uçuşsuz
udabənzər
OBASTAN VİKİ
Ud söyüdü
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Rafi ud-Darajat
Rafi ud-Darajat — Böyük Moğol İmperiyasının XI padşahı.
Ud
Ud — əsasən Ərəbistan, Azәrbaycan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simli-dartımlı musiqi aləti. "Əl-ud" ərəb sözü olub, "ağac" mənasını daşıyır. Farslar iddia edirlər ki, əslində "ud" sözü rud alətinin adından törəmişdir. Ancaq həm udun, həm rudun sələfi Orta Asiyada istifadə olunan beşsimli udabənzər qopuz (qopuzi-rumi) ola bilərdi. Ud haqqında ilk dəfə Mosullu İshaq İbn İbrahimin (767–849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870–950) əsərlərində məlumat verilir. Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. Səfiəddin Əbdülmömin Urməvinin "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab", 1252) əsərini şərh edən Əbdülqadir Marağai ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə bağlayırlar. Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və həm də udda məharətlə çalmışdır.
UD Almería
Almeriya və ya Almeriya İdman Birliyi (isp. Unión Deportiva Almería) — İspaniyanın Almeriya şəhərində yerləşən futbol klubu. 26 iyul 1989-cu ildə Almeriya Futbol Klubu kimi təsis edilmiş, 2001-ci ildən Almeriya İdman Birliyi adlandırılmışdır. Klub hazırda 2022-ci ildə İspaniya ikinci futbol divizionu titulunu qazandıqdan sonra İspaniya Primera Divizionunda oynayır və ev oyunlarını 15,274 yerlik Estadio de los Juegos Mediterráneosda keçirir.
Ud Ana
Ud Ana — türk, monqol və altay mifologiyasında inək ilahə. Uy Ana və ya Ut Ana da deyilir. İnək Ana təbiri də istifadə edilər. Monqollar Üne (Üneğe) Ece deyərlər. Malları qoruyar. Gücü təmsil edir. Bəzi türk tayfaları, nəsillərinin inəkdən törədiyini inanar. Məsələn qırğızlar ilk analarının bir inək olduğuna və bir mağarada yaşadığına inanırlar. Qəhrəmanlardan olan buynuz anlayışı buğadan ilhamlanmışdır. Bu boynuzlar gücü işarələr və Ayın simvoludur.
Ud Ata
Ud Ağac
Ud Ağac (fars. عوداغاج‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 15 ailədə 30 nəfəri kişilər və 33 nəfəri qadınlar olmaqla cəmi 63 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Alban-udi xristian icması
Allium udinicum
Mala soğanı (lat. Allium schoenoprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Sinonimləri == Allium acutum Spreng. Allium alpinum (DC.) Hegetschw. Allium broteroi Kunth Allium buhseanum Regel Allium carneum Schult. & Schult.f. [Illegitimate] Allium coloratum Dulac [Illegitimate] Allium foliosum Clairv. ex DC. Allium glaucum DC. Allium glaucum Ledeb. [Illegitimate] Allium idzuense H.Hara Allium lusitanicum Link ex Regel [Invalid] Allium montanum Schrank Allium palustre Chaix Allium palustre Salisb. [Illegitimate] Allium palustre Pourr.
Gennadi Udovenko
Gennadi İosifoviç Udovenko (ukr. Геннадій Йосипович Удовенко) — ukraynalı siyasətçi. == Həyatı == Gennadi İosifoviç Udovenko 1931-ci ildə Ukraynada, Kiyev şəhərində anadan olub. 1954-cü ildə Kiyev Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Müxtəlif illərdə Ukraynanın Tikinti Sənayesi Nazirliyində nazirin katibi və Nazirliyin kollegiyasının katibi, Kiyevətrafı rayonlardan birində kolxoz sədri, Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi qurumlar bölməsində məsləhətçi, I katib, sonra həmin bölmənin rəisi, xarici işlər nazirinin müavini (1980–85) vəzifələrində çalışıb. Eyni zamanda, sovet hakimiyyəti illərində əvvəlcə BMT–nin Cenevrədəki katibliyinin, sonra bu qurumun Nyu–Yorkdakı katibliyinin əməkdaşı, Ukraynanın BMT–dəki fövqəladə və səlahiyyətli səfiri, qurumun Nyu–Yorkdakı katibliyində Ukraynanın daimi nümayəndəsi olub. 1991–1992-ci illərdə yenə də XİN–də nazir müavini, BMT–nin Nyu–York katibliyində Ukraynanın daimi nümayəndəsi təyin edilib. 1994–1998-ci illərdə XİN rəhbəri olub və ölkəsini müxtəlif beynəlxalq təşkilatlarda təmsil edib. Üçüncü və dördüncü çağırışlarda xalq deputatı seçilib. Prezident yanında insan haqları, milli azlıqlar və beynəlxalq münasibətlər komitəsinin rəhbəridir.
