacından tikilmiş körpü olduğuna inanılır.Tikinti Ava Krallığının paytaxtı Amarapuraya köçəndə başladı. Körpü onu inşa etdirən Maung Beinin adını daşıyır.Yerli insanlar üçün əhəmiyyətli bir keçid kimi istifadə olunur və eyni zamanda turistik bir cazibəyə sahibdir. Buna görə də suvenir satıcıları üçün əhəmiyyətli bir gəlir mənbəyinə çevrilmişdir.Gölün ən yüksək həddə olduğu iyul və avqust aylarında körpü daha da maraq cəlb edir. Körpü İnvadakı keçmiş kral sarayından alınan ağacdan tikilib. O, suyun içindən uzanan 1086 sütuna malikdir, bəziləri betonla əvəz edilmişdir. Körpünün böyük ölçüdə toxunulmaz qalmasına baxmayaraq, sütunların sayının getdikcə təhlükəli şəkildə çürüməsi ilə bağlı qorxular var. Bəziləri əsaslarından tamamilə ayrılıb və yalnız onları bir yerdə tutan yan barmaqlıqlar səbəbindən yerində qalıblar. Bu dayaqların zədələnməsinə və suyun durğunlaşmasına daşqın, eləcə də göldə tətbiq edilən balıq yetişdirmə proqramı səbəb olmuşdur. Mədəniyyət Nazirliyinin Arxeologiya, Milli Muzey və Kitabxana Departamenti təmir işlərini planları yekunlaşdıqdan sonra həyata keçirməyi planlaşdırır.
Fransa U-17
Fransanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Fransa Futbol Federasiyasına bağlı olan və 17 yaşadək futbolçular səviyyəsində Fransanı beynəlxalq səviyyədə təmsil edən futbol komandasıdır. Komanda 17 yaşadək futbolçular arasında Avropa çempionatında və FIFA U-17 Dünya Çempionatında Fransanı təmsil edir.
Fransa U-19
Fransanın 19 yaşadək futbolculardan ibarət milli komandası Fransa Futbol Federasiyası tərəfindən idarə olunan və Fransanı 20 yaşadək futbolçular səviyyəsində beynəlxalq səviyyədə təmsil edən futbol komandasıdır. O, 2005 və 2010-cu illərdə Fransada keçirilən 19 yaşadək futbolcular arasında Avropa çempionatında iki dəfə UEFA Avropa Kubokunun qalibi olub. 2005-ci ildə hücumçu Abdoulaye Balde Qızıl Oyunçu mükafatını aldı. İki oyunçu, Djamel Abdoun və Moussa Sow, buna layiq olduqları üçün digər milli komandalarda oynadılar. 2010-cu ildə Caen komandası finalda İspaniyanı 2:1 hesabı ilə məğlub edərək çempion oldu. Qael Kakuta turnirin qızıl oyuncusu seçilib.
Parastin u Zanyari
"Parastin u Zanyari" (kürd. Parastin û Zanyarî, hərf. Qoruma və məlumat) — İraq Kürdüstanında Kürdüstan Regional Hökumətinə məxsus dövlət qurumu və əsas istintaq orqanı. Təşkilat Kürdüstan Demokratik Partiyasının (KDP) kəşfiyyat xidməti ("Pastin" adlanır) və Kürdüstan Vətən İttifaqının (KVİ) kəşfiyyat xidmətini ("Zanyari" adlanır) birləşdirdikdən sonra yaradılan dövlət qurumudur. "Parastin" ilk dəfə 1968-ci ildə KDP tərəfindən yaradılmışdır. "Parastin u Zanyari" bəzən "Kürd Kəşfiyyat Xidməti" olaraq da adlandırılır. Agentliyin əsas funksiyası Kürdüstan regionunun həm daxili, həm də xarici təhlükəsizliyi ilə bağlı cinayətlərin araşdırılmasıdır. Agentliyin rəsmi olaraq həbs etmək və ya həbs etmək səlahiyyəti yoxdur, lakin kəşfiyyat məlumatlarını regiondakı bir sıra cinayətlər, o cümlədən terrorizmlə bağlı yurisdiksiyaya malik olan Kürdüstanın təhlükəsizlik xidməti "Asayiş" ilə bölüşür. KDP və KVİ tərəfindən qurulub maliyyələşdirilsə də, rəsmi olaraq Kürdüstan Regional Hökumətinin komandanlığı altında fəaliyyət göstərir.
Portuqaliya U-15
15 yaşadək futbolçulardan ibarət Portuqaliya milli komandası, Portuqaliya Futbol Federasiyası tərəfindən idarə olunan 15 yaşadək futbolçulardan ibarət milli komandadır. O, Portuqaliya futbolunun idarəedici orqanı olan Portuqaliya Futbol Federasiyası tərəfindən idarə olunur. Onlar həmçinin Portuqaliya Gənclər Komandası kimi tanınırlar.