Nadejda Udaltsova
Nadejda Andreyevna Udaltsova (rus. Наде́жда Андре́евна Удальцо́ва; 29 dekabr 1885 (10 yanvar 1886), Oryol – 25 yanvar 1961, Moskva) — rus avanqard rəssam (suprematist, kubist). Nadejda Udaltsova 1886-cı ildə Rusiyanın Oryol şəhərində anadan olub. O, Andre Seqonzak altında Parisdə, daha sonra Moskvada xüsusi sənət studiyalarında təhsil alıb. Rusiyaya qayıtdıqdan sonra Vladimir Tatlinin studiyasında işləyib. 1910-1914-cü illərdə Rəssamlar İttifaqının üzvü olub. Nadejda Udaltsova 1915-ci ildə Kazimir Moleviçin təsis etdiyi, avanqard rəssamların (Aleksandra Ekster, Lyubov Popova, İvan Puni, Kseniya Boquslavskaya, Olqa Rozanova, Nina Genke və başqaları) olduğu Supremus qrupuna qoşulub və digər suprematist rəssamlar ilə Verbovka Xalq Mərkəzində işləyib. 1920-ci ildə əri və görkəmli avanqard rəssam Aleksandr Drevinin təsiri ilə bədii sənətə dönüb. Onların oğlu görkəmli rus heykəltaraş Andrey Drevin (1921-1996) idi. 1929-1932-ci illərdə onlar Altay dağlarına səyahət ediblər və 1933-1935-ci illərdə Ermənistanda işləyiblər.
Poco's Udon World
Poco's Udon World (azərb. Pokonun udon dünyası‎), Yaponiyada tanınan adı ilə Udon no Kuni no Kiniro Kemari (うどんの国の金色毛鞠, azərb. Udon ölkəsinin qızıl tük yumurcağı‎) və ya qısaca Udonnokuni — Nodoka Şinomaru tərəfindən yazılan manqa seriyası. 2012-ci ilin iyununda Shinchosha nəşriyyatının "Monthly Comic @ Bunch" jurnalında nəşr olunmağa başlamışdır və 15 fevral 2019-cu ildə kimi 12 tankobon cildi buraxılmışdır. Liden Films studiyası tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 9 oktyabr 2016-cı ildə yayımlanmağa başlamışdır. Sota Tavara Tokioda işləyən veb-dizaynerdir. Bir gün boya-başa çatdığı Kaqavada ailəsinə məxsus udon restoranını ziyarət etdiyində kiçik oğlan uşağı ilə rastlaşır. Lakin tezliklə onun tanuki (Yaponiya yenotu) olduğunu, sehr vasitəsilə özünü oğlan kimi maskaladığını kəşf edir. Əvvəlcə qarşılaşdığı vəziyyəti qəbul etməkdə çətinlik çəkən Sota sonda onun qayğısına qalmağa qərar verir və ona Poko adını verir. Manqa bu ikilinin başına gələn gündəlik macəralardan bəhs edir.
Qoy vuki udsun
Vuki (Wookiee) — "Ulduz müharibələri" kosmik opera franşizasında, əslən ağaclarla əhatələnmiş Kaşiik planetindən olan uydurma irq. Giqantik, hirsutik görünüşləri və fiziki gücləri onları insanlardan fərqləndirir. Ən məşhur vuki ən yaxın dostu Han Solo ilə birlikdə "Millenium Falcon" kosmik gəmisinin pilotlarından Çubakkadır. Franşizanın yaradıcısı Corc Lukas bir müsahibəsində vukinin yaradılmasında öz iti İndianadan ilham aldığını qeyd etmişdir. "THX 1138" (1971) filminin klimaktik səhnəsində aktyor Terri MakQovern tərəfindən səsləndirilən robot polislərdən biri bir "vukini vurduğu"nu deyir və beləliklə, həmin söz yaranır. Bu ad Terrinin dostu Ralf Vukidən gəlirdi və o, filmdə onun adından istifadə etməyin gülməli olacağını düşünmüşdü. "Yeni ümid" filmində Çubakka R2-D2-ya qarşı dejarikdə məğlub olacağını anladıqdan sonra qəzəblənir. Han Solo deyir ki, "bir vukini incitmək ağılsızlıqdır", çünki vukilər "uduzduqları zaman insanların əllərini oynaqlarından qoparmaqları ilə tanınır". Cavab olaraq C-3PO R2-yə "Qoy vuki udsun" (ing. Let the Wookiee win) deyir.
Rhynchocyon udzungwensis
Bozsifət xortumlu itiyəz (lat. Rhynchocyon udzungwensis) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Salix udensis
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
TCP və UDP port nömrələrinin siyahısı
TCP və UDP port nömrələrinin siyahısı — Bu, şəbəkə tətbiqlərinin işləməsi üçün protokolların istifadə edildiyi TCP və UDP port nömrələrinin siyahısıdır. TCP və UDP-nin iki istiqamətli trafik üçün yalnız bir porta ehtiyacı var. Əgər varsa, müvafiq TCP və ya UDP tətbiqinin xidmətlərinə uyğun port nömrələrindən istifadə edirlər. İnternet Təyin edilmiş Nömrələr Təşkilatı (IANA), xüsusi istifadə üçün liman nömrələrinin rəsmi təyinatlarının saxlanmasından məsuldur. Bununla birlikdə, həm tanınmış, həm də qeydiyyatdan keçmiş liman nömrələrinin bir çox qeyri-rəsmi istifadəsi praktikada baş verir. Eynilə, bir çox rəsmi tapşırıq heç vaxt istifadə edilməyən və ya artıq istifadə edilməyən protokollara aiddir.
Yelena Udreya
Yelena Udreya — Rumıniyanın Turizm və regional inkişaf naziri (2009-2012). 26 dekabr 1973-cü ildə Rumıniyada anadan olub.
Zaal Udumaşvili
Zaal Udumaşvili (gürc. ზაალ უდუმაშვილი; 27 fevral 1971, Tbilisi) — gürcü siyasətçi. 2020-ci illər arasında Gürcüstan Parlamentinin üzvü olub.
İkifotonlu udulma
İkifotonlu udulma — elektronlar yuxarı həyəcanlanmış haldan aşağı həyacanlanmış hala keçəndə enerjinin ayrılması əksinə aşağı həyəcanlaşma halından yuxarı həyəcanlaşma halına keçdikdə isə enerjinin udulması ilə baş verən proses. Maddələrin üzərinə düşən işığın udulma səbəbi də budur. Adətən udulma bir fotonla baş verir. Birfotonlu udulmanın baş vermə ehtimalı daha böyük olur. Ancaq təcrübələrdə müşahidə olunub və nəzəri olaraq da isbat olunub ki, birfotonlu udlmanın qadağan olunduğu hallarda çoxfotonlu udulmanın xüsusilə də ikifotonlu udulmanın ehtimalı böyüyür. Elektron iki foton udaraq daha yüksək həyacanlaşma halına keçir.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir, D=E/m. BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3–10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir. Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür. Praktik dozimetriyada hesab etmək olar ki,1R, təxminən, şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.
Udel
Udel (rus. уде́л) — qədim Rusiyada knyaz və onun ailəsinin ayrı-ayrı üzvlərinə məxsus olan yerlər, torpaqlar, mülklər. Hər bir böyük knyazlıq udellərə, yəni ayrı-ayrı knyaz ailəsinin üzvlərinə məxsus olan kiçik mülklərə ayrılırdı. Richard Pipes. Russia under the old regime. New York: Charles Scribner's Sons. 1974. ISBN 0-684-14826-9. Udel // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Uduq
Uduq (şum. 𒌜), sonralar akkad dilində utukku — qədim Mesopotamiya mifologiyasından bəzən yaxşı, bəzən də şər qüvvə hesab edilən qeyri-müəyyən demonlar sinfi. Ekzorsizm mətnlərində bəzən "xeyir uduğu" "şər uduğu"na qarşı çağırılır. Bu, ümumiyyətlə qeyri-müəyyən bir sözdür və bəzən müəyyən bir cin növünə deyil, bütövlükdə cinlərə xitab etmək üçün istifadə olunur. Uduğun heç bir vizual təsviri hələ müəyyən edilməmişdir, lakin adətən onun digər qədim Mesopotamiya cinlərində olduğu kimi qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olduğu bildirilir. Salamat qalmış qədim Mesopotamiya mətnlərində şər uduqlarını qovmaq üçün "Uduq-hul" mətnləri kimi tanınır. Bu mətnlərdə şər uduğun xəstəlik törətməkdə oynadığını rolu və xəstəliyin sağalmasında şeytan çıxaranın əhəmiyyəti vurğulanır. Bütün Mesopotamiya demonları arasında uduq ən az aydın şəkildə müəyyən olunanıdır. Bu söz əvvəlcə sözügedən demonun yaxşı və ya pis olduğunu ifadə etmirdi. İki Qudeya silindrindən birində Laqaş padşahı Qudeya (e.ə.
Salix udensis subsp. opaca
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Salix udensis subsp. sachalinensis
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Salix udensis subsp. siuzevii
Ud söyüdü (lat. Salix udensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Sofiya Yablonskaya-Uden
Sofiya Yablonskaya-Uden (ukr. Яблонська-Уден Софія, 15 may 1907 – 4 fevral 1971, Fransa) — Ukrayna və fransız yazıçı, jurnalist, səyyah və fotoqraf. Sofiya Yablonskaya-Uden 1907-ci il mayın 15-də Germanov kəndində keşiş ailəsində anadan olub (indiki Lvov vilayəti, Pustomitivski rayonu, Tarasovka kəndi). Birinci Dünya müharibəsi illərində Taqanroqda təhsil aldığı vaxt Rusiyaya gəlir. 1921-ci ildə isə vətənə qayıdır, müəllim gimnaziyasında, dram studiyasında oxuyur, Lvovda ticarət məktəbini bitirir. Onun uğurlu aktyorluq karyerası olacağı proqnozlaşdırılır. Lakin o, hər şeydən əl çəkərək 1927-ci ildə sənədli filmlərin çəkiliş texnikasına yiyələnmək üçün Parisə gedir. Oradan onun dünya üzrə səyahətləri başlayır. Fransadan əvvəlcə Mərakeşə, daha sonra Port-Səid, Cibuti, Seylon vasitəsilə Fransız Hind-Çininə gedir. Laos, Kamboca, Yunnan əyaləti (Çin), Siam, Malay arxipelaqı, Yava və Bali, Taiti adaları, Şimali Amerika (ABŞ və Kanada), Avstraliya və Yeni Zelandiya adalarını ziyarət edir.
Udi Adam
Ehud "Udi" Adam (ivr. ‏אהוד "אודי" אדם‏‎; 22 yanvar 1958, Tel-Əviv) — İsrail Müdafiə Qüvvələrinin keçmiş generalı və İsrail Şimal Komandanlığının keçmiş rəhbəri. Adam 2016-cı ilin mayından 2020-ci ilin mayına qədər İsrail Müdafiə Nazirliyinin baş direktoru vəzifəsində çalışmışdır.
Udora
Elodeya (lat. Elodea) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suboyarkimilər fəsiləsinə aid bitki cinsi. Şimali və Cənubi Amerikada 10 növü var. Keçmiş SSRİ-də 2 növü - sıx elodeya və Kanada elodeyası (gətirilmiş bitkidir), o cümlədən Azərbaycanda bir növü bitir. Su hövzələrində kütləvi surətdə çoxaldıqda gəminin hərəkətini çətinləşdirir (buna görə elodeyaya "su taunu" deyirlər). Bitki hüceyrəsinin quruluşunu öyrənmək üçün elodeya qiymətli obyektdir. Akvariumlarda da yetişdirilir.
Udo Yürgens
Udo Yürgen Bokelmann (alm. Udo Jürgen Bockelmann‎; 30 sentyabr 1934[…], Klaqenfurt, Avstriya – 21 dekabr 2014[…], Münsterlingen[d], Turgau[d], İsveçrə) — və ya sadəcə Udo Yürgens kimi tanınan yarı avstriyalı və yarı isveçrəli müğənni və bəstəkar. İfa etdiyi "Merci, Chérie" mahnısı ilə Avstriyanı 1966 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. Yürgens 50 illik musiqi karyerası boyunca 1000-ə yaxın mahnı bəstələmişdir. == Həyatı == Udo Yürgen Bokelmann 30 sentyabr 1934-cü ildə Avstriyanın Klaqеnfurt şəhərində anadan olmuşdur. Yürgensin qardaşı Manfred Bokelmann rəssam, oğlu Con Yürgens müğənni, aktyor və DJ, qızı Cenni Yürgens isə aktrisadır. Udo Yürgens 21 dekabr 2014-cü ildə 80 yaşında kəskin ürək çatışmazlığından dünyasını dəyişmişdir. == Musiqi karyerası == 1950-ci ildə Udo Yürgens Avstriyanın ORF telekanalı tərəfindən təşkil olunan ən yaxşı bəstəkarlar müsabiqəsində "Je t'aime" mahnısı ilə qalib gəlmişdir. Yürgens eyni zamanda 1961-ci ildə hitə çevrilən və Şirli Bessi tərəfindən ifa olunan "Reach for the Stars" mahnısının bəstəkarı olmuşdur. Udo Yürgens "Warum nur, warum?" adlı mahnı ilə Avstriyanı Kopenhagendə keçirilən 1964 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 16 təmsilçi arasında 6-cı yerdə qərarlaşmışdır.
Mentha aquatica f. udicola
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.

Значение слова в других словарях