Portuqaliya U-17
Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandası bu yaş səviyyəsində Portuqaliyanı beynəlxalq futbolda təmsil edir və Portuqaliya futbolunun rəhbər orqanı olan Portuqaliya Futbol Federasiyası tərəfindən idarə olunur.
Portuqaliya U-20
Portuqaliyanın 20 yaşadək futbolçulardan ibarət milli komandası, Portuqaliyanı 20 yaşadək səviyyədə təmsil edən və Portuqaliya Futbol Federasiyası tərəfindən idarə olunan futbol komandasıdır. Komandanı hazırda Edqar Borxes idarə edir. Komandanın məqsədi yüksək səviyyəli milli komandalara futbolçular hazırlamaq və futbolçuların beynəlxalq təcrübəsini artırmaqdır. Portuqaliya yığması 8 dəfə FİFA U-20 Dünya Çempionatında və 12 dəfə Tulon turnirində iştirak edib.
Portuqaliya U-21
21 yaşadək futbolçulardan ibarət Portuqaliya milli komandası, Portuqaliya Futbol Federasiyası tərəfindən idarə olunan 21 yaşadək futbolçulardan ibarət milli komandadır. Onların ləqəbi "Esperanças"dır. Esperança ümid deməkdir, ona görə də komanda Portuqaliyanın gələcəyə ümididir.
Portuqaliya U-23
Portuqaliyanın 23 yaşadək futbolçulardan ibarət milli komandası (Portuqaliyanın Olimpiya futbol komandası kimi də tanınır) Olimpiya Oyunlarında (son mərhələ və seçmə mərhələlər), eləcə də 23 yaşadək futbolçulardan ibarət turnirlərdə beynəlxalq futbol yarışlarında Portuqaliyanı təmsil edir. Seçim yaşı 23-dən aşağı olan oyunçularla məhdudlaşır, yaşdan yuxarı üç oyunçu istisna olmaqla. Komandaya Portuqaliya Futbol Federasiyası (FPF) nəzarət edir. Portuqaliyanın üç iştirakda ən yüksək yeri 1996-cı ildə dördüncü yer idi. Bu komanda həm də hazırda ləğv edilmiş 23 yaşadək futbolçulardan ibarət Avropa çempionatında mübarizə aparırdı. Portuqaliya ilk dəfə Olimpiya Futbol Turnirində iştirak edərkən, Beynəlxalq Olimpiya Komitəsinin qaydaları buna icazə verdiyi üçün əsas komanda oyunçularını meydana çıxardı və 1980-ci illərdə komanda yarı peşəkar oyunçulardan ibarət idi. Komanda hazırda mövqeyinə görə 21 yaşadək futbolçular arasında UEFA Çempionatına vəsiqə qazanır.
S.U.S.
S.U.S. — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnı 27 avqust 2017-ci ildə "Aygun Music" etiketiylə satışa çıxarılmışdır. Mahnının sözləri meyxanaçı Vüqar Əbdülova, musiqisi gürcüstanlı bəstəkar Stefan Mgebrişviliyə aiddir. Mahnının musiqi prodüserli Stefan Mgebrişvili, baş prodüseri isə ifaçının özüdür. Musiqi tənqidçiləri mahnıya müsbət reaksiya verərək, mahnını Aygün Kazımovanın Baku Crystal Hall konsert zalında verəcəyi "Aygün Kazımova - 30 il" adlı solo konserti üçün əla piar olduğunu və cəlbediciliyini tərifləmişlər. "S.U.S." üçün çəkilən musiqi videosu, Bakı şəhərində gürcüstanlı rejissor Nestan Sincikaşvili tərəfindən çəkilmiş və 27 avqust 2017-ci il tarixində YouTubeda premyerası edilmişdir. Aygün Kazımovanın yüngül əxlaqlı həyat tərzi keçirən bir qadının həyatını canlandırması çox sayda müxtəlif rəylər almışdır. Aygün Kazımova 2004-2011-ci illərdə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə 10-dan çox duet ifa etmiş və ikili şəxsi həyatı ilə gündəmdə olmuşdur. Aygün Kazımovanın öz caz, pop rock, soul və R&B tərzindən uzaqlaşması və daha çox Namiq Qaraçuxurlu ilə pop folk tərzində ifa etməsi, onun dinləyiciləri arasında narazılıqla qarşılanmışdır. Sənətə gəldiyi ilk illərdə Eldar Mansurov, Vaqif Gərayzadə və Cavanşir Quliyevin əsərlərini ifa edən pop-diva artıq yeni bəstəkarlarla çalışmaya başlamış və türk aranjimanı ilə mahnılarını təqdim etmişdir.
Azərbaycan U-19
Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası == Qitə birinciliklərində == İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb. == Valentin Qranatkin kubokunda == 4 dəfə iştirak etmişdir.
Azərbaycan U-21
Azərbaycan U-21 milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan U-21 milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı.